Natavan Həbibi: "...ərim məni heç yerə qoymur"

Natavan Həbibi: "...ərim məni heç yerə qoymur"İl ərzində onun adı qalmaqallarda daha çox hallandı. Bəziləri onu acıdil, bəziləri isə sözün düzünü deyən biri kimi tanıyır. "İlin xanım müğənnisi" adına layiq görülən müğənni Natavan Həbibi sualları cavablandırdı:

- "İlin xanım ifaçısı" adına layiq görüldün.

- Mükafat alan, almayan bütün dostlarımı təbrik edirəm. Bu mükafatlar həvəs və stimul verir. İl boyu işləyirsən, nəticəsini ilin sonunda görəndə çox xoş olur. Əziyyətimiz hədərə getmir, yəni sıfıra bərabər olmur. Sizlər olmasanız, biz heç kəsə lazım deyilik. Məni heç vaxt darda qoymayan tamaşaçılarıma təşəkkür edirəm.

-Natavan Həbibi özünün necə təqdim edilməsini sevir?

- Bizim Natavan Həbibi" . Bu müraciət formasından xoşum gəlir.

- "Mənim ən zəif yerim"in aqibəti necə oldu?

- Deməli, bu mahnının 5 variantda aranjımanını edib, dəyişmişik. Mahnılarım üstündə ciddi işləyirəm. Bəlkə də inanmırlar. Mən hər mahnını bir neçə formada hazırlayıb, təqdim edirəm. O mahnı çox varlıdır. Hər forma yaraşır. Yəqin ki, bir neçə formada sinqılını hazırlayacağıq.

- 2013-cü il çox səs-küylü keçdi. Qalmaqallar sizdən əl çəkmədi. Bu il yaddaşınızda necə qaldı?

- Ooo... Əslində həyatımı sırf şou-bizneslə bağlamıram. Mənim həyatım çox rəngarəngdir. Kliplər çəkib, mahnı oxumuşuq. Şəxsi həyatımda yeniliklər var. Ən əsası mənim möhtəşəm bir evim tikilir. Budu mənim yadımda qalan. 2014-cü ildən istədiyim bir şey var ki, o da konsert verməkdi. Gözlənilən konsertimi istəyirəm bu il verim.

- Bəs deyirdiniz konsert artıq xərcdi. Nə oldu? Konsert verməklə, gəlir əldə etmək mümkündür?

- Şou-biznesdən gəliri ümumiyyətlə fikirləşmək lazım deyil. Nə mahnı, nə klip, nə də konsert. Heç yerdən müğənni pul gözləməməlidir. Biz yazıq müğənnilər, ancaq toylardan pul götürürük. Mən şou tərəfindən demişəm. Şou tərəfindən konsertlər kasıbdır. Mənim zövqümə uyğun tamam başqa bir konsert olacaq. Sizləri musiqiylə bağlı bir çox sürprizlər gözləyir. Həm geyim, həm də rəqslər... bir sözlə konsert fərqli məqamlarla yadda qalacaq.

- Sizin subay qalmağınız çoxlarını narahat edir. Növbəti ildə ailə gözlənilir?

- Hə, düzdü. Çoxları narahat olur. Mənim də bundan xoşum gəlmir. O qədər təkliflər edən var ki, seçim etmək istəmirəm. Ay qurban olum, bilirəm ailə qurandan sonra sən gəlib məndən bu müsahibəni ala bilməyəcəksən. Mən ailə qurandan sonra oxumaq istəmirəm. Mən evdar xanım olmaq, ərimin çörəyini yemək, uşaqlarıma baxmaq istəyirəm. Ailə qursam, cəmi ildə bir mahnı çıxardaram. O tədbir, bu konsert, ay nə bilim klip kimi şeylər etmək istəmirəm, yorulmuşam. Mən belə arzulayıram. Özümə arzu elədiyimi reallaşsa sevinərəm, narazılıq etmərəm ki, ərim məni heç yerə qoymur.

- Şou-biznesdə sizi kim və nələr narahat edir?

- Məni heç nə narahat etmir. Mən bir çoxlarını narahat edirəm. Budu məni narahat edən. Varlığım bir çoxlarını niyə narahat edir anlamıram. Heç kimin tamaşaçısını, işçisini, mahnılarını əlindən almıram. Hamıyla gözəl münasibət istəyirəm. Şou-biznesdə bir neçə nəfər çıxmaq şərtiylə özümə böyük sevgi hiss edirəm. Mənim xətrimi çox istəyib, sənətimə qiymət verirlər.

- Əriyib, çöpə dönmüsən. Belə sürətli arıqlamağının səbəbi nədir?

