"Toliklə aramızı vurmağa çalışanlar ..."

"Toliklə aramızı vurmağa çalışanlar ..."

Xalq artisti Nazpəri Dostəliyevanın prodüseri Mikayıl Hüseynov Toliklə aralarında baş verən narazılığa son qoyub.

BiG.AZ axsam.az-a istinadən bildirir ki, Mikayıl prodüserlərlə bağlı açıqlamasının yanlış anlaşıldığını bildirib:

“Hər zaman demişəm, mən prodüser deyiləm, menecerəm. Bir dəfə dırnaqarası prodüserlərlə bağlı açıqlama verdim, söz-söhbətə səbəb oldu. Bunu gedib Tolikə başqa formada çatdırıblar. Aramızda incikliyə səbəb oldular.

Dediklərimi çox istədiyim, işinə hörmət etdiyim Toliklə əlaqələndirmək lazım deyil. Hamı gözəl bilir ki, bu gün Azərbaycanda olan sayılıb-seçilən prodüserlərdən birincisi Tolikdir. Hər zaman sözünü deyən biri kimi tanımışam onu. Aramızı vurmağa çalışanlara demək istəyirəm ki, buna nail ola bilməyəcəksiniz”.

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Şou biznes Oxunub: 1285 Tarix: 23.12.2013
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Orik
Orik 23.12.2013
четкий мужик!!!


 
Eturkan
Eturkan 23.12.2013
bu tolikde artiq bezdirdi gozelce


 


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər