Azərbaycanda toydan qaçan gəlinin işi Məhkəmədə

Azərbaycanda toydan qaçan gəlinin işi MəhkəmədəBir neçə ay əvvəl Ağcabədidə gəlinin öz toyu günü bəy evindən qaçması olayı gündəmi zəbt etmişdi. Bu hadisədən sonra tərəflər bir-birinə qarşılıqlı ittihamlar etmiş, hətta gəlini toy günü eldən buraxan bəy tez-tələsik başqa qızla da evlənmişdi.

BiG.AZ-ın publika.az-a istinadən məlumatına görə, artıq tərəflər arasındakı mübahisəli məsələlərin həlli üçün məhkəmə prosesi də başlayıb.

Ağcabədi rayon Məhkəməsində zərərçəkmiş bəy – Balabəy Əliyevin anası, Zülfiyyə Əliyevanın müraciəti əsasında məhkəmə baxışı keçirilib. Z.Əliyeva məhkəmədə toya çəkilən xərc və qıza alınmış qızılları tələb edib.

Qeyd edək ki, Z.Əliyeva əvəvlcə hüquq-mühafizə orqanlarına müraciət edib. Lakin işdə cinayət tərkibi aşkarlanmayıb. Ona görə də iş məhkəməyə göndərilib.

Xatırladaq ki, toydan qaçan gəlin "102" qaynar xəttinə zəng vurub və zorla ərə verildiyini bildirərək, hüquq-mühafizə orqanlarından yardım istəyib. Rayon polis şöbəsindən bildirib ki, qız gəlinlik paltarında dayısı arvadı ilə birlikdə şöbəyə gəlib. gəlin iddia edib ki, o öz dayısı oğlunu sevir.

Mübahisəli vəziyyəti araşdırmaq üçün bəy tərəfi də polisə dəvət olunub. Dindirildikdən sonra oğlan tərəfinin bu işdə heç bir günahı olmadığı müəyyənləşib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Digər   Baxılıb: 1468   Tarix: 16 dekabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qızdırması olduğu üçün imtahana buraxılmayan şagirdlərin taleyi necə olacaq? -VİDEO

"Dünəndən etibarən 9-11-ci siniflər üçün buraxılış imtahanları başlanılıb. Bu onların taleyini və gələcək müqəddəratını müəyyən edən bir məsələdir. DİM məlumat verib ki, imtahan binasına daxil olarkən hər kəs qoruyucu maskadan istifadə etməlidir". BİG.AZ xəbər verir ki, bu sözləri təhsil üzr

11.06.2020 3040