Eldar Qasımov: Qərbdən sərbəstlik, səmimilik, məsuliyyətlilik götürmüşəm - Müsahibə

Eldar Qasımov: Qərbdən sərbəstlik, səmimilik, məsuliyyətlilik götürmüşəm - Müsahibə"Müğənnilərdən heç kimlə dostluq etmirəm".

Oxu.Az "Eurovision-2011" müsabiqəsinin qalibi Eldar Qasımovun müsahibəsini təqdim edir:

- Eldar Qasımov Yeni İlə necə hazırlaşır?

- Evdə Şam ağacını bəzəmişəm. İstəyirəm ki, Yeni İli valideynlərimlə və dostlarımla birgə keçirim.

- "Türkvision" mahnı müsabiqəsində Fərid Həsənova dəstək olmaq üçün Türkiyədən bir neçə gündür ki, vətənə dönmüsünüz. Təəssüratlarınızı bizimlə bölüşün...

- Hər şey çox gözəl keçdi. Bildiyiniz kimi, biz ora Nigar Camal və Fərid Məmmədovla "Türkvision"un simaları kimi getmişdik. Çalışdıq ki, Fərid Həsənovdan öz dəstəyimizi əsirgəməyək. Azərbaycan xalqını həmin qələbə münasibətilə təbrik edirəm. Bu xalqımız üçün Yeni İlə sürpriz hədiyyə oldu.

- Şərqdə böyüyüb, Avropada təhsil almısınız. Şərq və Qərb arasındakı fərqlər sizə necə təsir edir?

- Mənim üçün bunun müsbət tərəfləri çoxdur. Mən çalışıram ki, hər iki mədəniyyəti özümdə cəmləşdirim. Ən yaxşı cəhətləri özümə götürüm, mənfi cəhətləri isə özümdən itələyim.

Qərbdən sərbəstlik, səmimilik, məsuliyyətlilik götürmüşəm. Düzdür, biz bilirik ki, mədəniyyət Şərqdən gəlir. Amma Qərb mədəniyyəti özündə dünya ölkələrinin kiçik mədəniyyətlərini, hətta Şimali və Cənubi Amerika mədəniyyətini özündə birləşdirir. Qərb insanları dünyaya daha açıq gözlə baxırlar. Çox istərdim ki, bizdə də belə olsun.

- Sizi Bakıda tapmaq çətin olur. Tez-tez əcnəbi ölkələrə səfər edirsiniz. Bu işinizlə bağlıdır, yoxsa istirahətinizlə?

- Daha çox işimlə bağlıdır. 2013-cü ildə demək olar ki, mən heç yerdə dincəlməmişəm. Cəmi iki günlük Qusar rayonuna istirahətə getmişəm. Əlbəttə ki, isti ölkələrdən birinə, ya Dubaya, ya da Taylanda gedib, orada istirahət edib, yaxşı dincəlmək istəyirəm. Amma hələ ki, vaxt yoxdur. İnşallah, gələn il bəlkə harasa gedərəm.

İşlərim çoxdur. Mən fikirləşirəm ki, harasa getsəm həm vaxt itirəcəm, həm də həvəsdən düşəcəm, tənbəlləşəcəm (gülür).

- İxtisasca diplomatsınız. Gələcəkdə də müğənnilik fəaliyyətiniz ixtisasınızı üstələyəcək, yoxsa ikisi ilə də paralel məşğul olmağı fikirləşirsiniz?

- Səhnədə əsl həyatımı yaşayıram. Səhnədə mən özüməm. Ona görə də səhnəni heç vaxt tərk etməyəcəyəm.

Diplomatiya isə mənə çox böyük köməkdir. Bu, bir həyat məktəbidir. BSU-da təhsil aldığım müddətdə mən çox şeylər öyrəndim. Diplomatiya, danışıqlar aparmağın sənətidir. Ona görə də hər iki sənətimi davam etdirəcəm.

- Siz də toy bazarında iştirak edirisiniz, yoxsa tamamilə imtina etmisiniz?

- Toy bazarında deyil, hansısa yaxşı toy olanda əlbəttə ki, gedirəm. Orada ya qonaq qismində, ya da müğənni kimi çıxış edirəm.

- Nigar Camaldan savayı daha hansı məşhurlarla dostluq edirsiniz?

- Hörmət etdiyim həmkarlarım çoxdur. Amma müğənnilərdən heç kimlə dostluq etmirəm.

- Zəhra Bədəlbəyli sizin üçün kimdir?

- Mənə elə gəlir ki, onunla artıq min ildir ki, tanışam. Çox gözəl insandır. 2009-cu ildə "Eurovision"un seçim turlarından bir-birimizi tanıyırıq. Sonradan biz "facebook"da yazışırdıq. Daha sonra bir yerdə işləməyə başladıq. Hazırda "Stage Pro" təşkilatı ilə birlikdə Zəhra Bədəlbəyli ilə iş fəaliyyətimiz davam edir.

- Gələcəkdə ölkəmizi hansı beynəlxalq müsabiqələrdə təmsil etməyi düşünürsünüz?

- Bu, artıq mənim yaxşı işləməyimdən, öz üzərimdə çalışmağımdan asılıdır. Azərbaycanı "MTV World", "Greemiss" müsabiqələrində təmsil etmək istərdim.

- Yeni ildə karyera ilə bağlı planlarınız...

- Yeni mahnılar yazılır. Mən indi gənc bəstəkar Ruhinlə işləyirəm.

Sizinlə görüşdən bir az əvvəl iki demo versiyaya qulaq asdım.

