Ən qalmaqallı futbolçular

Ən qalmaqallı futbolçularBiG.AZ movqe.az-a əsasən Ən qalmaqallı futbolçuları təqdim edir.

1. Erik Kantona
Fransızların əfsanəvi futbolçu Erik Kantonanın etdiyi yersiz hərəkətləri saymaqla bitməz. Futbolçunun Fransadakı kariyerası heç də parlaq keçməyib: yaşadığı olaylar, verdiyi intizamsız açıqlamamlar (Futbol Federasiyasının İntizam Komitəsinin üzvlərini "axmaq" adlandırmışdı) üzündən ölkəsində çox klub dəyişməli olub. "Lids"də "dirilib", "Mançester Yunayted"də əfsanəyə çevirilib.

Ən böyük qalmaqalı: 1995 ildə "Kristal Palas" matçında qırmızı vərəqə ilə meydandan qovulub. Bu zaman ona söz atan azarkeşə havada uçaraq təpik atıb. Bu səbəbdən 9 ay futboldan kənarda qalıb.

2. Roy Keane
Hazırda "İpsviç"in baş məşqçisi olan Roy futbolçu karyerası boyunca dava-dalaşlarla, irqçi fikirlərlə və vərəqələrlə azarkeşlərin qarşısına çıxıb. "Arsenal" - "Mançester Yunayted" maçında Patrik Vyeraya "Kölə" deməsi isə böyük qalmaqala səbəb olub. 2002-ci ildəki Dünya çempionatından öncə İrlandiya milli komandasının məşq tərzini ağır şəkildə tənqid etdikdən sonra yığmadan kənarda qalıb.

Ən böyük qalmaqalı: 1997-ci ildə onu zədələyən norveçli Alf-İnge Haalandı intiqam almaq məqsədi ilə 4 il sonra - 2001-ci ildə ağır şəkildə zədələyərək, 29 yaşlı futbolçunun karyerasını bitirməsinə səbəb olub.

3. Marko Materazzi
36 yaşlı italyan dünyanın ən aqressiv və provakator oyunçularından biridir. Futbol tarixinin ən intizamlı futbolçularından olan Zinedin Zidanı DÇ-2006-nın finalında ona kəllə atacaq dərəcədə əsəbiləşdirən Marko fiziki göstəriciləri ilə rəqiblərini qorxu altında saxlayıb. Zidan həmin olaydan sonra Materazzinin anasıni və sevgilisini söydüyünü bildirmişdi.
Ən böyük qalmaqalı: 2004-cü ildə "Siena"lı futbolçu Bruno Kirillonu paltardəyişmə otağında döyüb və 2 ay futboldan kənarlaşdırılıb.

4. Paola di Kanio
Faşist kimliyini heç bir zaman gizlətməyən Paolo Di Kanio İtaliya və İngiltərədəki karyerası zamanı 100-dən artıq qol vurub. Amma hər zaman onun oyunu əvəzinə, siyasi tərəfi gündəmdə olub. Hətta CV-sinə Mussolini heyranı olduğunu yazdığı da deyilir.
Ən böyük qalmaqalı: 2005-ci ildə "Livorno" ilə matçda meydanın ortasında faşist salamı vermişdi.

5. Qraeme Souness
İngiltərə, Şotlandiya və İtaliyada bir çox matçda qırmızı vərəqə alan şotland Souness rəqiblərinə qarşı kobud oyunu ilə fərqlənib. Məşqçi karyerası dövründə - 1995-96 mövsümündə "Qalatasaray"ı çalışdıran şotlandın son iş yeri "Nyukasl" olub (2006).
Ən böyük qalmaqalı: 1996-cı ildə Türkiyə Kuboknun finalında "Qalatasaray" "Fənərbaxça"nı məğlub edincə, meydana ortasına "Qalatasaray" bayrağını sancaraq, unudulmaz bir olaya imza atıb.

6. Edmundo
Braziliya milli komandasına qədər yüksəlmiş istedadlı forvard 18 illik karyerası ərzində az qala hər il bir klub dəyişdirib. "Heyvan" ləqəbli futbolçu meydanda tez-tez dava edib. Eyni zamanda oğlunun doğum günündə evinin baxçasında sirk qurduran və şimpanze meymununa viski içdirən biri kimi tanınır.

Ən böyük qalmaqalı: 2008-ci ildə Juninyoya tüpürdüyü üçün meydandan qovulub. Ardınca paltardəyişmə otağında birbaşqa futbolçuya təpik atıb.

7. Andoni Qoykoetxea
Siyanın ən qəddar, ən sərt isimlərindən olan ispan Andoni Qoykoetxea karyerasının böyük hissəsini "Atletiko"da keçirib. Bask təmsilçisinin heyətində sərt oyunu ilə tanınan futbolçunun ləqəbi "Bilbao Qəssabı" imiş.

Ən böyük qalmaqalı: 1983-cü ildə Dieqo Armando Maradonanı "Barcelona"da forma geyərkən ciddi şəkildə zədələyib. O maçtda geydiyi kramponlarını mükafatları ilə saxladığı deyilir.

8. Joze Batista
Uruqvaylı Batista 163 sm-lik boyuna rəğmən sərt oyunu və müdafiədə gözəl oyunu ilə tanınıb. 21 illik karyerasında Uruqvayın və Argentinanın bir çox klubunda forma geyinib.
Ən böyük qalmaqalı: 1986-ci il Dünya çempionatının Uruqvay - Şotlandiya matçının 56-cı saniyəsində qırmızı vərəqə alıb və DÇ tarixinin rekordlarından birinə sahib çıxıb.

