Bu il itirdiymiz məşhurlarımız - SİYAHI

Bu il itirdiymiz məşhurlarımız - SİYAHIBiG.AZ ann.az-a istinadən bildirir ki,Nəinki ölkəmizdə, eləcə də bütün dünyada məşhur olan rəssam Toğrul Nərimanbəyov 8 iyunda vəfat etdi. Onun ölümü gözlənilməz olduğu qədər də xeyli mübahisə yaratdı. Məşhur rəssamın harada dəfn edilməsi məsələsi yaxın qohumları arasında razılığa gəlinməməsi səbəbindən xeyli dartışıldı. Amma buna baxmayaraq, Azərbaycanla yanaşı bütün dünya öz parlaq nümayəndəsinin itirildiyinin fərqində idi.

Çoxları tərəfindən sevilən aktyor Siyavuş Aslanın ölümü Azərbaycan mədəniyyətinə daha bir ağır zərbə idi. Həyatının sonuna doğru aktyor xəstəlikdən əzab çəkdi və iyunun 27-də dünyasını dəyişdi. O, "Şərəf" ordeni aldıqdan cəmi 2 gün sonra gözlərini əbədi olaraq yumdu.

Mədəniyyət dünyasında daha bir itki rejissor Ələkbər Muradovun adıyla bağlıdır. Həyatının son üç ilini rejissor xərçəngdən əziyyət çəkdi və 2013-cü il avqustun 1-də vəfat etdi.

Şəki Dram Teatrının aktyoru Fərman Şəkilinin ölümü də onu sevənlər üçün gözlənilməz oldu və ağır itkilərdən hesab olunur. Aktyor martın 6-da, 58 yaşında dünyadan köçdü.

"Yarpaq tökümü" ədəbiyyat dünyasına da toxundu. Fevralın 5-də yazıçı-jurnalist Zakir Sadatlı həyatıyla vidalaşdı. Cəmi 53 il yaşayan Zakir bəy ölümündən sonar "Əfqan uçurumu" kitabına görə Milli Kitab Müsabiqəsi çərçivəsində ən yaxşılardan biri oldu.

Təxminən elə o vaxt, daha dəqiqi – 6 fevralda yazıçı Şaiq Vəli də rəhmətə getdi. Sumqayıtda yalqızlıq və ekstremal yoxsulluq şəraitində dünyasını dəyişmiş şairin üç uşağı indi qohumlarının himayəsindədir.

Azərbaycan ədəbiyyatının daha bir tökülmüş yarpağı 84 yaşlı alim- folklorçu Sadnik Paşa oldu. Nizami və Azərbaycan ensiklopediyasının mirası hesab edilən alim, həmçinin Folklor İnstitutunun Müdafiəsi üzrə şura üzvü idi.

"Qobustan" jurnalının redaktoru Ələkbər Salahzadə isə sentyabrın 1-də, 62 yaşında dünyasını dəyişdi.

Bir qədər sonra, 20 sentyabrda isə ədəbi tənqidçi Elnarə Tofiqqızı tibbi səhlənkarlıq üzündən faciəli şəkildə vəfat etdi.

Elnarə Tofiqqızının vəfatından cəmi 10 gün sonar, oktyabrın 1-də Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri, şair Ədalət Əskəroğlu qəfil dünyasını dəyişdi. Uzun illər şəkərli diabetdən əziyyət çəkmiş şair, o axşam insult keçirtdi və 56 yaşında ədəbi olaraq gözlərini yumdu.

"Qara ilan" ilində elm xadimləri, alimlərin itirilməsi ili kimi də yadda qalacaq. Tibb elmləri doktoru, akademik Rəhim Rəhimov 6 iyulda, 86 yaşında vəfat etdi.

Daha bir itki filologiya elmləri doktoru, Bakı Dövlət Universitetinin professoru Yusif Seyidovun adı ilə bağlıdır. O, noyabrda, 84 yaşında dünyasını dəyişdi.

Ölkənin siyasi səhnəsində də narahat həyat yaşandı. Sentyabrın əvvəllərində Azərbaycan xalq hərəkatının rəhbərlərindən və Yeni Azərbaycan Partiyasının qurucularından biri hesab olunan, keçmiş mətbuat və informasiya naziri Siruz Təbrizlidünyasını dəyişdi.

Martda Milli Məclisin deputatı Hikmət Atayev avtomobil qəzasına düşdü və hadisə yerindəcə vəfat etdi.

Müdafiə sferasında ən ağır itki Dövlət Sərhəd Xidmətinin rəis müavini, general-mayorMəhəmməd Abbasquliyevin ölümü oldu. O, 22 noyabrda infarkt səbəbindən həyatla vidalaşdı.

Bizi tərk etmiş bütün insanlara Allahdan rəhmət diləyirik!


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 4540   Tarix: 28 dekabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

3 milyon dəyərində sendviç hazırlandı - Ən bahalı qidalar

Dünyanın ən bahalı sendviçi hazırlanıb. Axşam.az-a istinadən xəbər verir ki, sendviç almaniyalı rəssam Tim Bengel tərəfindən saf qızıl istifadə olunaraq düzəldilib. Həmin qida 3 milyon dollar dəyərində qiymətləndirilib. Qeyd edək ki, bu ilk belə baha qida məhsulu deyil. Dünyanın ən bahalı yeməklərin

17.09.2021 877
.

Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...

Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın

14.09.2021 1495
.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925
.

56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO

Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy

15.09.2021 2086
.

Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL

Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. -a istinadən sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 12 sualı təqdi

15.09.2021 1571
.

On ildən sonra övladı doğuldu, tearda baş verənlər ölümünə səbəb oldu - Arzusu ürəyində qalan Xalq artistimiz

BİG.AZ -a istinadən Xalq artisti İlham Əsgərov haqqında maraqlı faktları təqdim edir. İlham Təvəkkül oğlu Əsgərov 16 iyul 1958-ci ildə Masallı rayonunun Xançobançı kəndində anadan olub. Hələ uşaqlıq illərindən teatra həvəs göstərib. Məktəb illərində ilk dəfə səhnəyə 9-cu sinifdə çıxıb. O, Abbas Səhəti

11.09.2021 2055
.

Borşa da abidə qoyulacaq

Kiyev şəhər rəhbərliyi borşa qoyulacaq abidənin anonsunu verib. -a istinadən xəbər verir ki, abidənin qastroturizmin populyarlaşdırılması baxımından əhəmiyyətli olacağı bildirilib. Müvafiq təşəbbüsü aşpaz Yevgeni Klopotenko irəli sürüb. O, Ukraynada duzlu xiyara, qarpıza, dondurmaya və bu kimi qida vasitələrin

10.09.2021 1189
.

Gecə paltarı ilə yatmayın - SƏBƏB

Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların

16.09.2021 3554
.

Doaqlarınızın quruluğundan bezmisiniz? - ÇARƏ BURADA

MƏHSUL HAQQINDA. Faydaları:. - Dodaqların həcmini artırır, kontur xətlərini ortaya çıxarir. - Dodaqlardakı qırışıqlari azaldır. - Zədələnmiş, çatlamış dodaq toxumasını bərpa edir. - Dodaqları nəmləndirir və onlara yumuşaqliq bəxş edir. - Günəş şualarina qarşı qoruma təmin edən dodaq baxım məhsuludur

14.09.2021 364