Polis şöbəsində qoyun davası

Polis şöbəsində qoyun davası

Ağcabədi rayonunda bir qoyun söhbəti xeyli səs-küyə səbəb olub.

Ağcabədi rayonunda qəssablıq edən İbadət Abdullayev polisə şikayət edərək qoyununun Vasif Əliyev tərəfindən bıçaqla hədələnərək əlindən alındığını deyib.

Polis tərəfindən tutularaq şöbəyə gətirilən V.Əliyev heç kimi bıçaqla hədələyib qoyun almadığını deyib. Bundan sonra qəssablıqla məşğul olan İbadət ona qarşı quldurluq edilməsini danıb. Polisə deyib ki, V.Əliyev bir neçə gün əvvəl şəxsiyyət vəsiqəsini girov qoyaraq ondan 7 kiloqram ət götürüb.

Sonra isə yenidən ondan 70 manat pul alıb. Bu yolla Vasif bir şəxsiyyət vəsiqəsilə daha 3 dəfə İbadətdən pul alıb. Pulunu Vasifdən ala bilməyən İbadət isə çıxış yolunu onu şərləməkdə görüb.

Əvvəllər 3 dəfə məhkum edilən V.Əliyev ümumilikdə 9 il dustaq həyatı yaşayıb. Polis onun barəsində Cinayət Məcəlləsinin dələduzluq (178-ci) maddəsi cinayət işi başladıb.

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Maraqlı Oxunub: 3390 Tarix: 11.01.2014
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Cesika
Cesika 12.01.2014
deleduzluq bas alib gedir .kim-kimi aldatdidi indi.bele ser xatalardan qorusun rebbim bizi amin.
Zamansiz ve vaxtsiz gelen sevinclere ehtiyacim var
■☆■☆■☆■☆■☆■☆■☆
♢♢♢♢♢♢♢♢♢♢

 
Tavsan
Tavsan 11.01.2014
qoyun davası)))
JavadLezgin
JavadLezgin 11.01.2014
Menim sinif yoldawim menden 3000 pul aldi qataracam deye, men de aldanib verdim, o iwleyirdi, dedim iwleyib pulu olacaq qaytaracaq. Ama qaytarmadi iwden de cixdi. 6-7 aydi. 2 defe evlerine getdim her rayona gedende. Uje özum utaniram bilmirem neynim. Her defe deyir kredit alib qaytaracam. Heqiqetende ozu yaxwi veziyyetde deyil.


 
yagmur58
yagmur58 11.01.2014
Bu insanlarin axiri hara gedecek yarebbim


 


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər