Xoşbəxtlik nədir ki, onun həsrətini çəkirik?

Xoşbəxtlik nədir ki, onun həsrətini çəkirik?Xoşbəxtlik bir sevgilidir hər kəs həsrətini çəkər onun, (xoşbəxtlik) bir uca qayədir hər fədakarlığa qatlanarlar onun yolunda. İnsanlar arasında elə bir fərd yoxdur ki, məsud olmaq istəməsin. Bəs, səadət nədir? Budur çətindən də çətin məsələ!..

Yunanlıya görə, o, eşq və sevda, Sezara görə şan və şöhrət, Firona görə iqtidar və məqam, Qaruna görə də yığın-yığın sərvət və xəzinələrə sahib olmaqdır. Halbuki, bunlardan heç biri, nə gerçək səadət, nə də onun bir vəsiləsidir. Həqiqi xoşbəxtliyi bu yollarla axtaranlar həmişə aldanmış və xüsrana məruz qalmışdırlar.

Gerçək səadət insan zehninin dağınıqlıq və pərişanlıqdan qurtarılması, insan qəlbinin itminan və rahatlığa qovuşmasından ibarətdir. Onu dəniz sahillərində, dağların zirvəsində, tənha yerlərdə axtaranlar daim yanılmışlar. Hərçənd, ruhuna bundan qeyri yollarla istirahət etdirməyi bilməyən avam üçün bu da bir vəsilə sayıla bilər. Ancaq gerçək hüzur və səadəti əldə etmək üçün nə zamana, nə də zəminə ehtiyac var. O hər yerdə insanla birlikdədir; onun iç aydınlığına, onun hür iradəsinə əmanət edilmiş müqəddəs bir sevgilidir. Hər bir insan istədiyi vaxt qanadlanan ruhu ilə qəlbinin sonsuz diyarlarına pərvaz edib tamaşasından doya bilməyəcəyi aləmlərə baş çəkib həsrətini çəkdiyi xoşbəxtliyi əldə edə bilər. Üstəlik qəlb xəzinəsi də tərtəmiz fikirlərlə süslənmiş və ləbriz (ağzına qədər dolu, dopdolu) edilmişsə... Boysun (Boycenin) dediyi kimi: "Nə bəxtiyardır o insan ki, ruhunun dərinliyində belə bir mehrabı var!.."

Bəli, məsud ola bilmək üçün əvvəlcə ruh yaxşıca təchiz edilməli, könül pak və təmiz fikirlərlə süslənməli, sonra da keçmişin qanad verən xatirələri gələcəyin isabətli və məqul ümidləri ilə birgə mütaliə edilməlidir ki, bunun sayəsində pisliklərdən qorunmaq mümkün olsun.. şəhvani hisslərin qarşısına sədd çəkib insanı ucaldan hissləri də qüvvətləndirərək həyatın hər anını fəzilətlə boyamaq mümkün ola bilsin. Elə əxlaqlı həyatın yeganə düsturu da fəzilətdir. Axtardığımız səadət də fəzilətdən ayrı olmayıb, bir baxımdan onun nəticəsi və mükafatıdır.

Ruhu qanadlandırıb pərvaz etdirən və qəlbi daim canlı saxlayan yeganə şey "Yaradanın xoşnudluğu" düşüncəsidir. Fəzilət düşüncəsi olmadan xoşbəxtlikdən danışmaq əbəsdir, mənasızdır.

Bəzmimizə (yığıncaq, söhbət məclisi) səadət möhürünü vuran müstəsna varlıq bu xüsusiyyətləri ilə həm fəzilətli, həm də xoşbəxt idi: O, o qədər əzmkar və qərarlı idi ki, ömrü boyu Uca Yaradanın təsdiqindən keçməyən heç bir şeyi bircə dəfə də xoş qarşılamamışdı. O qədər dürüst idi ki, ən əhəmiyyətsiz şeylərdə belə heç kimə haqsızlıq etməmişdi. Uca aləmlərə o qədər aşiqdi və ülvi təcəllilərlə o qədər dolu idi ki, heç vaxt ləzzəti fəzilətdən üstün tutmamışdı. Elə üstün idrak və qavrayış sahibi idi ki, yaxşını pisdən ayırmaqda bircə kərə də tərəddüd keçirməmişdi. İnsanların fikirlərinə həmişə hörmət göstərmişdi, amma onların nəsihətlərinə heç vaxt ehtiyac hiss etməmişdi. Ən anlaşılmaz, mürəkkəb məsələləri çox rahatlıqla həll edər, qəflət və dəlalət içində olanları bir cəhdlə fəzilət və şərəfə yüksəldərdi. Sözlərində ağıl və hikmət qoşa gedirdi; məntiqli və doğru bildiyi xüsuslarda olduqca sabitqədəmdi. O qədər müttəqi idi ki, hərəkət və davranışlarındakı şəffaflıq, rəftarındakı yumşaqlıq və duruluq mələkləri qibtəyə sövq edəcək qədər zərif idi. Lovğalıq və öyünmə kimi xislətlər onun təsirli və əridici abı-havasında bircə dəfə də görünməyə imkan tapa bilməmişdi. Şəxsi ilə bağlı bütün həqarətlərə susmaqla səbir edər və insanları ittiham etməkdən olduqca uzaq olardı. Qorxaqlıq Onun səmtinə ayaq aça bilməmiş, vəsvəsə və tərəddüdlərlə heç üzləşməmişdi. Qövm və qəbiləsindən bezib usanmadığı, çəkinmədiyi kimi, dünya ilə hesablaşdığı zamanlar da polad kimi olmağı bacarmışdı. Otağı, yatağı, paltarı və yeməyi çox sadə və fəqiranə idi. Və yaşadığı cəmiyyətin sıravi bir fərdi kimi idi. Dostluqda tayı-bərabəri olmayacaq qədər səbatlı və möhkəm, vəfada hər kəsi minnət altında buraxacaq qədər mərd idi...

