"İstərdim övladlarım mənilmə qürur duysun" – Müsahibə

"İstərdim övladlarım mənilmə qürur duysun" – Müsahibə"Krokus İnterşenl" şirkətinin sahibi, müğənni Emin Ağalarov "Grazia" jurnalına müsahibə verib.

BiG.AZ-ın məlumatına görə, müsahibədə müğənni Moskvanın "Crocus City Holl" konsert zalında baş tutan konsertindən, sayca yeddinci albomunun təqdimat mərasimindən və "Dünya Gözəllik" yarışmasının təşkilatçılığında üzləşdiyi çətinliklərdən danışıb.

-Siz həyəcanın öhdəsindən necə gəlirsiniz?

- Bilmirəm, sadəcə həyəcanlanıram. Gəzirəm və oxuyuram. Müslüm Maqomayev deyirdi ki, onun üçün hər dəfə səhnəyə çıxmaq sanki ilk dəfə səhnəyə çıxdığı zamankı həyəcanı demək idi.

-Sizcə, sizin uğurunuzun sirri nədədir?

- Mən deməzdim ki, böyük uğura nail olmuşam. Hələ yolun başındayam. Hər bir işdə olduğu kimi əziyyət çəkmək, uğursuzluğa düçar olmaq, çətinlikləri dəf etmək və təslim olmamaq lazımdır.

-Sizin həyat boyu daim riayət etməyə çalışdığınız deviziniz hansıdır?

-Hər işi yaxşı görmək lazımıdır. İstənilən şəraitdə hədəfdən yayınmamaq və xırdalıqlara diqqət yetirmək lazımdır.

-Sizin haqda yaxşı ailədən olan və təmiz reputasiyaya malik "şahzadə" obrazı yaranıb. Siz bu obraz üçün çalışırsınızmı və bu barədə deyilənlər nə dərəcədə doğrudur?

-İnsanın reputasiyası bircə hərəkəti ilə alt-üst ola biləcək kövrək bir şeydir. Mən bu haqda çox fikirləşmirəm və öz prinsiplərimlə yaşamağa çalışıram. Bu ictimaiyyət üçün necə görünməyimlə deyil, heç olmasa, iki övladımın olması ilə bağlıdır. Mənim atam necə mənim üçün qürur mənbəyi disə, mən də onlar üçün qürur mənbəyi olmaq istəyirəm.

-Yemək bişirə bilirsinizmi, Ən yaxşı hazırladığınız yemək hansıdır?

- Bəzən qayğanaq bişirə bilərəm. Xüsusi yemək bişirmə qabiliyyətim yoxdur. Yeməyi qızdıra da bilərəm.

-Mətbuatda haqqınızda yazılanlar sizi narahat edirmi? Jurnallar oxuyursunuzmu?

-Belə jurnalları mən oxuya, daha çox isə təyyarədə vərəqləyə bilərəm. Məni narahat edirmi? Bəli, müəyyən çərçivədə narahat edir. Haqqında pis yazılmasını istəmirsən. Fikrimcə, haqqımda pis yazıla biləcək nə ola biləcəyini anlaya bilmirəm. Etdiyim hər şeyi yaxşı edirəm, ən azıdan yaxşı eləməyə çalışıram. Əgər pis yazırlarsa, bu artıq subyektiv fikirdir.

-Ən sevimli filminiz?

-"Xaç atası"

-Sevimli ifaçı?

-Bizimkilərdən Müslüm Maqomayev və bundan başqa Adriano Çelentano, Elvis Presli

-Sevimli kitabınız?

-Mən Sidni Şeldonun müəllifi olduğu kitabları xoşlayıram.

-Parfüm?

-Tom Ford yaxud Vera Wang Geyimdə həmişə izlədiyinz hər hansı stil varmı?

-Sevimli markalarınız hansılardır?

-İş zamanı Tom Ford, gündəlik həyatda isə All Saints and Diesel-ə üstünlük verirəm.

-Gələn il üçün hansı yaradıcılıq planlarınız var?

-Yeni albom buraxacam və onun uğuruna ümid edirəm. Fevralın əvvəllərindən Londonda albomun promosunu həyata keçirəcəyik, 12 və 13 fevralda Sankt-Peterburqda, 14-ü Moskvada, 16-sı Soçidə konsert verəcəm. Sonra Almaniyada konsert turu, ABŞ, Braziliya, İsveçrə, Avstriya və Avstraliyada çıxışlarım olacaq. Həm də yeni ingilisdilli və rusdilli albomların hazırlanmasına başlamışam. Gələn ilik sonuna kimi işləri yekunlaşdırmağı planlaşdırıram.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Müsahibə   Baxılıb: 1130   Tarix: 26 dekabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

"Yüksək bal toplayan abituriyentlərin bizim Akademiyanı seçmələri sevindiricidir" - Zeynab Kazımova ilə MÜSAHİBƏ

Dövlət Gömrük Komitəsinin Akademiyasının İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Zeynab Kazımova -ın suallarını cavablandırıb. -Zeynab xanım, bilirik ki, bu il Dövlət Gömrük Komitəsinin Akademiyasına tələbə qəbulu artırılıb. Bundan əlavə, yeni bir ixtisas açılıb. Bu barədə məlumat verməyinizi istərdik

18.09.2019 2773
.

