Heydər Əliyev Mərkəzində "Vera məhəlləsinin musiqiləri" müziklı təqdim olunacaq

Heydər Əliyev Mərkəzində "Vera məhəlləsinin musiqiləri" müziklı təqdim olunacaq2014-cü il yanvarın 17-də Heydər Əliyev Mərkəzində Gürcüstanın kino və teatr ulduzlarının iştirakı ilə "Vera məhəlləsinin musiqiləri" müziklı ("Melodies of Vera District") Azərbaycan tamaşaçılarına təqdim olunacaq. BiG.AZ-ın məlumatına görə, 1973-cü ildə Georgi Şenqelayanın quruluşunda lentə alınan, musiqili komediya janrında olan eyniadlı bədii film Gürcüstan və onun hüdudlarından kənarda böyük şöhrət qazanıb. Həmin filmin motivləri əsasında hazırlanan müzikla fransız rejissoru və xoreoqrafı Reda Bentifora quruluş verib. Tamaşada dramaturgiya, musiqi, ifaçılıq sənəti, xoreoqrafiya və xüsusi effektlər bir-biri ilə mükəmməl vəhdəd təşkil edir.

Müziklda Gürcüstanın tanınmış sənət adamları Vaxtanq Kikabidze, Sofiya Nijaradze, Nodiko Tatişvili, Stefan Ketato, Z.Paliaşvili adına Gürcüstan Opera və Balet Teatrının, İ.Suxişvili adına Gürcüstan Xalq Rəqsləri Ansamblının solistləri çıxış edəcəklər.

Qeyd edək ki, müziklın Gürcüstanda 25 təqdimatı tam anşlaqla keçib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Digər   Baxılıb: 1211   Tarix: 30 dekabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Qızdırması olduğu üçün imtahana buraxılmayan şagirdlərin taleyi necə olacaq? -VİDEO

"Dünəndən etibarən 9-11-ci siniflər üçün buraxılış imtahanları başlanılıb. Bu onların taleyini və gələcək müqəddəratını müəyyən edən bir məsələdir. DİM məlumat verib ki, imtahan binasına daxil olarkən hər kəs qoruyucu maskadan istifadə etməlidir". BİG.AZ xəbər verir ki, bu sözləri təhsil üzr

11.06.2020 3040