Bakıda körpüdən atılan gənc nişanlı imiş

Bakıda körpüdən atılan gənc nişanlı imişBiG.AZ-ın ans press-ə istinadən məlumatına görə,Yanvarın 5-nə keçən gecə Bakı şəhərinin Sabunçu rayonu ərazisində, Heydər Əliyev prospektinin üzərindəki asma körpüdən özünü ataraq intihar edən şəxslə bağlı bəzi məqamlar aydınlaşıb.Məlumata görə, intihar edən 27 yaşlı Rəfael Hümbətov xalası qızı ilə nişanlı imiş. Əsəb xəstəliyindən əziyyət çəkən gənc bir müddət əvvəl də özünü öldürməyə cəhd göstərib.

Məlumata görə, R. Hümbətovun buradakı həyata uyğunlaşa bilmədiyini görən yaxınları onun Rusiyaya getməsini məsləhət biliblər. R. Hümbətov həmin vaxt xalası oğlu ilə Rusiya şəhərlərindən birinə yollanıb. Lakin bir neçə günlük yuxusuz gecədən sonra onun əsəbləri yenə dözməyib və Rafael Rusiyada körpünün üstünə çıxaraq özünü atmağa cəhd göstərib. Həmin vaxt onun həyatını xilas etmək mümkün olub. Daha sonra Azərbaycana qayıdan gəncin problemləri həll olunmayıb. Nərimanov rayonunda ailə üzvləri ilə birlikdə yaşayan R. Hümbətov tez-tez öz-özünə danışırmış. Yaxınları həmişə onun özünə nə isə edə biləcəyindən qorxurmuşlar. Bu səbəbdən də ailə üzvləri onun nişanlanmasını və bu yolla ailəyə başının qarışmasını istəyiblər. Lakin bir neçə ay əvvəl xalası qızı ilə nişanlanan oğlan yanvarın 5-nə keçən gecə intihar edib.

Qeyd edək ki, hadisə vaxtı xilasedicilər brezent açsalar da, R.Hümbətovu xilas etmək mümkün olmayıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Digər   Baxılıb: 4963   Tarix: 09 yanvar 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Qızdırması olduğu üçün imtahana buraxılmayan şagirdlərin taleyi necə olacaq? -VİDEO

"Dünəndən etibarən 9-11-ci siniflər üçün buraxılış imtahanları başlanılıb. Bu onların taleyini və gələcək müqəddəratını müəyyən edən bir məsələdir. DİM məlumat verib ki, imtahan binasına daxil olarkən hər kəs qoruyucu maskadan istifadə etməlidir". BİG.AZ xəbər verir ki, bu sözləri təhsil üzr

11.06.2020 3040