Ərzaq məhsulları alarkən diqqətli olun

Ərzaq məhsulları alarkən diqqətli olun

Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı Bakı, Gəncə, Sumqayıt, Yevlax, Xaçmaz, Şabran və Ağsuda bir sıra mağazada saxlama müddəti ötmüş malların satıldığı aşkarlanıb.
BiG.AZ-ın məlumatına görə, ümumilikdə, monitorinqlər zamanı 140 kq-a yaxın saxlama müddəti ötmüş və ya normativ sənədlərin tələblərinə cavab verməyən ərzaq malları aşkar olunmuş, satışdan çıxarılaraq məhv edilib.
Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.
İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda, 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və Nazirliyin 195-2 Telefon Məlumat Mərkəzinə məlumat vermələri xahiş olunur.

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1908 Tarix: 01.01.2014
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
nayka2000
nayka2000 02.01.2014
mende malların srokuna baxıram hamıyada baxmağı tovsiye edirem


 
Rihan
Rihan 01.01.2014
Men ne aliramsa vaxtina mutleq baxiram.Herden gorursen ki, bu hereketi edende saticilar bir teher baxiwlarla baxirlar mene.Amma hecde ehemiyyet vermirem.Her kese diqqetli olmagi tovsiye edirem.Muellife twk.
panky
panky 01.01.2014
men markete gırınce gozum heçne gormur:)
cimbom1905
cimbom1905 01.01.2014
ilk şərh məndən:mən həmişə diqqət edirəm, təşəkkürlər!!!