Etik qaydalara nə dərəcədə əməl edirik?

Etik qaydalara nə dərəcədə əməl edirik?Etik qaydalar insanlar tərəfindən bir-birinə edilməsi lazım olan hərəkətlərdir.

Məhz bu qaydalarla insanlar bir-birinə qarşı daha nəzakətli olur, münasibətlər daha yaxşı formalaşır. Etik qaydalardan bixəbər olanlar isə birmənalı şəkildə "kobud" insan olaraq qiymətləndirilir.

Ümumiyyətlə, etik qaydaların bir qismi insanlar tərəfindən daimi olaraq yerinə yetirilir və vərdiş halını aldığı üçün etik qayda olaraq qəbul edilmir. Bir qisim qaydalar isə məhz nəzakət xatirinə edilir, edilmək üçün səy göstərilir, əksər vaxtlarda isə unudulur. Bütün hallarda nəzakət qaydaları və etik davranışlar bütün ölkələr üçün eynidir və bu qaydalara əməl edənlar ətrafdakı insanlar tərəfindən də xoş qarşılanır.

İnsanlar arasında apardığımız soğunun nəticəsi onu göstərir ki, hazırda etik qaydalar arasında ən məşhuru avtobusda xanımlara və yaşlılara yer vermək, avtobusa minərkən qadınlara yol vermək və s-dir. Digər etik qaydalardan isə istifadə edilmir və ya qayda kimi qəbul edilmir. Bakı sakini Cəlal Qurbansoy hesab edir ki, etik qaydaları öyrənmək lazım deyil. İnsan daxilən özünü necə hiss edirsə, ətrafındakı insanlara qarşı da elə davranmalıdır: "Etik qaydalar sırasına xanımlara yer vermək daxildirsə, əyləşən xanımın da təşəkkür etməsi daxil edilməlidir. Etik qaydalara görə, kişi xanımı gözlətməməlidirsə, qaydanın qarşılığı da qadın gecikməməlidir. Ümumiyyətlə, bu qaydaların əksəriyyəti ilə razı deyiləm. Çünki qaydaların 90%-i kişiləri nəzərə almır. Arada mənə elə gəlir ki, bu qaydaları elə qadınlar özləri yaradıb".

Ülkər Əkbərova isə etik qaydaların vacibliyini və azərbaycanlılar üçün xüsusən önəmli olduğunu bildirir. Cəmiyyətdə aqressiyanın səbəbi də elə etik qaydaların azlığıdır: "Çox vaxt yolda görürəm ki, qadınla kişi yan-yana gedir, qadının bir çiynində öz çantası, digər çiynində uşaq çantası, qucağında körpəsi, kişi isə əlləri cibində gedir. Yaxud, qadın çox çətinliklə avtobusa minir, arxadan yoldaşı "tez elə" deyib onu tələsdirir. Belə adamlar hansı etikadan danışa bilər? Mən hələ dayanacaqlarda avtobusa minmək üstündə dava-qırğından danışmıram. Kişilər minib gedir, qadınlar qaranlıqda qalır dayanacaqlarda. Siqaret çəkmək isə lap dəhşətlidir. Qapalı məkanlarda siqaret çəkməkləri bir yana, üstəlik "bəyənməyən çıxa bilər" deməkləri də mədəniyyətsizlikdir. Məncə, bizdə etik qaydalara riayət yox dərəcəsindədir. Hər kəs öz rahatlığını düşündüyü üçün qaydaların işlək hala gəlməsi çətin məsələdir".

