Paris Open turnirinə məşhur idmançımız göndərilməyəcək

Paris Open turnirinə məşhur idmançımız göndərilməyəcəkAzərbaycan karateçiləri 2014-cü ilin ilk yarışı ərəfəsindədilər. Milli komandamız nüfuzlu «Paris Open» beynəlxalq turnirinə hazırlaşır. Dünya Karate Federasiyasının (WKF) Premyer Liqa silsiləsindən ənənəvi yarışda 14 idmançımız iştirak edəcək.

Azərbaycan Milli Karate Federasiyasından (AMKF) verilən məlumata görə, federasiya prezidenti Yaşar Bəşirovun rəhbərliyi ilə Fransanın paytaxtında mötəbər yarışa əməkdar məşqçilər Şahin Xudaverdiyev və Vahid Ayvazov, eləcə də baş məşqçinin köməkçisi Rəşad Hüseynov ilə hazırlaşan karateçilərimiz yanvarın 9-da yola düşəcəklər.

Məşqçilər heyəti «Paris Open» turnirinə aşağıda adları qeyd edilən idmançıları daxil edib:

1. Əmirov Məcid (-60 kq)
2. Həsənov Rafiz (-67 kq)
3. Əliyev Niyazi (-67 kq)
4. Ağalarzadə Tural (-67 kq)
5. Məmmədov Samir (-75 kq)
6. Quluzadə Şahin (-75 kq)
7. Mamayev Ayxan (-84 kq)
8. Abdullayev Pənah (-84 kq)
9. Əlizadə Rəsul (-84 kq)
10. Qurbanlı Asiman (-84 kq)
11. Cəfərov Əli (+84 kq)
12. Balcanlı Tural (kata)
13. Əliyeva Nuranə (-50 kq)
14. Qasımova İlahə (-55 kq)

11-12 yanvar tarixlərində Parisdə WKF Premyer Liqasında beynəlxalq dərəcəli hakimlərimiz, AMKF-in vitse-prezidenti Yusif Məmmədov və AMKF Hakimlər komitəsinin sədri Cahangir Babayev ənənəvi turniri idarə edən referilər arasında olacaqlar.

Bu mötəbər yarışın favoritlərindən sayılan Rafael Ağayev (-75 kq) dizindən əməliyyat olunduğuna görə "Paris Open"-də iştirak edən heyətə daxil edilməyib. Fransaya yola düşən AMKF-in heyəti ayın 14-də vətənə dönəcək.


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 3070   Tarix: 06 yanvar 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

UEFA səfər oyunlarında azarkeşlərin iştirakına icazə verdi - FOTO

UEFA gələn həftədən etibarən avrokuboklar və milli komandaların səfər oyunlarında azarkeşlərin iştirakına izacə verib. Bu barədə Avropa Futbol Azarkeşləri (FSE) təşkilatı məlumat yayıb. Azarkeşlərin pandemiya ilə bağlı bütün qaydalara əməl etməsinin vacibliyi qeyd olunub

06.09.2021 593
.

"Formula 1" pilotu koronavirusa yoluxub

"Formula 1" üzrə dünya çempionatında çıxış edən "Alfa Romeo" komandasının pilotu Kimi Raykkonen koronavirusa yoluxub. "Report" yarışın rəsmi saytına istinadən xəbər verir ki, 41 yaşlı sürücü bu səbəbdən Niderland Qran-prisində iştirak etməyəcək. Onu Robert Kubitsa əvəzləyəcək

05.09.2021 551
.

Ronaldunun sevgilisi haqqında sənədli film çəkiləcək

İngiltərənin "Mançester Yunayted" futbol klubunun hücumçusu Kriştianu Ronaldunun sevgilisi Corcina Rodriges "Netflix"in istehsalı olacaq yeni sənədli filmdə öz həyat hekayəsini danışacaq. Bu barədə "Report" xarici mətbuata istinadən xəbər verir. "Mən Corcinayam"

05.09.2021 1542
.

Azərbaycan güləşçiləri gümüş və bürünc medal qazanıb

Azərbaycanın yunan-Roma güləşçisi Sərxan Məmmədov Rusiyanın Ufa şəhərində keçirilən gənclərin dünya çempionatında final görüşünə çıxıb. 130 kq çəki dərəcəsində mübarizə aparan idmançı türkiyəli Muhammet Bakirlə üz-üzə gəlib. Rəqibinə 1:3 hesabı ilə məğlub olan Məmmədov gümüş medalla kifayətlənib. 5

22.08.2021 758
.

Pele əməliyyat olundu

Braziliyalı əfsanəvi futbolçu Pele əməliyyat olunub. Bu barədə o, özünün "Facebook" səhifəsində yazıb. Ötən həftə müayinə üçün San-Paulu xəstəxanasına gedən "futbol kralı"nın yoğun bağırsağında şiş aşkar olunub. Şənbə günü əməliyyat olunan məşhur hazırda özünü yaxşı hiss etdiyin

06.09.2021 1378
.

CAS-ın Nurlan İbrahimovun şikayətinə baxacağı tarix açıqlandı

İdman Arbitraj Məhkəməsi (CAS) "Qarabağ" klubunun keçmiş mətbuat katibi Nurlan İbrahimovun UEFA-ya qarşı şikayət ərizəsinə baxacaq. Dinləmələr oktyabrın 8-nə təyin edilib. Xatırladaq ki, Nurlan İbrahimov 44 günlük müharibə zamanı "Facebook" hesabında ermənilərlə bağlı paylaşımın

29.08.2021 669
.

Ronaldonun Bakıya gələcəyi dəqiqləşdi

Futbol üzrə Portuqaliya yığmasının 2022-ci il dünya çempionatının seçmə mərhələsində İrlandiya və Azərbaycanla oyunlarına və Qətərlə yoldaşlıq matçına heyəti bəlli olub. xəbər verir ki, baş məşqçi Fernandu Santos siyahıya 25 oyunçu daxil edib. Onların arasında İtaliyanın "Yuventus" klubunda

26.08.2021 1232
.

Həbib Nurməhəmmədov yeznəsinin niyə azərbaycanlı rəqib seçdiyini açıqladı - FOTO/VİDEO

"Çoxlarına maraqlıdır ki, niyə Əbdülmanafın xatirəsinə həsr olunan belə turniri biz AMC FNG (Fight Nights Global) ilə birgə keçiririk?. "Divardan divara" turnirini keçirmək atamın ideyası olub. Bütün turniri belə keçirmək alınmaz, amma bir neçə döyüş olacaq. Atamın düşüncələrin

23.08.2021 2064
.

Tokio paralimpiadası iştirakçısının keçmişdə terrorçu olduğu məlum olub

İspaniyanı Tokio-2020 paralimpiada oyunlarında üzgüçü Sebastyan Rodriqes Velozo təmsil edib. "Report" xarici KİV-ə istinadən xəbər verir ki, 64 yaşlı iflic idmançının keçmişdə terrorçu olduğu məlum olub. O, bir zamanlar törətdiyi qətlə görə 84 il müddətinə azadlıqdan məhrum edilib. Velozonu

29.08.2021 1121