"Qoca gey", "Şəmkirli biznesmen", "Atası erməni"- İlin şou qalmaqalları
"Qoca gey"
2013-cü il şou-biznesdə yaradıcılıq yenilikləri ilə deyil, təəssüf ki, daha çox qalmaqalları ilə yadda qaldı.
BiG.AZ publika-ya istinadən həmin müğənnilərin siyahısını təqdim edir:
1.Təranə Qumral-Musa Musayev biabırçılığı. Qısqanclıq zəminində baş verən qalmaqal məhkəmə çəkişmələrinə qədər gedib çıxdı. Bir-birlərinin ünvanına təhqiramiz ifadələr səsləndirən ər-arvad sonunda heç nə olmamış kimi öpüşüb, barışdılar. Arada mətbuatı günahkar tutdular. Publika.Az- da bu məhkəmə çəkişməsindən qıraqda qalmadı. Amma sonunda məhkəməni qazandı.
2.Nazpəri-İlhamə qırğını. İki xalq artisti mətbuatda kəskin bəyanatlarla çıxış edərək bir-birlərini "ağ yuyub qara sərdilər". Açıldı ağızlar, çıxdı söyüşlər. Tərəflər işə ortaq dostları olan Rusiyadakı soydaşımız, iş adamı Mirəşrəf Fətiyevi də qoşudular. Məhkəməyə qədər gedib çıxan iş hələ də davam edir. Udan, uduzan hələ bəlli deyil.
3. Aygün-Brilliant dartışması. İki xalq artisti bir-birinə əvvəlcə gizlin müharibə elan etdilər. Virtual məkanda başlanan soyuq müharibə sonradan açıq mübarizəyə keçdi. Tərəflər maqazin proqramlarına çıxıb, daha kobud şəkildə bir-birlərini acıladılar. İşə Namiq Qqaraçuxurlunu da qatdılar. Aygün Brilliantın xiyar yediyi yerdə şəklini paylaşıb ortaya "xiyar" söhbətini atdı. Hətta iş o yerə çatdı ki, şou-biznesin divası Aygün küsüb ölkədən getmək məcburiyyətində qaldı. Amma tezcə də geri döndü. Zaman keçdikcə, xalq artistlərinin hikkəsi soyumağa başladı və bu qalmaqalı başqaları əvəzlədi.
4.Rəvan Elşadoğlu-eks sevgilisi ilə deyişdilər. Güya o qız Rəvandan hamilə qalıbmış. Tibbi araşdırmalar-filan… Bu məsələ də sakitçiliklə bitdi. Bəlli oldu ki, eks -sevgili Rəvandan pul qoparmaq niyyətindymiş.
5.Nurlan Əzizbəyli xanımı ilə dartışdı. Müğənninin evdən qovulduğu deyildi. Səbəbsə qısqanclıq oldu. Sonradan tərəflər barışdılar. Amma "bu xəmir o qədər də çox su aparmadı".
6. Cavanşir Məmmədov-Nadir Qafarzadə xəcaləti. "Öz gözündə tir görməyib, Nadirin gözündə tük axtaran" Cavanşir qarşı tərəfi silikon qoymaqda, qaş almaqda ittiham etdi. Aman ya rəbbim, Nadir qızışdı, nə qızışdı. ANS-in efirində, Rövşanənin bazar səhərində Cavanşirə "qoca gey" deməklə, aləmi bir-birinə vurdu. Kəsəsi, telekanallar azı iki həftə Nadir-Cavanşir serialı çəkib, insanların əhvalını coşdurdular. Axırda hər zaman olduğu kimi Nadir hissə qapıldığını deyib üzr istədi, Cavanşirsə, yavaş-yavaş sakitləşməyə başladı. Amma sağ olsun Firuzə İbadovanı, çörəkitirən deyilmiş, bu məsələdə duetdaşı Cavanşiri tək qoymadı. Onun müdafiəsinə qalxdı. Amma indi aclıq edib, özünün müdafiəyə ehtiaycı var, Cavanşir ortalıqda yoxdur.
7. Nəhayət ilin son qalmaqalını Aygün Kazımova ilə Natəvan vurdu. İşə primadonna İlhamə Quliyeva da qarışmalı oldu. Natəvana prinsessa adını qoyan primadonna binəva qızın sevincini gözündə qoydu. "Sus, Aygünə söz qaytarma deyib"-, onun xətrinə dəydi. Aygün də hər zaman olduğu kimi gizlin müharibəsini davam etdirdi. Natəvana "atası ermənidir"- damğasını vurdu. Natəvansa, efirə çıxıb, ortaya sənəd çıxaracağını bəyan etdi. Amma ortaya nə sənəd çıxdı, nə də Aygün Kazımova. Bu da belə getdi.
BiG.Az Telegramda izləyin instagramda izləyin
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş