Tünzalə Ağayeva xarici telekanalda aparıcı kimi tamaşaçıların qarşısına çıxacaq- FOTO

Əməkdar artist Tünzalə Ağayeva Türkiyənin məşhur "TRT Müzik" telekanalında yeni bir verilişlə tamaşaçıların qarşısına çıxacaq.

Sözügedən "Bir səsin cazibəsi" adlı proqramla bağlı bu gün Türkiyənin Azərbaycandakı səfirliyində mətbuat konfransı keçirilib.

İlk olaraq T.Ağayevanın yaradıcılığını əks etdirən videoçarx nümayiş olunub.
Daha sonra müğənni ilk olaraq layihənin reallaşdırılmasına etdiyi dəstəyə görə Türkiyənin Azərbaycandakı səfirliyinə öz minnətdarlığını bildirib. O deyib ki, elə layihənin də əsas məqsədi Azərbaycanla Türkiyə arasındakı "bir millət, iki dövlət" prinsipinə uyğun olan dostluğu daha da möhkəmləndirmək və azərbaycanlı sənətçini türkiyəli izləyicilərə tanıtmaqdır.

"Bir neçə gün sonra proqramın çəkilişləri ilə bağlı Ankaraya yola düşəcəyəm. Proqram həftədə 1 dəfə şənbə günləri Türkiyə vaxtı ilə saat 10:30-da efirdə yayımlanacaq. Deyim ki, bu verilişi azərbaycanlı tamaşaçılar da izləyə biləcəklər. Belə ki, veriliş Azərbaycan telekanallarının birində də yayımlanacaq. Proqramda Türkiyənin, Azərbaycanın və digər ölkələrin tanınmış sənətçiləri qonaq olacaqlar. Hər şey canlı olaraq yayımlanacaq".

Müğənni deyib ki, proqram müddətində onu 15 nəfərdən ibarət Ankara Dövlət orkestri müşayiət edəcək.

"Proqram 75 dəqiqə olacaq. Bu layihə 13 həftəlik nəzərdə tutulsa da, ancaq çalışacağıq davamlı olsun. Həmçinin, fürsət olacaq ki, Türkiyədə anonim musiqi kimi tanınan Azərbaycan musiqilərini müəllifli şəkildə tamaşaçılara tanıdaq. Proqramda mən tanınmış azərbaycanlı modelyerimiz Gülnarə Xəlilova tərəfindən hazırlanmış geyimlərdən istifadə edəcəyəm".

Tədbirdə çıxış edən modelyer Gülnarə Xəlilova isə layihənin böyük uğur qazanacağına ümid etdiyini deyib.

Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət müşaviri Seyid Əhməd isə bildirib ki, T.Ağayeva Azərbaycanda sevildiyi qədər həm də Türkiyədə də sevilir.

"İnanıram ki, bu proqrama təkcə Türkiyədə deyil, Azərbaycanda və digər ölkələrdə də maraq artacaq. Çünki "TRT Müzik" kimi reytinqli telekanalda azərbaycanlı sənətçinin təqdimatında olan bir veriliş əminəm ki, ölkələrarası dostluq körpüsünü daha da möhkəmləndirəcək".

Qeyd edək ki, verilişin rejissoru Nihat Günər, prodüseri Nuran Taylan, dirijoru isə Cüneyt Sözməndir.

Daha sonra isə T.Ağayeva Kütləvi İnformasiya Vasitələrinin (KİV) Həmkarlar İttifaqının rəyasət heyətinin qərarı ilə "Azərbaycan bayrağı" mükafatı ilə təltif edilib.

Tünzalə Ağayeva xarici telekanalda aparıcı kimi tamaşaçıların qarşısına çıxacaq- FOTOTünzalə Ağayeva xarici telekanalda aparıcı kimi tamaşaçıların qarşısına çıxacaq- FOTOTünzalə Ağayeva xarici telekanalda aparıcı kimi tamaşaçıların qarşısına çıxacaq- FOTOTünzalə Ağayeva xarici telekanalda aparıcı kimi tamaşaçıların qarşısına çıxacaq- FOTOTünzalə Ağayeva xarici telekanalda aparıcı kimi tamaşaçıların qarşısına çıxacaq- FOTOTünzalə Ağayeva xarici telekanalda aparıcı kimi tamaşaçıların qarşısına çıxacaq- FOTOTünzalə Ağayeva xarici telekanalda aparıcı kimi tamaşaçıların qarşısına çıxacaq- FOTOTünzalə Ağayeva xarici telekanalda aparıcı kimi tamaşaçıların qarşısına çıxacaq- FOTOTünzalə Ağayeva xarici telekanalda aparıcı kimi tamaşaçıların qarşısına çıxacaq- FOTOTünzalə Ağayeva xarici telekanalda aparıcı kimi tamaşaçıların qarşısına çıxacaq- FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 1626   Tarix: 18 yanvar 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Əməkdar artistdən şok açıqlama: "Oğlan adı ilə mənlə danışırdı…" - VİDEO

Əməkdar artist Gülüstan Əliyeva açılaması ilə diqqət çəkib. -a istinadən xəbər verir ki, "Onun sirri" proqramına qonaq olan sənətçi, məşhur prodüserlərdən birinin oğlan adı ilə ona tez-tez zəng vuraraq telefonla danışdığını bildirib:. "Mənə tez-tez zəng edirdi. Oğlan adı ilə danışırdı

16.09.2021 4875
.

41 yaşlı Nigar Camal görünüşü ilə heyran etdi - VİDEO

Müğənni Nigar Camal sosial şəbəkədə yeni paylaşım edib. xəbər verir ki, sənətçi instaqram hesabında idmanla məşğul olduğu görüntülərini yayımlayıb. 41 yaşlı müğənni fit və qüsursuz bədən qurluşu ilə diqqət çəkib. Camalın bu görüntüləri izləyiciləri tərəfindən maraq və rəğbətlə qarşılanıb

16.09.2021 6043
.

Tünzalə Ağayevanın formada qalma sirri - Fotolar

Xalq artisti Tünzalə Ağayeva son günlər görünüşündəki dəyişikliklərlə gündəmə gəlir. Axşam.az xəbər verir ki, müğənni əvvəlcə sarı saçlarını tünd rəngə boyadı. Daha sonra isə onların düz görünüşünü buruqlu düzümlə əvəzləyib. T.Ağayeva eyni zamanda cəsarətli geyimləri ilə də gündəmdən düşmür. İfaçı İnstaqramı

17.09.2021 2993
.

Mina Hüseynin arxiv fotosu ORTAYA ÇIXDI

Müğənni Mina Hüseyndən xəbər var. xəbər verir ki, Mina sosial media hesabında arxiv fotosunu paylaşıb. Uşaqlıq fotosu ilə izləyicilərin marağına səbəb olan müğənni paylaşımı ilə xoş rəylər alıb. Həmin fotonu təqdim edirik:

17.09.2021 6686
.

Səyyad Əlizadə ECMO cihazına qoşuldu - YENİLƏNİB

Koronavirusa yoluxan sənətçi Səyyad Əlizadə ECMO cihazına qoşulub. Bu barədə -a onun qohumu Razim Qasımov məlumat verib. O bildirib ki, sənətçinin ağciyərlərinin yalnız 30 faizi çalışır:. "Ciyərlərin 70 %-də buzlu şüşə aşkarlanıb. Müalicəsi davam etdirilir. Süni koma vəziyyətində saxlanılır"

17.09.2021 4147
.

Emre Kaya pərəstişkarını məhkəməyə verdi

Türkiyəli müğənni Emre Kaya pərəstişkarından şikayətçi olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb isə Cihangir adlı şəxsin intihara təşəbbüs etdiyi anın videosunu sənətçiyə göndərərək, "gözünün qabağında özümü öldürəcəyəm" ismarışını yazması olub. Həmin şəxsdən izaha

17.09.2021 637
.

"Kalp yarası"nda yeni aktyor - Foto

Reytinqlərdə ilk sırada yer alan "Kalp yarası" serialına yeni aktyor daxil olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işində Görkem Mertsöz rol alacaq. Aktyor serialda psixoloq obrazına həyat verəcək

17.09.2021 3104
.

Hacı Nuranla bu fotosunu paylaşdı, gündəm oldu

Tanınmış klarnet ifaçısı Hüseyn Məhəmmədoğlunun Hacı Nuran ilə paylaşdığı foto böyük maraqla qarşılanıb. -a istinadən xəbər verir ki, o Hacı Nuranla foto çəkdirərkən üzünü bağlayıb. Klarnet ifaçısı fotonu bu başlıqla paylaşıb: "Diqqət! Diqqət!. Əziz Dostlarım, Hacı Nuranın 4-cu dalğasi başlayıb

17.09.2021 7467
.

Toydan 3 ay sonra ayrıldılar

Aparıcı Ece Erken 3 ay əvvəl ailə qurduğu Şafak Mahmutyazıcıoğlu ilə ayrılıb. Axşam.az-a istinadən xəbər verir ki, o, birlikdə olan fotolarını sosial şəbəkədən silib. Ece eyni zamanda soyadını da dəyişdirib. İyunda vəkil sevgilisi ilə uzun müddət davam edən münasibətini rəsmiləşdirən Erkenin bu addım

18.09.2021 5366