- Mən yazıq orucluq ayında oruc tutmuşdum. Türkiyədən qayıdandan sora hamı deyirdi ki, çox kökəlmisən. Mən də dedim ki, müvəqqəti narahatcalıqdır, hər şey yerinə düşəcək. Elə də oldu, çəkimə qayıtdım. İndi o vaxtlarımdan da daha çox arıqlamışam. Heç vaxt çəkiylə problemim olmayıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 6680   Tarix: 05 yanvar 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Toydan 3 ay sonra ayrıldılar

Aparıcı Ece Erken 3 ay əvvəl ailə qurduğu Şafak Mahmutyazıcıoğlu ilə ayrılıb. Axşam.az-a istinadən xəbər verir ki, o, birlikdə olan fotolarını sosial şəbəkədən silib. Ece eyni zamanda soyadını da dəyişdirib. İyunda vəkil sevgilisi ilə uzun müddət davam edən münasibətini rəsmiləşdirən Erkenin bu addım

18.09.2021 5366
.

Özcan Dəniz hakim qarşısına çıxdı

Keçmiş həyat yoldaşı Feyza Aktana şiddət göstərməsi səbəbi ilə məhkəməlik olan türkiyəli aktyor Özcan Dəniz hakim qarşısına çıxıb. Axşam.az-a istinadən xəbər verir ki, 1 il 6 ay həbsi tələb olunan aktyor Feyza Aktanın yalan dediyini bildirib:. "Övladımın qəyyumluğunu istədiyim üçün məni çətin vəziyyət

16.09.2021 1271
.

Plastik əməliyyat elətdirən Xəyalədən YENİ FOTOLAR

Aktrisa Xəyalə Quliyeva sosial mediada paylaşım edib. xəbər verir ki, aktrisa instaqram hesabında yeni fotolarını izləyiciləri ilə bölüşüb. Onun paylaşımına çoxsaylı təriflər, bəyəni gəlib. Qeyd edək ki, aktrisa bədənşəkilləndirmə edib, artıq çəkidən xilas olub. O, eyni zamanda buxaq hissəsini də kəsdirib

18.09.2021 5899
.

Yusif Mustafayev: "260 manat pensiya alıram, buna da şükür"

"Toy yox, düyün yox, bütün günü evdəyəm. Çalışıram ki, evdən bayıra çıxmayım. Bəladan qorunmağın yolu ancaq budur". Bunu Qaynarinfo-ya açıqlamasında Əməkdar artist Yusif Mustafayev deyib. Müğənni yaşı ilə əlaqədar toylara az dəvət aldığını bildirib:. "Məhərrəmlikdən əvvəl bir-iki toy

16.09.2021 2063
.

Əməkdar artist vəfat etdi - FOTO

Əməkdar artist Çiçək Rzayeva vəfat edib. -ın məlumatına görə, Rzayeva Çiçək Məmmədhüseyn qızı ötən gün 77 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Çiçək Rzayeva 1944-cü ildə Bakıda anadan olub. Onun Azərbaycan arfa sənətində müəllimi Aida Abdullayevadan sonra böyük xidmətləri olub. Çiçək Rzayeva arf

16.09.2021 7387
.

Gülay Zeynallı koronavirusa yoluxdu: "7 gün sistem qoşdular"

Müğənni Gülay Zeynallı koronavirusa yoluxub. BİG.AZ xəbər verir ki, bu haqda ifaçı özü bildirib. Sənətçi xəstəliyi çox da ağır keçirmədiyini və tez zamanda əvvəlki sağlığına qovuşduğunu deyib:. "Bəziləri deyir ki, çoxlu dərmanlar əbul etdim amma xeyri olmadı. Açığı məndə belə olmadı. 7 gün davaml

18.09.2021 4164
.

Beyonsun 500 milyonluq özəl günü - Fotolar

Amerikalı məşhur müğənni Beyons yeni yaşını lüks yaxtasında həyat yoldaşı Cey-Z və övladları ilə birlikdə qeyd edib. Axşam.az xarici mediaya istinadən xəbər verir ki, ifaçının 40 yaşı tamam olub. O, 500 milyon dollarlıq yaxta ilə səyahətə yollanaraq özəl gününü qeyd edib. Kirayəsi həftəlik 4 milyon dollar

16.09.2021 2230
.

Zamiqin oğlunun ad günündən - FOTO

Müğənni Zamiq Hüseynovun oğlu Zeynin 2 yaşı tamam olub. Axşam.az-a istinadən xəbər verir ki, sənətçi övladı ilə obyektiv qarşısına keçib. Zamiq birlikdə çəkdirdikləri şəkilləri izləyiciləri ilə bölüşüb. İfaçı paylaşımına "Sən nə böyük sevgisən. Ad günün mübarək, əziz oğlum" qısa şərhini yazı

18.09.2021 5961
.

Bu da Pərvinin MAKİYAJSIZ HALI - FOTOLAR

Aktrisa Pərvin Abıyevadan xəbər var. xəbər verir ki, aktrisa "Instagram" hesabında canlı yayımda olub. Canlı yayım zamanı Pərvin makiyajsız və saçları dağınıq halda görünüb. İzləyiciləri onun bu halını bəyənməyib. Həmin fotoları təqdim edirik:

16.09.2021 4042