Qorxulu xəstəlik söhbəti: bunu edən kimlərdir?

Qorxulu xəstəlik söhbəti: bunu edən kimlərdir?BiG.AZ movqe.az-a istinadən xəbər verir ki, HİV terroru haqda deyilənlər uydurmadır və belə xəbərlərin heç bir əsası yoxdur
Sosial şəbəkələrdə, daha sonra isə yerli mətbuatda Bakının müxtəlif ticarət obyektlərində, mərkəzlərində, kinoteatr və parklarında sağlam insanların bilərəkdən HİV virusuna yoluxdurulduğuna dair xəbərlər yayılıb. Mənbəyi məlum olmayan informasiyada bildirilir ki, hansısa QİÇS-terrorçular eqoistlikləri üzündən, sağlam insanları bu xəstəliyə yoluxdurmağa çalışırlar. Guya bunun üçün onlar HİV viruslu qana bulaşmış iynələri kinoteatrların, ictimai nəqliyyatın oturacaqlarına qoyur, taksofonların dəstəyinə bu qanı yaxırlar və s.

Bunu edən kimlərdir?

İlk dəfə HİV-terrorçular haqqında informasiya ötən əsrin 90-cı illərinin ortalarında Ukraynada, Belarusda, bir sıra Qərbi Avropa ölkəsində, Hindistanda yayılıb. 2006-cı ildə Sankt-Peterburqda, daha sonra isə Moskvada, Saranskda, Yekaterinburqda da bu cür HİV daşıyıcıları haqda danışılmağa başlandı. Almatıda bu təhlükə üzündən insanlar kinoteatrlara və klublara getməkdən qorxurdular. 2006-cı ildə bu şəhərdə QİÇS-terrorçuluqla bağlı baş qaldırmış isteriyadan istifadə edən bir qrup gənc iynələrlə parklarda, bağçalarda istirahət edən insanlar arasında təlaş yaradırdı. 2009-cu ildə Qazaxıstanın hüquq mühafizə orqanlarına orta yaşlı bir kişinin uşaq meydançalarına, avtobusların oturacaqlarına iynələr düzdüyünə dair şikayət daxil olurdu. Rusiya və digər ölkələrin hüquq mühafizə orqanları bu istiqamətdə tədqiqat apararaq, QİÇS-terrorçuluqla bağlı bütün informasiyaların uydurma olduğu qənaətinə gəliblər. Dövlət tibb ocaqları da əhalini sakitləşdirəcək açıqlama yayıb: iynə vurulduqdan sonra HİV virusuna yoluxmuş bir nəfər də, qeydiyyatda yoxdur.

Dejavyu...

Yeri gəlmişkən, sovet illərində "saqqız vasitəsilə sifilisə yoluxanlar", "xarici kürklərin xəzində bitlər" və s. haqda söhbətlər dolaşırdı. Sonradan məlum oldu ki, bu şayiələri Sovet İttifaqının hüquq mühafizə orqanları alverçilərlə mübarizə çərçivəsində yayıb. Bakıda bu tipli "bakterioloji cinayətkarlıq" 30-cu illərin əvvəllərində yayılmışdı. "Kömürçü bazarı"nın yaxınlığında sahibsiz uşaqlardan ibarət bir qrup dolaşırdı. Onlara Qaraş ləqəbli sırtıq bir yeniyetmə başçılıq edirdi. Bu uşaqlar bazarda imkanlı insanları izləyir, onlara yaxınlaşaraq pul istəyir, rədd cavabı alan kimi əllərində sıxıb saxladıqları bitləri onların üzərinə atacaqları ilə hədələyirdilər. Onlar, qarşılarındakı insanların bitlər vasitəsilə yoluxan yatalaq xəstəliyindən qorxacağına əmin idilər. Və bəzən, insanları, doğrudan da, qorxutmaq mümkün olurdu və onlar canlarını pul hesabına qurtarmağa çalışırdılar. Nəhayət, bir gün hüquq mühafizə orqanları reyd keçirərək bu problemi birdəfəlik həll etdi.

İynə elə də qorxulu deyil...

Səhiyyə Nazirliyinin QİÇS-lə Mübarizə Mərkəzinin rəhbəri Esmira Alməmmədova "R+" jurnalına açıqlamasında bildirib ki, son dövrlərdə onlara ictimai yerlərdə bədəninə iynə batmış şəxslər tərəfindən müraciət olunmayıb. Onun sözlərinə görə, son dəfə bir neçə il əvvəl uşaq hə-yətdə hansısa məsuliyyətsiz şəxs tərəfindən oraya atılmış şprislə oyna-yan zaman onu əlinə batırıbmış. Şprisin narkoman tərəfindən istifadəsi istisna olmadığından o zaman həmin uşağa antiretrovirus dərmanları ilə profilaktika edildi.

Ümumiyyətlə, infeksiyalı iynədən xəstəliyə yoluxma ehtimalı çox azdır və 0,3%-dən artıq deyil. HİV dözümlü virus deyil və ətraf mühit amillərinin təsiri altında tezliklə məhv olur. Birbaşa günəş şüası altında, həmçinin quru və nəm şəraitdə bu virus 1 saat ərzində ölür. HİV üçün süni ultrabənövşəyi şüalar da öldürücüdür. Amma sağlam insana yoluxdurma riskli xətər yetirilməsi faktı da olub. Bir neçə il əvvəl HİV daşıyıcısı olan narkoman tutulan zaman ağzında gizlətdiyi ülgüclə polis əməkdaşını yaralayıb. Həmin polis əməkdaşına qarşı antiretrovirus terapiyası aparılıb və 6 aylıq müşahidədən sonra onda yoluxma faktı qeydə alınmayıb.

İynə və ya cinsi yolla virusa yoluxma riskinə dair istənilən müraciət zamanı ÜST-nin tövsiyəsinə uyğun olaraq, mərkəzdə antiretrovirus preparatları ilə qısamüddətli postəlaqə profilaktikası aparılır və bu, yoluxma riskini minimuma endirir.

Esmira Alməmmədova hesab edir ki, QİÇS-terrorçuluqla bağlı yayılmış məlumatlar uydurmadır və onun heç bir əsası yoxdur. "HİV-in profilaktikası üzrə əsas qurum olan QİÇS-lə Mübarizə Mərkəzinə bununla bağlı heç bir müraciət daxil olmayıb. Bu, sadəcə artıq yoluxmuş şəxslərə qarşı diskriminasiyanı və insanlar arasında panikanı artıra biləcək uydurmadır", - deyə o, bildirib.

Azərbaycanda VİÇ ilk dəfə 1987-ci ildə aşkar edilib. O vaxtdan 2013-cü il dekabrın 1-dək ölkədə 4234 nəfər QİÇS xəstəsi kimi rəsmi qeydiyyatdadır. Onların 4090 nəfəri Azərbaycan vətəndaşı, 144-ü isə əcnəbilərdir. HİV daşıyıcısı olan Azərbaycan vətəndaşlarının 58%-i bu xəstəliyə iynə vasitəsilə narkotik maddə qəbul edən zaman tutulub.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 2735   Tarix: 26 yanvar 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ömürlük dərmana məhkum olan "Miasteniya" xəstələri əməliyyatla sağala bilər? - CƏRRAH AÇIQLADI

Bir çoxlarının məlumatsız olduğu "Miasteniya Gravis" xəstəliyindən müalicə alan insan sayı təəssüf ki Azərbaycanda da az deyil. Lakin bu xəstəlik haqqında eşitmədikləri üçün artıq miasteniyanın ağırlaşmış formasında həkimə müraciət edirlər. Bəs bu xəstəliyin simptomları nədir? Onun barəsi

08.09.2021 960
.

Allergiyası olanlar COVID-19-dan müalicə ala bilər?

Koronavirusa yoluxan xəstə ilk olaraq həkim tərəfindən müayinə olunmalı, xəstəliyin ağırlıq dərəcəsi və klinik formaları müəyyən edilməlidir. Ağırlıq dərəcəsinə görə isə yüngül, orta ağır, ağır və çox ağır olaraq bölünür. Burada da hər birinə ayrıca yanaşma olur. Üstəlik də hər bir xəstənin yanaşı xəstəliy

11.09.2021 941
.

Yuxusuzluğu aradan qaldıran məlhəm

Yay girəndən bir çoxları yuxusuzluq sindromundan əziyyət çəkir. Yatmaq istəsəniz də, yuxuya getməyə əziyyət çəkirsiniz. BİG.AZ Axşam.az-a istinadən xəbər verir ki, yuxu dərmanı qəbul etmək heç də çıxış yolu deyil. Həm də dərman mədəni zəhərləyir. Yuxusuzluq sindromundan xilas olmaq üçün aşağıdakı məlhəm

22.08.2021 2428
.

Yaşlanma ilə mübarizə aparan ƏN FAYDALI BİTKİ

Alimlər doqquzdonkimilər fəsiləsinə aid olan lonisera kaerulea bitkisinin ürək funksiyalarını yaxşılaşdıran faydalı giləmeyvə hesab edir. Tərkibindəki yüksək miqdarda antioksidantlar, vitaminlər və mikroelementlər onu immunitetin ən faydalı bitkilərindən birinə çevirir. Bitkinin bu xüsusiyyətləri barəd

29.08.2021 1493
.

Sinənizdəki ağrı 20 dəqiqədən çox davam edərsə... - EHTİYATLI OLUN

İnfarkt ürəyi qidalandıran damarların ani tıxanması nəticəsində yaranan və ölümlə nəticələnən ciddi bir təhlükədir. Bəs bu problem özünü hansı əlamətlərlə göstərir? Hansı hallar infarkt riskini artırır? . -a istinadən türkiyəli kardioloq Refik Erdimin bununla bağlı fikirlərini təqdim edir. Soyuq və küləkl

24.08.2021 1827
.

Ölüm riskini 17 faiz azaldan TƏBİİ MÖCÜZƏ

Macarıstanın Zemmelvels (Semmelweis) Universiteti bu günə qədər reallaşdırılan ən geniş qəhvə araşdırması aparıb. 11 il boyu 468 min 629 adamın qəhvə istehlakı ilə sağlıq problemləri arasındakı əlaqə araşdırılıb. Nəticəsinə gəlinib ki, qəhvə ürək xəstəliyi riskini əhəmiyyətli ölçüdə azaldır. Araşdırmay

05.09.2021 1101
.

Baş ağrılarının ƏSL SƏBƏBİ BU İMİŞ - Məşhur həkim AÇIQLADI

Keçmişdə yaşanan xəsarətlər kəskin baş ağrısının ən çox yayılmış səbəbləridir. Bu barədə Osteopat Vladimir Jivotov "Moskva danışır" radiostansiyasına müsahibəsində açıqlayıb. Onun sözlərinə görə, bütün məsələ diaqnozu çətin olan sümüklərin mikro yerdəyişməsidir: "Heç bir araşdırma bun

05.09.2021 2454
.

Baş ağrılarının ƏSL SƏBƏBİ BU İMİŞ - Məşhur həkim AÇIQLADI

Keçmişdə yaşanan xəsarətlər kəskin baş ağrısının ən çox yayılmış səbəbləridir. BİG.AZ -a istinadən xəbər verir ki, bu barədə Osteopat Vladimir Jivotov "Moskva danışır" radiostansiyasına müsahibəsində açıqlayıb. Onun sözlərinə görə, bütün məsələ diaqnozu çətin olan sümüklərin mikro yerdəyişməsidir

31.08.2021 1662
.

Koronavirusa qarşı 7 peyvənd vurdurdu

Kolumbiyanın qərbindəki Kali şəhərində bir kişiyə yeddi dəfə koronavirus əleyhinə peyvənd vurulub. -a istinadla xəbər verir ki, kolumbiyalı fərqli peyvəndləmə mərkəzlərində peyvəndləndiyi üçün dərhal aşkar edilə bilməyib. Şəhərin səhiyyə naziri Mierlandi Torres, kişinin yaşının 60-dan yuxarı olduğun

26.08.2021 986