Yeni İldə istərdim ki, ilk albomum işıq üzü görsün. Amma bütün mahnılar tam hazır deyil. İlk albomum üçün mahnılarımı fərqli üslubda təqdim etmək istəyirəm. Albomda yer alacaq mahnılar Azərbaycan dilində, amma xarici üslubda olacaq. Aranjimanları isə milli musiqi alətlərimizlə etdirmək fikrindəyəm.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Müsahibə   Baxılıb: 3148   Tarix: 26 dekabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

İrina Şeykin büstqalterdə çəkdiyi "self"si 2 000-dən çox şərh topladı - FOTO

Rusiyalı supermodel İrina Şeyk "İntimissimi" markasından olan alt paltarında "selfi" paylaşıb. BİG.AZ-ın verdiyi xəbərə görə, "İnstagram" səhifəsinə yerləşdirilən makiyajsız fotoda 34 yaşlı model qara rəngli büstqalterdədir, boynunda isə "göz" formasında boyunbağ

08.07.2020 5471
.

"Hamımız hamilə olmalıyıq"

Əməkdar artist Elza Seyidcahan deputatlığa namizədliyindən bəhs edib. Axşam.az xəbər verir ki, "Hər şey daxil" verilişində qonaq olan müğənniyə aparıcı-prodüser Tarix Əliyev (Tolik) bunla bağlı suallar ünvanlayıb. Tolik bildirib ki, Seyidcahan artıq 500-dən çox imza toplayıb. Elza məsələ il

08.01.2020 2998
.

"Efirə gəlib ayağını ayağının üstünə qoyub, divana yayılıb oturur" - tanınmış aparıcı Zaur Kamalla SƏMİMİ MÜSAHİBƏ

Onu efirdə çox sərt, hamının xətrinə dəyən biri kimi görürük. Fərqli taktikası var. Verilişə dəvət etdiyi qonaqlar ilə olan dialoqlara qulaq asanda çaşıb qalırsan ki, bunu şou xatirinə edir, yoxsa elə xasiyyəti belədir. Məncə, onun verilişlərini maraqlı edən də elə bu xüsusiyyətidir. Hərçənd buna gör

19.12.2019 6537
.

Aysun haqqında yayılan BİABIRÇI İDDİALARA cavab verdi

İnstaqramda "Giveaway" təşkil edən şirkət müğənnini Aysun İsmayılovanın başını bəlaya salıb. Shownews xəbər verir ki, qonorar qarşılığında "Giveaway" reklam edən Aysuna izləyiciləri inanıb və ödəniş edərək həmin yarışmaya sponsor olublar. Bunun qarşılığında isə sponsor olan səhifələr

22.06.2020 11748
.

"Sosial şəbəkədə müraciət edənləri qəbuluma da çağırıram" - DEPUTATLA MÜSAHİBƏ

Deputat Aydın Mirzəzadə -ın suallarını cavablandırıb. -Aydın müəllim, bilirsiniz ki, bir neçə gün öncə valideynləri tərəfindən zorla nikaha cəlb edilən 2 az yaşlı qız intihar etdi. Ölkədə erkən nikahın qarşısını almaq üçün qanunvericilik mövcud olsa da hələ də valideynləri tərəfindən zorla nikaha cəl

05.09.2019 2237
.

"Azərbaycanı "Eurovision"da təmsil etməkdən qürur duyaram" – Türkiyəli məşhur müğənni ilə MÜSAHİBƏ

saytının "Seçilənlər" rubrikasının növbəti qonağı "Popstar" yarışması ilə məşhurlaşan Türkiyəli sevilən müğənni Barış Kömürcüoğludur. 2003-cü ildə "Kanal D"də yayımlanan "Popstar" yarışmasındakı iştirakınız ilə çox sevildiniz. Bu yarışmaya qatılmağa necə qəra

17.07.2020 6757
.

"Onun gözüyaşlı geri qayıtmağı gözlərimin önündən heç vaxt getməyəcək" - MƏTBUAT KATİBİ İLƏ SƏMİMİ MÜSAHİBƏ

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova -ın sualların cavablandırıb. -Səmayə xanım, sizə adətən təmsil etdiyiniz qurumun fəaliyyəti ilə bağlı sullar ünvanlayırlar. İstərdik ki, bu dəfə fərqlilik olsun. Bilirsiniz, artıq 2019-2020-ci il tədris ili başlayıb. İstərdik ki

09.10.2019 4296
.

Manananın Gürcüstandakı evi, ailəsi... - VİDEO

"ATV maqazin onlarla" verilişi Əməkdar artist Manananın Gürcüstandakı evində qonaq olub. xəbər verir ki, övladları və həyat yoldaşı Georgi ilə obyektiv qarşısına keçən müğənni ailəsindən bəhs edib. Manana falçının ona dediklərindən söz açıb:. "Bir dəfə 17 yaşımda qaraçı çıxdı qarşıma

25.02.2020 9637
.

Mənzurə istirahətdən foto PAYLAŞDI - "Çox köksüz, bir az arıqlayın"

Müğənni Mənzurə Musayevanın sosial şəbəkədə paylaşdığı istirahət fotosu müzakirələrə səbəb olub. "Ölkə.Az" xəbər verir ki, əksəriyyət sənətçinin görünüşü barədə xoş sözlər desə də, bəzi izləyicilər onu tənqid etməkdən çəkinməyib. Hətta izləyicilərdən biri "Çox köksünüz, biraz arıqlayın

04.08.2020 7471