Sevgilisini hokkey çubuğuyla döyərək təcavüz etdi - FOTO

Sevgilisini hokkey çubuğuyla döyərək təcavüz etdi - FOTOİngiltərədə baş verən qorxunc cinayətdə sevgilisi gənc qadını hokkey çubuğuyla döydükdən sonra inanılmaz işgəncələr verib...

BiG.AZ-ın xarici mediaya istinadən məlumatına görə, Londonda yaşayan Anastasiya Voykinanı qətlə yetirən 28 yaşlı sevgilisi Felip Lopes 7 il həbsə məhkum edilib.

23 yaşlı rus əsilli Anastasiya Voykina Filiplə ötən ildən birlikdə yaşayırmışlar. Aralarında yaranmış münaqişə zəminində Filip Lopes sevgilisi Anastasiyanı əvvəlcə hokkey çubuğuyla döyüb. Daha sonra gənc qadını kəmərlə və təpiklərlə ölümcül döyən Lopes ona təcavüz də edərək evi tərk edib. Bir həftə boyunca evdə köməksiz halda tək qoyub getdiyi qadın, işgəncələrə dözməyərək dünyasını dəyişib.

Qızlarından bir müddət xəbər tuta bilməyən valideynlərinin axtarışları nəticəsində Anastasiyanın cəsədi sevgilisiylə yaşadıqları evdən tapılıb. Cəsədin tapılmasında qonşuların evdən tez-tez dava-dalaş səsləri gəldiyinə dair etdikləri şikayətlər də kömək olub.

Qadının ölümündə şübhəli bilinən onun sevgilisi Lopesin cinayəti sübuta yetirilərək həbs olunub. 7 il 3 ay həbsə məhkum edilən Filip Lopesin psixoloji problemləri olduğu və narkotik istifadəçisi olduğu müəyyənləşib.

Cinayət araşdırmasında Lopesin daha əvvəl də başqa bir qadına hücum etməkdən həbsə girdiyi və orada psixoloji müalicələr aldığı ortaya çıxıb.Ailəm.az

Sevgilisini hokkey çubuğuyla döyərək təcavüz etdi - FOTOSevgilisini hokkey çubuğuyla döyərək təcavüz etdi - FOTOSevgilisini hokkey çubuğuyla döyərək təcavüz etdi - FOTOSevgilisini hokkey çubuğuyla döyərək təcavüz etdi - FOTOSevgilisini hokkey çubuğuyla döyərək təcavüz etdi - FOTOSevgilisini hokkey çubuğuyla döyərək təcavüz etdi - FOTOSevgilisini hokkey çubuğuyla döyərək təcavüz etdi - FOTOSevgilisini hokkey çubuğuyla döyərək təcavüz etdi - FOTOSevgilisini hokkey çubuğuyla döyərək təcavüz etdi - FOTOSevgilisini hokkey çubuğuyla döyərək təcavüz etdi - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Digər   Baxılıb: 3437   Tarix: 29 dekabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qızdırması olduğu üçün imtahana buraxılmayan şagirdlərin taleyi necə olacaq? -VİDEO

"Dünəndən etibarən 9-11-ci siniflər üçün buraxılış imtahanları başlanılıb. Bu onların taleyini və gələcək müqəddəratını müəyyən edən bir məsələdir. DİM məlumat verib ki, imtahan binasına daxil olarkən hər kəs qoruyucu maskadan istifadə etməlidir". BİG.AZ xəbər verir ki, bu sözləri təhsil üzr

11.06.2020 3040