Uşağınızın sağlamlıq pasportu var?

Uşağınızın sağlamlıq pasportu var?Azərbaycan uşaqları dövlət hesabına məcburi chek-up olunacaqlar
Artıq Azərbaycanda hər uşaq doğulandan 18 yaşına qədər ildə bir dəfə icbari pulsuz dispanserləşdirilmədən, başqa sözlə desək, tibbi müayinədən keçməlidir. Müvafiq proqram ötən həftə Prezident İlham Əliyev tərəfindən təsdiqlənib. Proqram uşaqlarda xəstəliklərin və onların təhlükə faktorunun müəyyən edilməsi, uşaqlara göstərilən tibbi xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması, profilaktik tədbirlərin təkmilləşdirilməsi, diaqnostika və müalicə, uşaq və valideynlərin xəstəliklər barədə məlumatlarının artırılması kimi məqsədlər üçün həyata keçiriləcək.

Bu vacib və gərəkli proqram, BMT-nin Uşaq haqları barədə Konvensiyasının müddəalarının həyata keçirilməsi, "Minilliyin inkişaf məqsədləri" proqramı və "Azərbaycan 2020: gələcəyə baxış" milli konsepsiyası çərçivəsində qəbul olunub. Qeyd etmək lazımdır ki, bu ilin əvvəlində ölkə parlamenti "İcbari dispanserləşdirilmə haqqında" qanun qəbul edib. Bu o deməkdir ki, uşaqların dispanserləşdirilməsi üzrə dövlət proqramının reallaşdırılması üçün qanuni baza artıq mövcuddur.

Lakin indi icra strukturları ən mühüm məqamı etməlidirlər: bu proqramın həyata keçirilməsinin prinsip və mexanizmlərini hazırlamalıdırlar. Başqa sözlə, indi biz real addımların atılmasının gözləmə mövqeyindəyik və bu, Səhiyyə Nazirliyinin neçə uşağın bu prosedurdan keçdiyi və onun nəticələri haqda ictimaiyyətə məlumatların verilməsindən sonra olacaq.

Riskləri minimuma endirmək

Dispanserləşdirilmə nədir və uşaqlar doğulandan sonra poliklinikada sahə pediatrından keçdikləri planlı tibbi müayinədən nə ilə fərqlənir? Məsələ ondadır ki, planlı müayinə özündə profilaktik məsləhətləşmə, risk ölçülməsi və anketləşməni birləşdirmir. Yəni tibbi müayinə zamanı uşağın artıq daşıdığı xəstəlik müəyyən edilir. Dispanserləşdirilmə zamanı isə həkimlər bu və ya digər xəstəliyin qarşısını almaq üçün onun səbəblərini müəyyən etməli və qiymətləndirməlidirlər.

Dispanserləşdirilmə proseduruna yalnız tələb olunan üsullardan istifadə deyil, eyni zamanda müayinədən sonrakı yoxlanış, sağlamlıq vəziyyətinin qruplarının müəyyən edilməsi, profilaktik məsləhətləşmənin aparılması və lazım gələrsə, müalicə-sağlamlıq tədbirlərinin və müəyyən edilmiş xəstələrin sağlamlıq durumunun nəzarətdə saxlanılması da daxildir.

Yeri gəlmişkən, "İcbari dispanserləşdirilmə haqqında" qanunun qəbul edilməsindən sonra ölkənin Səhiyyə Nazirliyi uşaqların, ilk növbədə, keçməli olduğu müayinə növlərini müəyyən etdi. Uşaqların çəkisi, arterial təzyiqi, görmə qabiliyyəti, qanın ümumi analizi, bağırsaqların qeyri-münasib faktorlarının mövcud olması ilə bağlı vəziyyəti yoxlanılacaq. Ehtiyac yaranarsa, uşağın flüoroqrafik müayinəsi də ediləcək. Bundan əlavə, uşaqların dayaq - hərəkət sistemindəki patologiyalar da müəyyən edilməlidir. Məsələn, pəncənin düzgün inkişafı dayaq - hərəkət sisteminin inkişaf etməsi üçün çox vacibdir. İlkin mərhələdə yastıayaqlılıq müəyyən edilərsə, onu düzəltmək və gələcək inkişafının qarşısını almaq mümkün olacaq. Böyüdükcə və sümüklərin formallaşması zamanı nəyisə düzəltmək artıq çox çətin olacaq.

