Dostluqdan sildiyi üçün sevgilisinin üzünü yandırdı

Dostluqdan sildiyi üçün sevgilisinin üzünü yandırdı15 yaşlı qız facebook sosial şəbəkəsində dostluqdan sildiyi oğlan tərəfindən yandırılıb.

BiG.AZ-ın xarici mətbuata istinadən xəbərinə görə, Hindistanda bir yeniyetmə facebook sosial şəbəkəsində onu dostluqdan silən qızdan intiqam almaq üçün üzünü qaynar suyla yandırıb. Şimali Hindistanın Bihar vilayətindən olan yeniyetmə oğlan qızın evinə gəlib. Qızın anasını kənara itləyərək qaynar suyu zərərçəkmişin üzünə töküb. Dərhal xəstəxanaya çatdırılan qızın üzünün 20 faizi yanıb. Xüsusən sağ yanağı və boynunun sağ hissəsi daha ağır dərəcəli yanıq xəsarətləri alıb.

Zərərçəkmiş qız "Mən onun dostluğunu 1 il əvvəl layiqli olduğunu düşünüb qəbul etmişdim. Ancaq son zamanlar təhqirdeci sözlər işlətməyə və söyüş söyməyə başladı, mən də dostluqdan sildim", - deyib.

Hazırda polislər kollec tələbəsi olan yeniyetməni axtarırlar.

Onu da qeyd edək ki, Hindistanda facebook faciələri getdikcə artıb. Bu yaxınlarda 17 yaşlı bir qız ailəsinin facebook qadağasına görə intihar etmişdi.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Digər   Baxılıb: 3673   Tarix: 11 yanvar 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Qızdırması olduğu üçün imtahana buraxılmayan şagirdlərin taleyi necə olacaq? -VİDEO

"Dünəndən etibarən 9-11-ci siniflər üçün buraxılış imtahanları başlanılıb. Bu onların taleyini və gələcək müqəddəratını müəyyən edən bir məsələdir. DİM məlumat verib ki, imtahan binasına daxil olarkən hər kəs qoruyucu maskadan istifadə etməlidir". BİG.AZ xəbər verir ki, bu sözləri təhsil üzr

11.06.2020 3040