Zülal onkoloji xəstəlikləri inkişaf etdirir

Zülal onkoloji xəstəlikləri inkişaf etdirir

Xərçəng xəstəliklərinin inkişafı həyat tərzi, o cümlədən siqaret və heyvan mənşəli məhsulların qəbulu ilə ciddi şəkildə əlaqəlidir. Bununla bağlı nəticəni Ümumdünya Səhiyyə Təşkilatı 2008-ci il üçün xərçəng xəstəliklərinin dünya üzrə göstəricilərini toplayarkən əldə edib. BiG.AZ-ın məlumatına görə, göstəricilərdə xərçəngin 157 ölkədə 21 növü nəzərə alınıb. İnsanların rasionundakı dəyişikliklərlə xərçəngə yoluxmanın ən yüksək göstəriciləri arasındakı vaxt təxminən 20 ili əhatə edib. Ət, balıq və yumurta heyvan məhsulları indeksinə daxil edilib. Ağciyər xərçənginin göstəricilərindən isə siqaret çəkmə və çirkli hava effektləri indeksi qismində istifadə olunub.

Nəticədə xərçəngin yayılma indekslərinin 50%-dən artıq göstəricisini 87 ölkədə siqaret çəkmə və heyvan məhsullarından istifadə indeksi ilə izah etmək mümkün olub. Xərçəngin yaranma səbəblərindən biri spirtli içkilərin qəbulu ilə əlaqələndirilib. Kişilər üçün siqaret çəkmə, qadınlar üçün isə rasion əsas faktor olub. Sonuncunun süd vəzisinin, yumurtalıqların xərçəngi, mədəaltı vəz, prostat və qalxanvari vəzin xərçəngi ilə sıx əlaqəli olduğu aydın olub.

Heyvan məhsulları xərçəngin inkişafına səbəb ola bilər, belə ki, onlar bədənin toxumaları kimi şişlərin də inkişafını aktivləşdirir. Misal üçün, əvvəllər, yaponların rasionunun 10%-ni heyvan məhsulları təşkil edirdi. Hazırda isə bu göstərici 20%-dir. Buna görə də son 20-30 ildə xərçəngə yoluxma səviyyəsində artım müşahidə edilir

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Sağlamlıq Oxunub: 1852 Tarix: 10.01.2014
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
smurf
smurf 10.01.2014
Yaxsi ki et xoslamiram :)


 
ataxanli
ataxanli 10.01.2014

maraqli xeberdim oxudum

həyatdı da :)


 
Sehriyar22
Sehriyar22 10.01.2014
Twk maraqlidir


 
Sibel
Sibel 10.01.2014
Maraklı xəbər çün ALLAH Razı Olsun ELİSS,
Huzurun bir Rəsmi varmı bilməm,
Anca bir İsmi var ALLAH, UCA RƏBBİM,
Şükür Ya'RƏBBİM Şükür,


 


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər