Legionerlərimiz: kim və harada - SİYAHI

Legionerlərimiz: kim və harada - SİYAHIBiG.AZ publika.az-a istinadən xəbər verir ki, Azərbaycan futbolçularının ölkə hüdudlarından kənara çıxmasına heç bir əngəl olmasa da, onlar hələ də əcnəbi klublarda istənilən səviyyədə möhkəmlənə bilmirlər. Bəlkə də milli komandamızın müdafiəçisi Ruslan Abışovun Rusiyanın "Rubin" klubunda çıxış etdiyi bir zamanda legionerlər futbolçularımızla bağlı problemlərdən danışmağımız bir qədər qəribə görünə bilər, amma unutmaq olmaz ki, legionerlərimiz həm də dünya futbolu ilə əlaqələndiricilərimizdir. Bu baxımdan futbolçularımızın xariici klublarda duruş gətirə bilməməsi cidi çatışmazlıqdır.

Hazırda legionerlərimizlə bağlı vəziyyət o qədər də ürəkaçan olmasa da, son günlər yerli futbolçulardan bir neçəsinin bir sıra əcnəbi klubların diqqət mərkəzinə düşməsi vəziyyətin dəyişmə ehtimalını artırır. Maraqlı olacağını nəzərə alıb, xarici klubların diqqət mərkəzində olan futbolçularımızı və onlarla maraqlanan xarici komandaları nəzərinizə çatdırırıq.

Cari mövsümdə "Qəbələ"nin uğurları üçün çalışan Amit Quluzadə yenidən qardaş ölkəyə yollana bilər. Məlumat üçün bildirək ki, yarımmüdafiəçi ilə Türkiyənin PTT birinci liqasında mübarizə aparan "Manisaspor" və "Şanlıurfaspor" komandaları maraqlanır. Amma 21 yaşlı futbolçu hələ qərar verməyə tələsmir. Belə ki, əgər Antalya toplanışının sonuna qədər Yuri Syomin Amitin xidmətində maraqlı olmadığı məlum olsa, o zaman Türkiyə variantı reallaşacaq.

Yığma komandamızın və Ağdamın "Qarabağ" klubunun üzvü Qara Qarayev də qış fasiləsindən sonra karyerasını əcnəbi komandada davam etdirə bilər. Belə ki, Qarayevin adı bəzi aşağı bundesliqa klubları ilə anılmaqdadır. Hətta "Lokurlusportmangement" menecerlik şirkətinin nümayəndələri Orhan Lokurlu və Süleyman Mərcanın yarımmüdafiəçinin transferi üçün adı açıqlanmayan bəzi Almaniya klubları ilə danışıqlar apardığı məlumdur.

Qara Qarayev üçün Almaniya klubları ilə danışıqları davam etdirən "Lokurlusportmangement" şirkətinin Qarayevlə yanaşı, Araz Abdullayevin də keçidi üçün danışıqlar apardığı məlum olub. Fərq burasındadır ki, "Neftçi"nin üzvü ilə Almaniyanın yüksək dəstəsində mübarizə aparan kollektivlər maraqlanmaqdadır.

Bakının "Neftçi" komandasının yarımmüdafiəçisi Cavid İmamverdiyev də xarici klubların maraq dairəsindədir. Mövsümün əvvəlində Ukraynanın "Hoverla" komandasına keçidi alınmayan İmamverdiyev hazırda bu klubla yanaşı, Türkiyə "Adanaspor"unun da diqqət mərkəzindədir. Hətta Adana təmsilçisinin məşqçilərinin Cavid İmamverdiyevin oyununu Topaz premyer liqasının 16-cı turundakı "Qarabağ"-"Neftçi" matçında izlədiyi və tərəflər arasında danışıqların son mərhələdə olduğu bildirilir.

Mövsümün geridə qalan hissəsini "Sumqayıt"da keçirən və qış fasiləsində komandadan ayrılan Nurlan Novruzov da əcnəbi kluba keçməsi gözlənilən futbolçularımız sırasındadır. Hazırda "Bakı"ya məxsus olan 21 yaşlılardan ibarət millimizn üzvü ilə maraqlanan komandaya gəlincə, Novruzovun Əlcəzairin "USM Alger" komandasına transferi gündəmdədir. Hazırda İspaniyada hazırlıq keçən sözügedən komandanın futbolçumuzu toplanışdan öncə sıralarına qatması gözlənilsə də, tərəflərin bütün detallarda razılıq əldə etməməsi keçidin rəsmiləşməsini ləngidib.

Deyəsən, bundan sonra ölkə hüdudlarından kənardakı futbolçularımızdan danışarkən "Qəbələ"nin orta xətt oyunçusu Nizami Hacıyevdən də bəhs edəcəyik. Belə ki, hələ transfer dönəminin açılmasına xeyli müddət qalmış adı Polşanın "Poqon" komandası ilə anılan, hətta mövsümün əvvəlində Polşa təmsilçisinin düşərgəsində baxışda da olan Nizami Hacıyevin də ölkə xaricinə çıxmaq şansı yüksək qiymətləndirilir. Düzdür, adıçəkilən kollektiv "Qəbələ"nin istədiyi məbləği ödəmək istəmədiyindən Hacıyevin "Paqon"a transferi real görünümür, amma digər Polşa təmsilçisi "Korona"nın yarımmüdafiəçinin keçidində maraqlı olması anlaşmanın baş tutma ehtimalını artırır.

Almaniya "Kayzersulatern"inin ikinci komandasında top qovan milli komandamızın üzvü Rüfət Dadaşov çıxış etdiyi ölkəni dəyişməsə də, klubunu dəyişə bilər. Belə ki, yayılan informasiyalara görə, Dadaşovla milli komandamızın sabiq məşqçisi Olaf Yansenin çalışdırdığı Drezden "Dinamo"su maraqlanır.

