İnsanlıq öldümü? lərzəyə gətirən xəbər - VİDEO

İnsanlıq öldümü? lərzəyə gətirən xəbər - VİDEOQandonduran hadisə Əfqanıstanın Herat vilayətindəki İncil qəsəbəsində baş verib. Qadına qarşı zorakılığın hər gün sürətlə artdığı ölkədə ər işgəncəsinin son qurbanı 23 yaşlı, 4 uşaq anası Sitarə olub.

Ötən cümə günü uşaqlarının gözü qarşısında gənc qadının burnu və dodağı narkotik maddə alüdəçisi olan əri tərəfindən kəsilib. Səbəb isə qadını ərinə narkotik maddələrdən uzaqlaşmağı məsləhət görməsi olub. Dəhşəti işgəncənin görüntülərinin KİV-də tirajlanmasının ardından həyat yoldaşını tanınmaz hala salan kişi yoxa çıxıb. Əfqan polisi bütün səyələrə baxmayaraq, axtarışlarının nəticəsiz qaldığını açıqlayıb.

Qeyd edək ki, həkimlər Sitarənin müalicəsinin Əfqanıstanda mümükün olmadığını açıqlayaraq Türkiyəyə müraciət ediblər. Türkiyə Səhiyyə Nazirliyinin razılığı əsasınında 23 yaşlı qadın özəl helekopterlə bu ölkəyə göndərilib. Sitarənin müalicəsinin bütün xərclərini Türkiyə Səhiyyə Nazirliyi öz öhdəsinə götürdüyünü açıqlayıb.

Xatırladaq ki, hər il Əfqanıstanda müalicəsi mümkün olmayan 250 xəstə pulsuz olaraq Türkiyənin müxtəlif xəstəxanalarında müalicə edilir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Digər   Baxılıb: 1293   Tarix: 17 dekabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Qızdırması olduğu üçün imtahana buraxılmayan şagirdlərin taleyi necə olacaq? -VİDEO

"Dünəndən etibarən 9-11-ci siniflər üçün buraxılış imtahanları başlanılıb. Bu onların taleyini və gələcək müqəddəratını müəyyən edən bir məsələdir. DİM məlumat verib ki, imtahan binasına daxil olarkən hər kəs qoruyucu maskadan istifadə etməlidir". BİG.AZ xəbər verir ki, bu sözləri təhsil üzr

11.06.2020 3040