Artıq istənilən ünvanı rahat tapa biləcəksiz

Artıq istənilən ünvanı rahat tapa biləcəksizÜnvan Reyestri İnformasiya Sisteminin fəaliyyəti ilə bağlı müzakirələr aparılıb.

Əmlak Məsələləri Dövlət Komitəsində (ƏMDK) ünvan reyestrinin fəaliyyətinin təmin edilməsi ilə bağlı Azərbaycan Prezidentinin 2013-cü il 1 noyabr tarixli Fərmanının icrası məqsədilə digәr dövlәt orqanlarının malik olduqları informasiya sistemlərinin inteqrasiyasına həsr olunmuş müzakirələr keçirilib.

BiG.AZ AzərTAc - a istinadən xəbər verir ki, ƏMDK-dan bildiriblər ki, tədbirdə 10-dan çox dövlət qurumunun nümayəndələri iştirak ediblər.

Bildiriib ki, tədbirin başlıca məqsədi Ünvan Reyestri İnformasiya Sistemi ilə digər dövlət orqanlarının malik olduqları informasiya sistemlərinin inteqrasiyasının müəyyənləşdirilməsi və qarşılıqlı informasiya mübadiləsinin həyata keçirilməsidir.

Diqqətə çatdırılıb ki, daşınmaz əmlak obyektlərinə ünvanların verilməsi, yeni yanaşmalar əsasında ünvan reyestrinin tərtibi və aparılması ölkəmizdə həyata keçirilən sosialyönümlü işlərin tərkib hissəsi olmaqla vətəndaşlarımızın sosial–məişət şəraitinin və rifah halının yaxşılaşdırılması tədbirlərindəndir.

Ünvan Reyestri İnformasiya Sistemi digər informasiya sistemlərinə daşınmaz əmlak obyektinin ünvan məlumatlarını çatdırmaqla "Elektron hökumət"in tələblərini yerinə yetirəcəkdir. Bu məqsədlə ölkəmizdə mövcud olan ünvan sistemi təhlil edilmiş, beynəlxalq layihə çərçivəsində xarici ölkələrin qabaqcıl ünvan təcrübələri öyrənilməklə giriş konsepsiyası əsasında Ünvan Reyestri İnformasiya Sistemi hazırlanmışdır.
Avropanın Milli Məkan Məlumatları İnfrastrukturu ilə bağlı qəbul olunmuş direktivlərin tələblərini ödəyən Ünvan Reyestri İnformasiya Sistemi Azərbaycan Respublikasında Milli Məkan Məlumatları İnfrastrukturunun qurulması istiqamətində həyata keçirilmiş ilk layihədir. Daşınmaz əmlakın malik olduğu ünvan məlumatları ilə yanaşı, onun coğrafi məlumatlarını da özündə saxlayan Ünvan Reyestri İnformasiya Sistemi Azərbaycan Respublikasında ünvan məlumatlarının yeganə rəsmi mənbəyidir.

Tədbirdə aidiyyəti dövlət orqanları ilə birgə Ünvan Reyestri İnformasiya Sistemində daşınmaz əmlak obyektlərinin ünvanları barədə toplanan məlumatlardan səmərəli və praktiki istifadənin təşkil edilməsi, onların informasiya təminatı, sorğu və təhlil işlərinin avtomatlaşdırılması prosesinin və informasiya təhlükəsizliyinin təmin edilməsi məsələləri müzakirə edilib.

Bildirildi ki, yeni yanaşmalar əsasında tətbiq ediləcək ünvan sistemi ünvanlar haqqında istənilən anda müfəssəl məlumat əldə etmək imkanı yaradacaq, ünvanların axtarış sistemini sadələşdiriləcəkdir. Ölkə vətəndaşlarının, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının ünvan axtarışı məsələləri qaydaya salınacaqdır. Nəticədə müxtəlif xidmət sahələrinin fəaliyyətində, eyni zamanda, təcili tibbi yardım, poçt xidməti, fövqəladə hallar və sair xidmətlərin fəaliyyəti zamanı operativlik təmin ediləcək, lazımi ünvanların axtarışında vaxt itkisinin qarşısı alınacaq. Həmçinin əhali tərəfindən lazımi ünvanların axtarışında vaxt itkisinin qarşısı alınacaq.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1106   Tarix: 27 dekabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Gecə paltarı ilə yatmayın - SƏBƏB

Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların

16.09.2021 3554
.

Körpüyə görün hansı ad verildi - FOTOLAR

ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb

15.09.2021 1164
.

Türkiyədə İLK: 3D printerlə insan beyninin nüsxəsi hazırlandı - VİDEO

Nevrologiya mütəxəssisi professor Sultan Tarlacı Türkiyədə ilk dəfə olaraq 3D printerlə insan beyninin dəqiq nüsxəsini hazırlayıb. Oxu.a-a istinadən xəbər verir ki, keçmişdə beyinin içindəki quruluşu anlamaq üçün silikon yerləşdirmə kimi xam üsullar istifadə olunurdu, ancaq bu inkişafla beyinin xaric

13.09.2021 490
.

Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO

Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd

11.09.2021 1188
.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505
.

Əfqan ulduz ölkədən qaçmasından danışdı: başımdan vur, amma...

Əfqanıstanda qadın hüquqlarını müdafiə etdiyi üçün və geyimləri ilə bağlı radikal şəxslərin qəzəbinə tuş gələn 36 yaşlı pop ulduz Aryana Səid "Taliban" hakimiyyəti ələ keçirdikdən sonra paytaxt Kabildən İstanbula necə qaçdığını danışıb. Müğənninin avqustun 15-də "Taliban" Kabilə daxi

12.09.2021 1875
.

On ildən sonra övladı doğuldu, tearda baş verənlər ölümünə səbəb oldu - Arzusu ürəyində qalan Xalq artistimiz

BİG.AZ -a istinadən Xalq artisti İlham Əsgərov haqqında maraqlı faktları təqdim edir. İlham Təvəkkül oğlu Əsgərov 16 iyul 1958-ci ildə Masallı rayonunun Xançobançı kəndində anadan olub. Hələ uşaqlıq illərindən teatra həvəs göstərib. Məktəb illərində ilk dəfə səhnəyə 9-cu sinifdə çıxıb. O, Abbas Səhəti

11.09.2021 2055
.

Ovuclarınızı birləşdirin: Sevgi haqqında nələr öyrənəcəksiniz?

Ovuclarınızın içindəki sevgi xətti xarakteriniz haqqında çox şey deyir. -a istinadən məlumat verir ki, bir insanın əlləri o insan haqqında çox şey deyə bilər. Bu, uzun müddətdir ki, xarakter təhlili aparan insanlar üçün təsirli bir üsuldur. Əgər bu sizə də maraqlıdırsa, o zaman ovuclarınızı birləşdirin

16.09.2021 1627
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817