Azərbaycanlı müğənni Şimali Kiprdə qızlara gül payladı

Şimali Kiprin Doğu Akdeniz Universitetinin Azərbaycan Tələbə Cəmiyyəti adı çəkilən universitetdə Dünya azərbaycanlılarının həmrəylik gününü münasibəti ilə gecə təşkil edib.

Kiprin ilk dövlət universiteti olan Doğu Akdeniz Universitetində təşkil olunan gecəni adı çəkilən universitetin Azərbaycan Tələbə Cəmiyyətinin prezidenti Toğrul İbrahimli açıq elan edib.

O, təmsil etdiyi qurumun ənənəvi olaraq milli günləri təşkil etdiyini xatırladaraq, gecənin məqsəd və əhəmiyyətindən danışıb. Bildirilib ki, hələ 1991-ci il dekabrın 16-da, ulu öndər Heydər Əliyev Naxçıvan Ali Məclisinin sədri olduğu dövrdə, hər il dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd edilməsi barədə qərar qəbul olunub ki, həmin vaxtdan etibarən Həmrəylik Günü ölkəmizdə və xaricdə ən mötəbər bayram kimi qeyd olunur.

Daha sonra çıxış edən Doğu Akdeniz Universitetinin rektor müşaviri və Azərbaycan Kıbrıs Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu iştirakçılarının bayramını təbrik edərək, günün əhəmiyyətindən söhbət açıb. Natiq bildirib ki, həmrəylik Gününün əsas ideyasını dünya azərbaycanlılarının birliyi və həmrəyliyi, Azərbaycanın dövlətçiliyi, xalqın milli mənəvi dəyərlərinə hörmət, Azərbaycan xalqına mənsubluqla və tarixi Vətənə bağlılıqla əlaqədar hiss və ideyalar təşkil edir. Daha sonra dünyanın müxtəlif ölkələrində 50 milyondan çox azərbaycanlı yaşadığnı xatırladan O. Həsənoğlu, qeyd edilib ki, onların təşkilatlanması, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması çox mühüm məsələdir ki, bu işdə gəncliyin üzərinə böyük məsuliyyət düşür.

Gecə də iştirak edən gənc müğənni Yaşar Cəlilovun səsləndirdiyi ifalar gecəyə əlavə rəng qataraq, bayram əhval-ruhiyyəsi yaradıb. Gənc müğənni ifası zamanı zalda əyləşən xanımların hər birinə daha öncədən aldığı qızıl gülləri paylayıb.

Həmçinin ölkəmizlə bağlı qısa video çarxın da nümayiş olunduğu gecədə Doğu Akdeniz Universitetində təhsil alan azərbaycanlı tələbə Nəzrin Həsənovanın nigeriyalı tələbə Riçerd Oduki ilə birlikdə nümayiş etdikləri milli rəqslərimiz iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Azərbaycanlı müğənni Şimali Kiprdə qızlara gül payladıAzərbaycanlı müğənni Şimali Kiprdə qızlara gül payladıAzərbaycanlı müğənni Şimali Kiprdə qızlara gül payladıAzərbaycanlı müğənni Şimali Kiprdə qızlara gül payladı


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 1808   Tarix: 04 yanvar 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Bu səhnənin "Aşkı memnu"dan oğurlandığı iddia edildi

"Kanal D"də yayımlanan "Camdaki kız" serialı yenidən izləyicilərin tənqidlərinə tuş gəlib. Axşam.az-a istinadən xəbər verir ki, ekran işində baş rol ifaçılarından Nur Sürerin yeni ailə həyatı quran qızı ilə kürəkəninin ilk gecələrini yan evdən binoklla izləməsi bəyənilməyib. İzləyicilə

17.09.2021 4785
.

Toyunda ürəkdən "hə" deməsi minlərlə baxış sayı topladı - VİDEO

4 ilə yaxındır sevgili olan tanınmış müğənni Ece Seçkin və pilot Çağrı Terlemez cütlüyü özünə toy edib. xəbər verir ki, bu barədə ifaçı instaqram hesabında bildirib. Seçkinin toyda geyindiyi iki fərqli gəlinlik böyük marağa səbəb olub. Bundan başqa, müğənninin nikah mərasimində "Çağrı Terlemezl

16.09.2021 1693
.

Zamiqin oğlunun ad günündən - FOTO

Müğənni Zamiq Hüseynovun oğlu Zeynin 2 yaşı tamam olub. Axşam.az-a istinadən xəbər verir ki, sənətçi övladı ilə obyektiv qarşısına keçib. Zamiq birlikdə çəkdirdikləri şəkilləri izləyiciləri ilə bölüşüb. İfaçı paylaşımına "Sən nə böyük sevgisən. Ad günün mübarək, əziz oğlum" qısa şərhini yazı

18.09.2021 5961
.

Bu da Pərvinin MAKİYAJSIZ HALI - FOTOLAR

Aktrisa Pərvin Abıyevadan xəbər var. xəbər verir ki, aktrisa "Instagram" hesabında canlı yayımda olub. Canlı yayım zamanı Pərvin makiyajsız və saçları dağınıq halda görünüb. İzləyiciləri onun bu halını bəyənməyib. Həmin fotoları təqdim edirik:

16.09.2021 4042
.

İlin ən gözəl qadını seçildi

"Glamour Magazine" jurnalında dərc olunan məqalədə ilin ən gözəl qadınının adı açıqlanıb. Axşam.az-a istinadən xəbər verir ki, bu ada türkiyəli aktrisa Hande Erçel layiq görülüb. Qeyd edək ki, aktrisa sonuncu dəfə "Sen çal kapımı" serialında baş rolu canlandırıb

17.09.2021 8355
.

Nigar Şabanovanın ailəsindən XOŞ XƏBƏR - FOTO

Əməkdar artist Nigar şabanovanın ailəsindən xoş xəbər var. xəbər verir ki, sənətçinin anası uzun müddətdir ki, beyin qanaması keçirdiyi üçün yataq xəstəsi idi. Nigar sosial media hesabında paylaşım edərək anasının artıq yataqdan ayağa qalxdığını qeyd edib: . "5 aya yaxındır ki, anam beyin qanamas

16.09.2021 7167
.

Damla plastik əməliyyatdan sonra - FOTOLAR

Müğənni Damladan xəbər var. xəbər verir ki, Damla buxaq əməliyyatından sonra yeni fotolarını sosial media hesabında paylaşıb. izləyiciləri onun yeni görünüşünü bəyənərək xoş rəylər yazıblar. Həmin fotoları təqdim edirik:

16.09.2021 9193
.

Afət Fərmanqızı qısa "şortik"də DİQQƏT ÇƏKDİ - FOTOLAR

Müğənni Afət Fərmanqızı istirahətə yollanıb. xəbər verir ki, müğənni istirahətindən sosial media hesabında paylaşımlar edib. Paylaşdığı fotolarda Afətin qısa şortikdə olması diqqətdən yayınmayıb. Həmin fotoları təqdim edirik:

16.09.2021 7310
.

"Kalp yarası"nda yeni aktyor - Foto

Reytinqlərdə ilk sırada yer alan "Kalp yarası" serialına yeni aktyor daxil olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işində Görkem Mertsöz rol alacaq. Aktyor serialda psixoloq obrazına həyat verəcək

17.09.2021 3104