"Qarabağ atları dünyanın ən qədim cinsə mənsub atları hesab olunur"-MÜSAHİBƏ

Hər il Rusiyada "Equiros" beynəlxalq atçılıq sərgisi keçirilir. Bu il "Unicorn Challenge" şirkəti "Equiros" şirkətinə Azərbaycan Atçılıq Federasiyasına dəvətnamə təşkil etmək üçün təşəbbüs etdi. Noyabrın 28-dən dekabrın 1-dək Rusiyanın paytaxtı Moskvadakı "Sokolniki"

28.12.2019 3817
.

Dilarə Əliyeva anasından danışıb ağladı - Video

Əməkdar artist Dilarə Əliyeva "Söhbət var" proqramında anasından danışıb ağlayıb. xəbər verir ki, aktrisa proqrama qonaq olan Xalq artisti Eyyub Yaqubovun "Ana" mahnısının onu hər zaman duyğulandırdığını söyləyib:. "Ötən il maşınla gedirdim, üç xanım idik. Sizin "Ana"

06.07.2020 5362
.

"Toya gedən aktyorun heç bir səviyyəsi, hörməti qalmır" - Müşfiq Şahverdiyev ilə MÜSAHİBƏ

Komediya filmlərinin bir çoxunda baş rolu canlandıran Müşfiq Şahverdiyev -ın qonağı olub. Müsahibə zamanı aktyor şəxsi həyatı və sənəti ilə bağlı maraqlı məqamlara toxunub. Sözügedən müsahibəni təqdim edirik:. Komediya filmlərinin bir çoxunda baş rolu canlandırmısınız. Eşitdiyimə görə, çəkildiyiniz filmlərd

03.03.2020 6039
.

Putin ad günündə öz maaşını artırdı

Rusiya prezidenti Vladimir Putin ad günündə öz maaşını 4.3 faiz artıran sərəncam imzalayıb. rus KİV-inə istinadən xəbər verir ki, sərəncama əsasən, Rusiyada prezident və baş nazirlərin aldığı maaş 4.3 faiz artırılıb. Bundan əlavə, sərəncamla Müdafiə, Fövqəladə Hallar, Daxili İşlər nazirləri ilə yanaşı

07.10.2019 2816
.

"Mənim ehtiyacım yox idi, aparmadım" - Xatun "Maşın Şou"da danışdı

Yeni mövsümü başlayan "Maşın Şou"nun iştirakçılarından biri olan Xatun maraqlı açıqlama verib. ölkə.az-a istinadən bildirir ki, ifaçı "Maşın Şou"nun daha öncəki mövsümü barədə bunları deyib:. "İstərdim ki, maşını layiq olan və ehtiyacı olan aparsın. Mənim ehtiyacım yox idi, aparmadım

02.10.2019 2215
.

İrina Şeykin büstqalterdə çəkdiyi "self"si 2 000-dən çox şərh topladı - FOTO

Rusiyalı supermodel İrina Şeyk "İntimissimi" markasından olan alt paltarında "selfi" paylaşıb. BİG.AZ-ın verdiyi xəbərə görə, "İnstagram" səhifəsinə yerləşdirilən makiyajsız fotoda 34 yaşlı model qara rəngli büstqalterdədir, boynunda isə "göz" formasında boyunbağ

08.07.2020 5471
.

Azərbaycanlı model hovuzda istirahət görüntülərini yaydı - VİDEO

"Best fashion model 2017" və "Miss Europe 2018" gözəllik yarışlarının qalibi, gözəlliyi və cazibədarlığı ilə əks cinsin nümayəndələrini valeh edən Samirə Ağayeva istirahət görüntülərini yayıb. xəbər verir ki, o, görüntülərini "Instagram" hesabında paylaşıb. Bikinidə ola

07.07.2020 4695
.

"Sosial şəbəkədə yoldaşımın qaşlarını müzakirə edirlər" - Aparıcı Aytəkinlə SƏMİMİ MÜSAHİBƏ - FOTOLAR

ın növbəti müsahibi, "Xəzər" televiziyasında yayımlanan "Evdəkilərə salam" proqramının aparıcısı Aytəkin Mərdanovadır. Aytəkin xanımla etdiyimiz səmimi müsahibəni təqdim edirik:. Aytəkin xanım, xoş gəlmisiniz. Təəssüf ki, ölkədəki vəziyyəti nəzərə alaraq, sizinlə uzun aradır görüş

27.04.2020 40043