Etiket normaları cəmiyyətdə insanların düzgün davranış qaydaları deməkdir. Görüşən zaman tərəflər bir-birinə əl verirsə, onda birinci xanım əlini uzatmalıdır, kişi xanımın əlini sıxmalı deyil, nə də çox boşda tutmalı deyil. Əgər bəy və xanım taksi ilə harasa gedirlərsə, onda bəy maşına yaxınlaşaraq sağ arxa qapını açır. Birinci xanım əyləşir, bəy xanımın yanında oturur. Əgər qapı özünə tərəf açılırsa və özü örtüləndirsə, onda bəy birinci qapını açaraq saxlayır ki, xanım içəri keçsin, sonra özü keçir. Əgər qapı içəri açılırsa və özü örtüləndirsə, onda bəy birinci daxil olub içəri tərəfdən qapını saxlayır ki, xanım içəri keçsin. İstənilən halda qadınların və uşaqların olduğu məkanda siqaret çəkmək, yüksək səslə danışmaq, etik normalara uyğun olmayan kəlimələrdən istifadə etmək düzgün deyil. Etik qaydaların siyahısı uzundur. Lakin bu qaydalar elə yazılanlarla kifayətlənmir.

Psixoloq Emil Behrudinin sözlərinə görə, xanımlara yer vermək, onlarla nəzakətli davranmaqla etik qaydalara əməl etmiş olmuruq. Bir sıra hərəkətlər var ki, məhz həmin hərəkətlərin edilməməsi də etik davranışlar çərçivəsində olmalıdır. Bura qadınlara qarşı mehriban olmaq, onlara əl qaldırmamaq, insanlar arasında ayrıseçkilik salmamaq, rüşvət almamaq və verməmək, işgəncə tətbiq etməmək, unutqan olmamaq, eqoizmdən uzaq durmaq daxildir: "Kişinin qadına və ya qadının kişiyə fiziki, yaxud psixoloji zərbə vurması, basqı altında saxlaması etik normalara aid deyil. Əgər kişi evdə xanımını incidib, avtobusda ona yer verəcək, qapını ona açacaqsa, o adama etik davranış sahibi demək düzgündürmü? Etik davranışların təməlini insan düşüncəsi qoyur. Hər nə qədər ətrafdakı insanlara qarşı nəzakətli, hissiyyatlı olunursa, davranışlar da özlüyündən formalaşır. Yoxsa bunu göstəriş xatirinə etmək və bir müddət sonra əvvəlki davranışlara qayıtmaq insanı gülünc vəziyyətə sala bilər. Mən deməzdim ki, Azərbaycanda etik qaydalara əməl edilmir, yaxud digər ölkələrlə müqayisədə etik davranış baxımından geriyik. Bunu avtobus davranışları, qadın-kişi münasibətləri ilə də məhdudlaşdırmaq olmaz. Örnək olmaq lazımdır. İnsanlara kobudcasına hər hansı bir davranışı tənqid etmək yerinə etik davranışı edərək ona örnək olmaq ən yaxşı üsuldur".

Bir sözlə, etik davranışlar ailədən və valideyndən övladına aşılanan, eyni zamanda insanın da ətrafdakı insanlardan təsirlənərək yerinə yetirdiyi müsbət davranışlardır. Uşaqlara isə kiçik yaşlarından etik qaydaları aşılamaq lazımdır ki, böyüdükcə onlar vərdiş etdikləri üçün bu qaydalardan istifadə etsinlər, məcbur olduqları üçün deyil.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1447   Tarix: 21 dekabr 2013  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Ucuz Telefon satışı elanları Tezbazar.Az-da

Ucuz telefon satışı elanları ilə maraqlananlar üçün yaxşı fürsət! Müxtəlif markaların ucuz telefonları bir arada!. Daha hansısa mağazaya getməyinizə ehtiyac yoxdur! Seçiminizi onlayn qaydada da həyata keçirə bilərsiniz. -a daxil olsanız, maddi imkanınıza uyğun, satışa çıxarılan telefonlarla da qarşılaşacaqsınız

17.05.2026 3430
.