Dispanserləşdirilmədə hansı həkimlər iştirak edəcək? İlk növbədə, həkim-pediatr və ailə həkimləri. Prosesdə, həmçinin nevropatoloq, oftalmoloq, cərrah və otolarinqoloqun iştirakı da vacibdir. Əgər profilaktik müayinələr zamanı hər hansı bir patologiyalar müəyyən edilərsə, tibbi arayışa əsasən, əlavə müayinələr və mütəxəssis həkimlər tərəfindən baxış keçirilir. Üstəlik, bu, uşağın icbari dispanserləşdirilmə zamanı sağlam, ya xəstə olub-olmadığından asılı olmayaraq, keçiriləcək - bütün uşaqlar ildə bir dəfə profilaktik müayinə keçməlidirlər. Kəskin xəstəliyin müəyyən edilməsi halında dispanseriya müddəti xəstə uşağın tam sağalmasına qədər müalicə edilməsini nəzərdə tutur. Patologiyaların xroniki formaları zamanı kəskinləşmələrin və balaca xəstənin sağalması üçün aktiv dinamik nəzarət həyata keçirilir.

Qanuna əsasən

"Uşaqların icbari dispanserləşdirilməsi haqqında" Dövlət Proqramının həyata keçirilməsi Azərbaycanın üç milyona yaxın uşağını əhatə etməlidir. Təsdiq edilmiş proqram tibbi müəssisələrin texniki təminatının yaxşılaşdırılması ilə bağlı tədbirlərin görülməsinin vacibliyini, sağlamlığın profilaktikası üçün avtomatlaşdırılmış sistemlərin istifadəsi, ilkin mərhələlərdə xəstəliklərin müəyyən edilməsi, əhalinin dispanserləşdirilməsi barədə maarifləndirmə işlərinin təmin edilməsi kimi dövlətin icbari dispanserləşdirilmədə öhdəliklərini də müəyyən edir.

Dövlət uşaqların hər il tibbi müayinə keçməsini öz üzərinə götürür; müayinə keçməli olan uşaqların qeydlərinin aparılması və nəzarət edilməsi; müvafiq dövlət tibb müəssisələrinin maddi-texniki bazanın gücləndirilməsi ilə bağlı tədbirlərin görülməsi; uşaqlar arasında xəstəliklərin yaranma səbəblərinin müəyyən olunması; xəstəliklərin müalicə edilməsi ilə bağlı sosial, sanitar-gigiyenik, epidemioloji və müalicə-sağlamlıq tədbirlərinin görülməsi; müxtəlif xəstəliklərə yoluxması riski ilə üzləşən uşaqların müalicə-diaqnostik müayinədən keçməsi ilə bağlı öhdəliklərini götürür.

Valideyn himayəsindən məhrum olmuş, məhdud fiziki imkanları olan, islah-əmək müəssisələrindəki uşaqların dispanserləşdirilməsi müvafiq icra hakimiyyəti tərəfindən müəyyən edilmiş xüsusi qaydalarla həyata keçiriləcək. Müvafiq icra hakimiyyətləri individual olaraq hər uşağın dispanserləşdirilməsi üçün xərclərin normalarını müəyyən etməlidirlər. Uşaqların icbari tibbi müayinəsi onların qanuni nümayəndələrinin razılığı ilə olmalıdır. Məhdud fiziki imkanlara malik, valideynlərini itirmiş, ağır sosial vəziyyətdə olan və ya islah müəssisələrdəki uşaqların dispanserləşdirilməsinin məqsədəuyğunluğu müvafiq icra hakimiyyətləri tərəfindən müəyyən olunacaq.

İcbari dispanserləşdirilmə dövlət büdcəsi, eyni zamanda bələdiyyə və icbari tibbi sığorta, hüquqi və fiziki şəxslərin ianə verməsi, o cümlədən qanunvericiliklə müəyyən edilmiş digər vasitələrlə maliyyələşdiriləcək. Gələcəkdə bu cür proqram ölkənin yaşlı sakinlərinə də tətbiq olunacaq.

Qonşu Rusiyada ümumi icbari dispanserləşdirilmə 2013-cü ildən tətbiq olunub. Artıq bu ölkədə 21 yaşdan yuxarı olan şəxslər həkimə üç ildə bir dəfə gedəcəklər. Uşaqlar, tələbələr və veteranlar hər il müayinədən keçəcəklər.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 1380   Tarix: 22 dekabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Həkim məsləhəti olmadan vitamin qəbul etmək olar?

Türkiyənin Trakya Universiteti Tibb Fakültəsi Xalq Sağlamlığı şöbəsinin müdiri professor Qalip Ekuklunun həkim məsləhəti olmadan vitamin qəbul etməklə bağlı fikir bildirib. Professor bildirir ki, həkim məsləhəti olmadan istifadə edilən vitamin və əlavələr sağlamlıq problemlərinə səbəb ola bilər. İmmunite

11.02.2024 820
.

Bu halda su içmək ziyandır

Daha sağlam və fit bir bədənə sahib olmaq üçün görülməli olan əsas işlərdən biri də su içməkdir. Bəzi insanlar su içməyi sevərkən, bəziləri günlərlə su içməyə bilər. Su içməmək orqanizm üçün ən zərərli vərdişlər sırasındadır. Bununla belə, düzgün vaxtlarda su içmək lazımdır. Yanlış vaxtda su içmək sağlamlığınız

16.02.2024 1249
.

Xərçəng xəstəliyi riskini ən çox artıran qida açıqlanıb

Qırmızı ətin normadan artıq istehlakı bağırsaq və prostat vəzi xərçəngi xəstəliyinə tutulmaq riskini artırır. "Report" xəbər verir ki, belə bir xəbərdarlıqla Türkiyənin tanınmış onkoloqu Nilüfər Avcı çıxış edib. Mütəxəssis qeyd edib ki, xərçəng dünyada ən çox insan ölümünə səbəb olan xəstəliklərdəndir

28.01.2024 2045
.

Cücərmiş kartofu atmayın - Qızıl dəyərində

Adətən payız aylarında kisələrlə alınan kartof müəyyən müddət ərzində istehlak edilmədikdə cücərməyə başlayır. Təəssüf ki, cücərməyə başlayan bu kartoflar zibilliyə atılır. Məlum olub ki, atılan bu kartoflar o qədər faydalı olublar ki, sözün əsl mənasında çəkisi qızıla bərabərdir. Bu üsulu öyrəndikdə

24.03.2024 1105
.

Alimlər dünyada xərçəngə yoluxma hallarının artdığını açıqlayıblar

Xərçəngə yoluxma halları bütün dünyada artır və daha çox gənclərdə diaqnoz qoyulur. Bu barədə araşdırma "BMJ Oncology" jurnalında dərc olunub. Araşdırmalara görə, ABŞ-də 20 il ərzində xərçəng diaqnozunun göstəricisi 12,8% artıb. Tədqiqat, həmçinin bütün dünyada, ilk növbədə Şimali Amerika

13.01.2024 1053
.

Dünyanı təhdid edən xəstəlik: sürətlə artır – Azərbaycanda da...

Ümumdünya Səhiyyə Təşkilatının son hesabatına görə, 2050-ci ildə dünyada xərçəngə tutulma halları 77 faiz artacaq. Buna səbəb piylənmə, alkoqol və siqaret aludəliyi, qida məhsullarının xarab olması və yanlış qidalanma vərdişləridir. Maraqlıdır, bu xəstəliyin qarşısını necə ala bilərik?. Məsələ ilə bağl

20.03.2024 1096
.

Yağışın yağacağını əvvəlcədən hiss etdirən xəstəlik daha çox qadınları "sevir"

Havaların soyuması ilə revmatizm (kəskin revmatizmal qızdırma) xəstələrinin çətin günləri başlayır. Oynaq ağrılarından şikayətlər çoxalır, xəstələrin həyat keyfiyyəti aşağı düşür. Narahatedici məqam isə odur ki, bu xəstəlik xeyli cavanlaşıb. Əvvəllər oynaq ağrıları ilə bağlı şikayətləri yaşlı nəsildə

11.02.2024 823
.

Diz-oynaq ağrılarında nəyə diqqət etməliyik? - VİDEO

Baku TV-də yayımlanan "Baku Med" verilişinin yeni buraxılışı efirə gedib. Verilişin budəfəki sayında artroz və bud-çanaq oynağının zədələnməsi, uşaqlarda serebral iflic kimi mövzular müzakirə olunub, eləcə də sümükləri gücləndirməyə kömək edən üsullardan bəhs olunub. Proqramın qonağı cərrah

24.03.2024 818
.

Hər gün süd içmək olmaz – Həkimdən XƏBƏRDARLIQ

Süd sağlam və qidalı bir məhsul hesab olunur. Ancaq həkimlər onun həddindən artıq istehlakının böyüklər üçün zərərli ola biləcəyini açıqlayıblar. BİG.AZ -a istinadən bildirir ki, buna görə mütəxəssislər gündəlik süd içməyi və ya bu məhsulu çox miqdarda istehlak etməyi məsləhət görmürlər. Həkimlərin sözlərin

16.03.2024 735