Ölüm saçan xəstəlik mənbəyi - VİDEO

Ölüm saçan xəstəlik mənbəyi - VİDEOSon zamanlar toyuq əti və yumurtadan qaynaqlanan infeksion xəstəliklərin sayında artım qeydə alınıb. Xüsusilə vurğulanır ki, quş əti bağırsaq infeksiyalarına, o cümlədən ishala səbəb olan mikrobların üzə çıxmasına səbəb olur. Amerika Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin araşdırmalarına görə, qida ilə bağlı ən ölümcül xəstəliklər məhz toyuq və toyuq məmulatlarından qaynaqlanır.

Əlbəttə ki, söhbət gigiyena qaydalarına əməl olunmadan saxlanılan, kəsilən və tükləri yonulan toyuqlardan gedir. Quş əti kəsimində bəzi yanlışlıqlara yol verildiyini deyən mütəxəssislər bunun da müxtəlif xəstəliklərə səbəb olduğuna diqqət çəkirlər. Yəni qidalanmaq üçün kəsdiyimiz toyuq bu səhvlər ucbatından bizim üçün zəhərə çevrilir. Broylerlərdə eyni şəkildə kəsilən toyuqlar da bundan fərqli deyil.

Bəs görəsən həm halal standartları, həm də sağlamlıq baxımından düzgün kəsim necə olmalıdır?

Mütləqdir ki, toyuğun başı birdəfəyə üzülməsin. əks halda ürək fəaliyyətini dərhal dayandırır və qan bədəndən tam çıxmır.

Toyuğun başını kəsdikdən sonrakı mərhələ tüklərin yonulmasıdır. Ancaq tükyolma ilə bağlı da yanlış bildiyimiz məqamlar var.

Ekspertlər xüsusilə vurğulayırlar ki, əgər sulu tükyolma metodundan istifadə olunursa, su mütləq ilıq olmalı və bu zaman toyuq suda çox saxlanılmamalıdır.

Ekspertlər eyni zamanda, tükyolmadan əvvəl toyuğun içalatının çıxarılmasını və yalnız bundan sonra tüklərin qaynar suyun içində yolunmasını da tövsiyə edirlər. Digər variant isə quru tükyolmadır. Yəni tüklər toyuq suya qoyulmadan yolunur.

Dini həssaslığı olan insanlar isə bilməlidirlər ki, "bismillah"sız kəsilən və içalatı çıxarılmadan qaynar suya soxularaq tükləri yolunan toyuğun ətini yemək haramdır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 4843   Tarix: 18 dekabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Müvəqqəti korluq insulta səbəb ola bilər

Mütəxəssislər insultdan bir neçə saat əvvəl baş verən qeyri-adi əlaməti açıqlayıblar. xarici mətbuata istinadən xəbər verir ki, insultdan əvvəl müvəqqəti korluq yaranır. Adətən bir neçə saniyədən bir neçə dəqiqəyə qədər davam edən qısamüddətli görmə itkisi müxtəlif səbəblərdən yarana bilər. Məlumdu

07.04.2024 272
.

Cücərmiş kartofu atmayın - Qızıl dəyərində

Adətən payız aylarında kisələrlə alınan kartof müəyyən müddət ərzində istehlak edilmədikdə cücərməyə başlayır. Təəssüf ki, cücərməyə başlayan bu kartoflar zibilliyə atılır. Məlum olub ki, atılan bu kartoflar o qədər faydalı olublar ki, sözün əsl mənasında çəkisi qızıla bərabərdir. Bu üsulu öyrəndikdə

24.03.2024 1070
.

Uşaqlarda qızdırmanı salan ən sadə XALQ TƏBABƏTİ ÜSULU

Uşaqlarda hərarəti aşağı salmaq üçün valideynlər tez-tez kələm yarpaqlarından və sərin dəsmallardan istifadə edirlər. Bu üsullar temperaturu azaltmaq, istilik mübadiləsi proseslərini tənzimləməklə uşağın vəziyyətini yüngülləşdirmək üçün ən sadə vasitələrdir. Bunu rusiyalı Regina Qriqoryeva bildirib

07.04.2024 483
.

Yazda ən çox yoluxduğumuz infeksiyalar: Necə qorunaq?

İsti havalar infeksiya xəstəliklərinin artmasına səbəb olub. Bu cür infeksiyalar özünü hərarət, boğaz ağrısı, gözdə qızartılar, ürəkbulanma, öskürək, ishalla özünü büruzə verir. Yazda ortaya çıxan infeksiya xəstəliklərini təqdim edirik:. Onlarda biri diabakteriozdur: Disbakterioz zamanı normal və atipi

14.04.2024 325
.

Masaj xidməti faydaları

Masajın rahatladıcı və sağlamlıq üçün faydalı təsirləri ilə hər kəsə məlumdur. Gündəlik həyatın stress və gərginliyindən bir anlıq xilas olmaq istəyirsinizsə, peşəkar bir masaj xidməti tam sizin üçündür. Masaj sayəsində sizə ən uyğun masaj xidməti asanlıqla tapa bilərsiniz. İmmunitetinizi qaldırmaq v

24.03.2024 442
.

Yeni il günləri hansı xəstəliklər kəskinləşə bilər?

Yeni il gecəsi sağlamlıqla bağlı problemlərin daha çox yarandığı günlərdən biridir. "Medicina" xəbər verir ki, baş həkim, terapevt Timur Asanov travmadan başqa, bir çox xəstəliklərin kəskinləşməsi riskindən danışıb:. "Alkoqol, yağlı və ağır kalorili qidalar səbəbindən mədə-bağırsaq, ürək-damar

31.12.2023 1213
.

Allergik qidaların uşaqların immunitetinə təsiri AÇIQLANDI

"Hazırda mütəxəssislər allergiya ilə bağlı fikirlərini dəyişiblər". Bu barədə rusiyalı uşaq qastroenteroloqu Yekaterina Yablokova danışıb. O qeyd edib ki, əvvəllər həkimlər və valideynlər allergiyası olan uşaqları məhdudlaşdırmağa, onları demək olar ki, qapaq altında böyütməyə çalışırdılar

24.02.2024 813
.

Alkoqol zəhərlənməsinin hansı əlamətləri var?

Həkim ağır alkoqol zəhərlənməsinin təhlükəli əlamətlərini açıqlayıb. xarici mətbuata istinadən xəbər verir ki, alkoqolun həddin artıq istehlakı çaşqınlıq, nitqin pozulması və koordinasiyanın olmamasına gətirib çıxarır. Bundan əlavə zəhərlənmə bulantı ilə müşayiət oluna bilər. Zəhərlənmə bədən istiliyini

06.01.2024 1125
.

Hər gün süd içmək olmaz – Həkimdən XƏBƏRDARLIQ

Süd sağlam və qidalı bir məhsul hesab olunur. Ancaq həkimlər onun həddindən artıq istehlakının böyüklər üçün zərərli ola biləcəyini açıqlayıblar. BİG.AZ -a istinadən bildirir ki, buna görə mütəxəssislər gündəlik süd içməyi və ya bu məhsulu çox miqdarda istehlak etməyi məsləhət görmürlər. Həkimlərin sözlərin

16.03.2024 703