O, bunlarla sərəfraz və fəzilətli idi. Nə qədər fəzilətli idisə, o qədər də qəlbi hüzurla dolu və xoşbəxt idi.

Onun vicdanı qədər saf və duru bir vicdana sahib olmaq üçün fəzilətin rüknləri sayılan bu xüsuslarda Onu nümunə götürmək və ruhumuzun rəngini əks etdirən bu düşüncələrin kirlənib pozulmasına imkan verməmək lazımdır.

Bəli, bu cür uca xüsusiyyətlərə sahib çıxmaq bizə fəzilət gətirəcək, dolayısilə də gerçək xoşbəxtliyin qapılarını üzümüzə açacaq. Əksinə, bu istiqamətdə yol verdiyimiz hər hansı bir qüsur isə fəzilət dünyamızda bir dəlik, dolayısilə səadətimizi bulandıran bir keyfiyyət olacaq. Necə ki, suyu saf və təmiz saxlamaq üçün yeganə yol onun içinə bir şey atmamaq və bulandırıcı şeylərdən uzaq saxlamaqdır. Bunun kimi ruhun hüzuru və xoşbəxtliyi də onu bir anlıq da olsa, fəzilətdən məhrum etməməkdən asılıdır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2309   Tarix: 28 dekabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

3 milyon dəyərində sendviç hazırlandı - Ən bahalı qidalar

Dünyanın ən bahalı sendviçi hazırlanıb. Axşam.az-a istinadən xəbər verir ki, sendviç almaniyalı rəssam Tim Bengel tərəfindən saf qızıl istifadə olunaraq düzəldilib. Həmin qida 3 milyon dollar dəyərində qiymətləndirilib. Qeyd edək ki, bu ilk belə baha qida məhsulu deyil. Dünyanın ən bahalı yeməklərin

17.09.2021 877
.

İtkin düşən 10 yaşlı qız pedofilin evində tapıdı - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində polis on yaşlı qızı pedofildən xilas edib. -a istinadən xəbər verir ki, məlumata görə, sentyabrın 9 -da axşam saatlarında məktəbli qızın atası Leninqrad vilayətinin polisə müraciət edərək, qızının dərsdən sonra evə qayıtmadığını bildirib. Polis itkin düşən məktəblini

13.09.2021 2197
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817
.

Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL

Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. -a istinadən sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 12 sualı təqdi

15.09.2021 1571
.

Qızıldan hazırlanan unitaz iki ildir tapılmır - FOTO

İngiltərənin Blenheim sarayından iki il əvvəl oğurlanan qızıldan hazırlanan unitaz hələ də tapılmayıb. -a istinadən xəbər verir ki, 2019-cu il sentyabrın 14-də sarayda sənət sərgisinin keçirildiyi vaxt oğurlanan qızıl unitazın dəyəri 1 milyon funt sterlinqdir (2 300 00 manatdan çox). Xatırladaq ki, unitaz

16.09.2021 3329
.

Rusiyada məktəb dərsliyində porno sayta istinad tapılıb – FOTO

Rusiyada orta məktəb dərsliyində porno saytına aparan istinad tapılıb. -a istinadən xəbər verir ki, yayılan məlumatlara görə, neqativ hal altıncı sinif ingilis dili üzrə test tapşırıqları toplusunda üzə çıxarılıb. Həmçinin, eyni səhifədə porno aktrisasının vizit kartı da əks olunub. Müvafiq qurumları

14.09.2021 2022
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

13.09.2021 1024
.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

13.09.2021 1580
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -a istinadən xəbər verir ki, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlər aldığ

14.09.2021 1051