İTV-də daha bir departament ləğv edildi

İTV-də daha bir departament ləğv edildiİctimai Televiziya və Radio Yayımları Şirkətində daha bir struktur dəyişikliyi baş verib. BiG.AZ-ın Publika.az-a istinadən verdiyi məlumata görə, İTV-in Analitik Proqramlar Departamenti ləğv edilib. Həmin departament isə teleşirkətin İnformasiya departamenti ilə birləşdirilib. Artıq həmin departamentin də adı dəyişdirilərək, İnformasiya və İctimai-Siyasi Proqramlar Departamenti adlandırılır.

Onu da qeyd edək ki, Analitik Proqramlar Departamentinin direktoru Füzuli İsmayılovun ötən ilin noyabrında vəzifəsindən azad edilib. Hazırda İnformasiya və İctimai-Siyasi Proqramlar Departamentinə Mehparə Quliyeva rəhbərik edir və həmin departamentin hazırladığı proqramlar Şaiq Məmmədovun (Baş direktorun müavini) kurasiyasındadır.

Onu da xatırladaq ki, Cəmil Quliyev teleşirkətə rəhbər seçildikdən sonra kanalda bir sıra kadr və struktur islahatları həyata keçirilib. Bir neçə ay öncə televiziyanın Film Və Dublyaj Departamenti ləğv edilmişdi və həmin departamentə də F.İsmayılov rəhbərlik edirdi.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Digər   Baxılıb: 1050   Tarix: 09 yanvar 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Qızdırması olduğu üçün imtahana buraxılmayan şagirdlərin taleyi necə olacaq? -VİDEO

"Dünəndən etibarən 9-11-ci siniflər üçün buraxılış imtahanları başlanılıb. Bu onların taleyini və gələcək müqəddəratını müəyyən edən bir məsələdir. DİM məlumat verib ki, imtahan binasına daxil olarkən hər kəs qoruyucu maskadan istifadə etməlidir". BİG.AZ xəbər verir ki, bu sözləri təhsil üzr

11.06.2020 3040