Qış fasiləsində Azərbaycanı tərk etməsi gözlənilən daha bir oyunçu isə "İnter" klubunun və milli komandamızın hücumçusu Vaqif Cavadovdur. Hazırda Topaz premyer liqasının bombardiri olan Cavadovun xidmətində Bolqarıstanın "Montana" kollektivi maraqlıdır. Bolqarıstan mətbuatının iddiasına əsasən, sözügedən komanda hücum xəttindəki problemi həmyerlimizi transfer etməklə həll etmək niyyətindədir.

Milli komandamızın sabiq üzvü milliləşdirilən legioner Murad Hüseynov da əcnəbi klubların maraq dairəsində olan futbolçularımızdandır. Son vaxtlar Serbiya və Çexiya klublarında baxışda olan dağıstanlı forvard hazırda Rusiya aşağı dəstəsində mübarizə aparan "Luç Enerji" komandasının düşərgəsindədir. Hücumçu baxışdan uğurla keçsə, Rusiya klubu ilə müqavilə bağlayacaq.


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 815   Tarix: 27 yanvar 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Avropa Oyunları bu ölkədə keçiriləcək

2027-ci ildə Avropa Oyunları Türkiyənin İstanbul şəhərində keçiriləcək. "Qafqazinfo" xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. İstanbul Böyükşəhər Bələdiyyə sədri Əkrəm İmamoğlu özü də bununla bağlı açıqlama verib. Ətraflı. Qeyd edək ki, 2027-ci ildə Avropa Oyunlarının İstanbuld

27.03.2024 445
.

Gürcüstan millisi tarix yazdı - Video

Futbol üzrə Gürcüstan millisi Avro-2024-ün pley-off mərhələsində Yunanıstan yığmasına penalti zərbələrində qalib gələrək tarixində ilk dəfə Avropa çempionatına vəsiqə qazanıb. "Qafqazinfo" xəbər verir ki, qolsuz bərabərliklə başa çatan əsas hissənin ardınca penaltilər seriyası oynanılıb. Gürcüsta

27.03.2024 604
.

"Transfermarkt" 30 və daha yuxarı yaşda olan ən bahalı futbolçuların adını açıqlayıb

Nüfuzlu "Transfermarkt" internet portalı 30 və daha yuxarı yaşda olan ən bahalı futbolçuların reytinqini dərc edib. Bu siyahıya "Bavariya"nın ingilis hücumçusu Harri Keyn başçılıq edir. "Transfermarkt"a görə 30 və daha yuxarı yaşda olan ən bahalı futbolçular:. 1. Harri Key

13.04.2024 198
.

Messinin transfer qiyməti ucuzlaşdı

Transfermarkt portalı oyunçuların dəyərini yeniləyib. xarici KİV-ə istinadla bildirir ki, yeni siyahıya əsasən, Amerikanın "İnter Mayami" klubunun argentinalı hücumçusu Lionel Messinin transfer dəyəri 5 milyon avro azalaraq, 30 milyon avroya düşüb. Dəyərin azalmasına baxmayaraq, "İnte

26.03.2024 496
.

Azərbaycan cüdoçuları Avropa Kubokunun ilk günündə yeddi medal qazanıblar

Almaniyanın paytaxtı Berlin şəhərində cüdo üzrə yeniyetmələr arasında Avropa Kuboku turnirinin ilk yarış günü arxada qalıb. Bu barədə Azərbaycan Cüdo Federasiyasının Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, Azərbaycan idmançıları yarışın ilk günündə üç qızıl, iki gümüş və iki bürünc medal qazanıblar

14.04.2024 153
.

Karlos Sayns "Formula-1" Avstraliya Qran Prisinin qalibi olub

"Ferrari" komandasının ispaniyalı pilotu kiçik Karlos Sayns Avstraliyada "Formula-1" çempionatının üçüncü mərhələsinin qalibi olub. Yarış Melburndakı Albert Park trekində baş tutub. Onun moneqasklı komanda yoldaşı Şarl Lekler ikinci yeri tutub. İlk üçlüyü "Maklaren"dən britaniyal

24.03.2024 314
.

Səhərlər idmanla məşğul olmağın orqanizmə TƏSİRİ

Sidney Universitetinin mütəxəssisləri yeni araşdırmada gözlənilməz nəticəyə gəliblər: səhər tezdən idmanla məşğul olmaq ürək-damar sisteminə mənfi təsir göstərir. Geniş araşdırma zamanı mütəxəssislər maraqlı bir qanunauyğunluq aşkar ediblər: axşamlar fiziki fəaliyyətə üstünlük verənlərdə ürək patologiyalarını

14.04.2024 231
.

Messinin "İnter Mayami"yə transferinin sirri üzə çıxdı: müqavilənin yeni detalları

Lionel Messi çox tanış bir bənddən istifadə edərək David Bekhem ilə "İnter Mayami"nin ortaq sahibi ola bilər. xarici KİV-ə istinadən bildirir ki, Messi karyerasına 2023-cü ildə Fransa çempionu PSJ-dən ayrıldıqdan və Səudiyyə Ərəbistanına keçiddən imtina etdikdən sonra ABŞ-ın "İnter Mayami"

08.04.2024 860
.

Rövşən Nəcəf: "Neftçi" - "Qarabağ" oyununda heç bir komandaya azarkeşlik etməyəcəyəm"

AFFA-nın yeni prezidenti Rövşən Nəcəf "Neftçi" və "Qarabağ" komandaları arasında bu gün keçiriləcək Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyununda heç bir komandaya azarkeşlik etməyəcəyini söyləyib. "Report" xəbər verir ki, funksioner bu barədə mətbuat konfransınd

02.04.2024 343