Əsədin işgəncə verdiyi şəxslərin görüntüləri yayıldı-VİDEO

Əsədin işgəncə verdiyi şəxslərin görüntüləri yayıldı-VİDEOSuriya ordusunda 13 il hərbi polis olaraq vəzifəsini yerinə yetirən bir nəfər iş yoldaşlarıyla iki il müddətində Əsəd rejimi tərəfindən nəzarətə götürüləndən sonra sistematik işgəncəylə öldürülən 11 min nəfərin 55 min sayla fotoşəkilini çəkib. Kod Adı Caesar olan nəfərin şəxsiyyəti gizli saxlanır. Caesar fotoları çəkib və ölkədən qaçıb.

BiG.AZ xəbər verir ki, Suriya ordusunda 13 il hərbi polis olaraq vəzifəsini yerinə yetirən bu şəxs, ölkədə yaşanan vətəndaş müharibəsi müddətində rejimə bağlı hərbi xəstəxanalara ölü olaraq gətirilən şəxslərin fotoşəkillərini çəkməklə vəzifələndirilib.

Xəstəxanaya gətirilən şəxslərin hamısı polis tərəfindən nəzarətə götürüləndən işgəncə, əllə boğma və ac buraxılaraq öldürülən Suriyalı müxaliflərdən ibarət olub. Hərbi polis hər gün, ölü olaraq gətirilən bu kəslərin üz və bədən fotoşəkillərini çəkərək, hərbi bazalarına təslim edib.
Olduğu mühitin "qətlxanaya" bənzəməyə başladığını söyləyən Caesar, bunu isbat etmək üçün cəsədlərin kütləvi halda fotoşəkillərini belə çəkib. Daha çox dözə bilməyib. Baş verənlərdən duyduğu dərin kədər səbəbiylə çəkdiyi fotoşəkillərin bir kopyasını güvəndiyi şəxsə verməyə başlayıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Video   Baxılıb: 3242   Tarix: 24 yanvar 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Bakı Media Mərkəzindən Azərbaycan polisinə dəstək - VİDEO

Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq, Bakı Media Mərkəzi sosial məsuliyyəti çərçivəsində yeni videoçarx hazırlayıb. Videoçarxda hüquq mühafizə orqanlarının, xüsusilə polis əməkdaşlarının ictimai asayişin təmin olunması istiqamətind

13.04.2020 1390
.

Ronaldo 8 milyona yeni avtomobil aldı

Portuqaliya millisinin və İtaliya "Yuventus"unun futbolçusu Kriştiano Ronaldo özünə yeni avtomobil alıb. Unikal.org xəbər verir ki, A seriyasının çempionu adını qazandıqdan sonra hücumçu özünə yeni nəqliyyat vasitəsi almağı lazım bilib. Portuqaliyalı "Buqatti Sentodieçi" üçün 8 milyo

31.07.2020 2740