9.Mario Balotelli- Qaradərili italyan futbolçu intizamsız hərəkətləri və qalmaqalları ilə paparatsilərin sevimlisidi. Tez-tez gecə klublarında davaları ilə yadda qalan futbolçu evdə verdiyi gecə əyləncələri ilə gündəmdədir. Hətta belə əyləncələrin birində evdə yanğın çıxarmışdı.
Ən böyük qalmaqalı: İnterdə oynadığı zamanı komandasının tək hücumçusu olan Balotelli baş məşqçi Maurinyonun az qala fasilədə ona yalvarmasına baxmayaraq ikinci hissə başlayar-başlamaz qırmızı kart alıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 1152   Tarix: 28 yanvar 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Fənərbağça" rəhbərliyindən meydanı tərk edən U19 komandasını sevindirəcək sürpriz

"Fənərbağça"da tarixi Superkubok etirazının əks-sədaları davam edir. Meydandan çıxmaq qərarının arxasında duran "sarı-lacivərd"lərin rəhbərliyi U19 komandasını mükafatlandırmaq qərarına gəlib. Bunun üçün rəhbərlik Şanlıurfaya yollanacaq. Superkuboku qazanan gənc futbolçulara mövsümdə

09.04.2024 462
.

"Barselona" rəsmisi Xavini klubda saxlamağa çalışacaqlarını etiraf edib

İspaniyanın "Barselona" klubunun vitse-prezidenti Rafa Yuste baş məşqçi Xavi Ernandesi postunda saxlamağa çalışacaqlarını etiraf edib. "Report" xəbər verir ki, yerli AS nəşrinə açıqlama verən funksioner mütəxəssisin Kataloniya təmsilçisində qalacağına ümid etdiyini söyləyib. "Onunl

31.03.2024 349
.

"Qarabağ"ın futbolçusunun şəhərdə dönər kefi - VİDEO

Ağdamın "Qarabağ" klubunun braziliyalı futbolçusu Olavio Juninyo diqqət mərkəzinə düşüb. -in məlumatına görə, "Qarabağ"ın ulduz futbolçusunun şəhərdə dönər almasının görüntüsü yayılıb. Futbolçu lavaşda dönər aldıqdan sonra onu elə küçədəcə yeməyə başlayıb. Xatırladaq ki, "Qarabağ"

02.04.2024 553
.

2030-Dünya Çempionatının finalı üçün ən böyük stadion tikilir

Tarixi dünya çempionatının həlledici matçı tayı-bərabəri olmayacaq arenada keçirilə bilər. xarici KİV-ə istinadla bildirir ki, ötən ilin oktyabrında Beynəlxalq Futbol Federasiyası (FİFA) 2030-cu il Dünya Çempionatının final hissəsinin üç ölkənin: İspaniya, Portuqaliya və Mərakeşin meydanlarında keçiriləcəyin

12.04.2024 876
.

"Real"ın əsas qapıçısının komanda ilə məşqlərə başlayacağı vaxt bəlli olub

İspaniyanın "Real" klubunun əsas qapıçısı Tibo Kurtua aprelin sonunda komanda ilə məşqlərə başlayacaq. "Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Belçika millisinin üzvü açıqlama verib. Qeyd edək ki, Tibo Kurtua zədə ucbatından 2023/2024 mövsümündə heç bir oyund

06.04.2024 280
.

Azərbaycanda üç gün əvvəl baş məşqçi təyin edilən şəxs iki ay sonra yola salınacaq?

"Araz-Naxçıvan" klubunun yeni baş məşqçisi Elmar Baxşıyev iki ay sonra komandadan ayrıla bilər. Bu barədə -a açıqlamasında "Araz-Naxçıvan" klubunun icraçı direktoru Eldəniz Yusubov deyib. "Müqavilənin müddəti "iki ay + bir il" nəzərdə tutulub. Bilindiyi kimi, qarşıd

11.04.2024 425
.

"Beşiktaş" Fernando Santos ilə yollarını ayırdı

"Beşiktaş" baş məşqçi Fernando Santos ilə yollarını ayırıb. Bu barədə klubun rəhbərliyi sosial media hesabından açıqlama verib. Açıqlamada komanda təcrübəli məşqçiyə təşəkkürünü bildirib. "Biz baş məşqçi Fernando Santos ilə yollarımızı ayırdıq. Santosa xidmətlərinə görə təşəkkür edir v

14.04.2024 228
.

Cokoviçdən yeni dünya rekordu

Böyük Dəbilqə yarışlarının 24 qat qalibi və dünyanın bir nömrəli tennisçisi serbiyalı Novak Cokoviç dünya rekorduna imza atıb. O, tennis tarixində bir nömrəli ən yaşlı idmançı olub. Novak 2022-ci ildə peşəkar karyerasını başa vuran əfsanəvi isveçrəli tennisçi Rocer Federerin nailiyyətini geridə qoyub

07.04.2024 307
.

Rövşən Nəcəf: "Neftçi" - "Qarabağ" oyununda heç bir komandaya azarkeşlik etməyəcəyəm"

AFFA-nın yeni prezidenti Rövşən Nəcəf "Neftçi" və "Qarabağ" komandaları arasında bu gün keçiriləcək Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyununda heç bir komandaya azarkeşlik etməyəcəyini söyləyib. "Report" xəbər verir ki, funksioner bu barədə mətbuat konfransınd

02.04.2024 373