Sumqayıtdakı qətlin 18 yaşlı qurbanı və 17 yaşlı qatili – FOTO

Sumqayıtdakı qətlin 18 yaşlı qurbanı və 17 yaşlı qatili – FOTO"Həmişə üstümdə bıçaq gəzdirirəm".

Dekabrın 7-də xəbər vermişdik ki, Sumqayıtda 2 gəncin arasında baş vermiş münaqişə ölümlə nəticələnmişdi.

Belə ki, 17 yaşlı Ruslan Quliyev şəxsi münasibətlər zəmnində 18 yaşlı Məmmədsaleh Şükürovu bıçaqla qətlə yetirmişdi.

BiG.AZ oxu.az-a istinadən xəbər verir ki, baş vermiş hadisənin təfərrüatları artıq məlumdur. Belə ki, gənclər 47-ci məhəllədəki hasara alınmış ərazidə aralarında baş verən münaqişəni aydınlaşdırmaq üçün görüşüblər.

Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları dərhal qətldə şübhəli sayılan R.Quliyevi tutublar. R.Quliyev dindirilərkən deyib ki, hardasa bir ildən artıqdır aralarında problem yaşanırdı.

Müstəntiqin "Bıçağı üzərində niyə gəzdirirdin?" sualına R.Quliyev cavab verib ki, həmişə üzərində bıçaq gəzdirir və ora gələndə niyyəti olmayıb ki, məhz bıçaqla onu vursun.

"Bizim çoxdankı münaqişəmiz nəticəsində oldu və bunu aydınlaşdırmaq istəyirdik. Bəlkə də söyüş söyməsəydi, belə olmazdı. O, məni altına alıb vururdu. Mən də dura bilmirdim, məcbur olub bıçaqla vurdum ki, dursun. Xeyli vaxt idi ki, bir-birimizi başa düşmürdük, tez-tez münaqişələrimiz olurdu".

Bundan başqa, internetdə həmin gənclərin, xüsusilə də qətli törədən 17 yaşlı Ruslan Quliyevin şəkilləri yayılıb. Baş vermiş hadisə ilə bağlı yazmaq istərdik, lakin hesab edirik ki, son vaxtlar 18-20 yaşlı gənclər arasında ölümlə, bıçaqlaşma ilə nəticələnən cinayətlərin artması fonunda mövzuya əlavə olunmuş şəkillər istənilən sözlərdən daha çox informasiya çatdıra biləcək və oxucularımız vəziyyəti daha yaxından anlaya biləcəklər.

Qətli törətmiş və öldürülmüş gənclərin fotoşəkillərini təqdim edirik.

Sumqayıtdakı qətlin 18 yaşlı qurbanı və 17 yaşlı qatili – FOTOSumqayıtdakı qətlin 18 yaşlı qurbanı və 17 yaşlı qatili – FOTOSumqayıtdakı qətlin 18 yaşlı qurbanı və 17 yaşlı qatili – FOTOSumqayıtdakı qətlin 18 yaşlı qurbanı və 17 yaşlı qatili – FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Digər   Baxılıb: 7497   Tarix: 15 dekabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Qızdırması olduğu üçün imtahana buraxılmayan şagirdlərin taleyi necə olacaq? -VİDEO

"Dünəndən etibarən 9-11-ci siniflər üçün buraxılış imtahanları başlanılıb. Bu onların taleyini və gələcək müqəddəratını müəyyən edən bir məsələdir. DİM məlumat verib ki, imtahan binasına daxil olarkən hər kəs qoruyucu maskadan istifadə etməlidir". BİG.AZ xəbər verir ki, bu sözləri təhsil üzr

11.06.2020 3040