Xidmetler.AZ - IT, internet, SMM xidmətləri

ın IT, İnternet və SMM bölməsi ən çox baxılan bölmələrdəndir. Xidmətə instaqram və tiktok panel xidməti, 1C proqramı servisi, proqram təminatı, proqramların yazılması, telefon proqramlarının yüklənməsi, oyunların yüklənməsi, mini ATS-lərin quraşdırılması, veb sayt dizaynı, İT support xidməti, mobil əlavələri

21.05.2026 652
.

Təmir ustası xidməti

Usta xidmeti ilə bağlı ən son xidmətləri saytında tapacaqsınız. Sıradan çıxan texnikanızı münasib qiymətə düzəltdirmək istəyirsinizsə, həmçinin peşəkar usta xidmətindən faydalanmaq fikrindəsinizsə, onda vaxt itirmədən bizə müraciət etməlisiniz. Ətrafınızda usta çox olsa da, işindən razı qalacağınız ust

18.05.2026 5157
.

Təmirli ev almaq sərfəlidir, yoxsa təmirsiz?

Mənzil almaq istəyənlərin qarşısında duran əsas seçimlərdən biri təmirsiz ev alıb sıfırdan təmir etmək və ya hazır təmirli mənzilə üstünlük verməkdir. Son illərdə tikinti materiallarının və usta xidmətlərinin bahalaşması bu məsələni daha da aktual edib. Bəs hazırkı bazarda hansı seçim daha sərfəli sayılır?

23.05.2026 192
.

Z nəslinin "dəhşətli" hesab etdiyi köhnə valideyn qaydaları

Son illər Z nəslinin valideynlik yanaşmaları ilə bağlı baxışları geniş müzakirə olunur. Bir tərəfdən "anlayışlı valideyn" metodlarından uzaqlaşma müşahidə edilsə də, digər tərəfdən 1960-70-ci illərdə tətbiq olunan sərt qaydaların bir çoxu bu gün gənclər tərəfindən qəbuledilməz hesab edilir

20.05.2026 381
.

Xanımı dünyasını dəyişən kənd sakinindən örnək addım - VİDEO

Zaqatalanın Fındıqlı kəndində yaşayan Abdulməcid Ziyadov mərhum həyat yoldaşının xatirəsini yaşatmaq və kəndə faydalı iş görmək məqsədilə örnək addım atıb. O, yas mərasimi üçün nəzərdə tutulan vəsaiti kənd qəbiristanlığına gedən yolun təmirinə sərf edib. Baku TV-nin xəbərinə görə, 42 illik ailə həyatında

14:40 179
.

Wi-Fi problemi yaşayanlar üçün: evdə interneti gücləndirməyin yolları

Evdə internetin keyfiyyəti çox vaxt provayderdən yox, avadanlığın yerləşdirilməsindən asılı olur. xarici mediaya istinadən xəbər verir ki, provayder tərəfindən normal sürət təqdim edilsə belə, routerin ətrafında olan bəzi əşyalar səbəbindən Wi-Fi qeyri-sabit işləyə bilər. Wi-Fi işinə nə mane olur?. 2,

14:20 147
.

Yumurtaların saxlanmasında ən çox edilən SƏHV

Heç düşünmüsünüzmü, niyə yumurtalar bəzən gözlədiyinizdən daha tez xarab olur, hətta soyuducuda saxlanılsa belə?. Yumurtanı soyuducuya qoyursan və məsələ bitir. Amma əslində yumurtaların saxlanması bütöv bir "incəlikdir" və kiçik bir detal onların təravətinə və təhlükəsizliyinə ciddi təsi

19:40 0
.

Ayaqqabını paltaryuyanda yumaq olarmı?

Ayaqqabıların paltaryuyan maşında yuyulması bir çox insan üçün sürətli və rahat üsul kimi görünsə də, mütəxəssislər bu metodun hər zaman doğru seçim olmadığını bildirirlər. xəbər verir ki, bəzi idman ayaqqabıları (xüsusilə parça və kətan materialdan olanlar) aşağı temperaturda və yumşaq rejimdə paltaryuyand

23.05.2026 160
.

TOP MP3