Ağır xəstəliklərin carçısı. Qeyri-ciddiyə almayın!

Ağır xəstəliklərin carçısı. Qeyri-ciddiyə almayın!Baş gicəllənməsi bir hərəkət yanılmasıdır. Xəstə, olmayan bir hərəkəti varmış kimi qəbul edir, özünün və ya ətrafının hərəkət etdiyini zənn edir. Balanssızlıq hissi, adamın ətrafına görə tarazlığını təmin edə bilməmə vəziyyəti özünü baş gicəllənməsi kimi göstərir.

Baş gicəllənməsi və tarazlıq pozuntusundan, demək olar ki, ortayaşlı və yaşlı insanların çoxu şikayətçidir. Kiçik yaşlılarda nadir halda görünən baş gicəllənməsi uşaqlarda müşahidə edilərsə, bu, ağır bir xəstəliyin əlaməti ola bilər. Hərəkət edərkən tarazlığı təmin etmək üçün bütün bədən sistemi birlikdə uyğunlaşma içində çalışmalıdır. Bu da o deməkdir ki, baş gicəllənməsi çox sayda xəstəliyə səbəb ola bilər.

Mütəxəssislər bildirirlər ki, baş gicəllənməsi və balanssızlıqdan şikayəti olan xəstə mütləq bütün müayinələrdən keçməlidir. Baş gicəllənməsi özü bir xəstəlik deyil, hər hansı bir xəstəliyin əlamətidir. Baş gicəllənməsini yarada biləcək səbəblərdən danışan terapevt Məlahət Abbasovanın sözlərinə görə, baş gicəllənməsindən şikayətlənən insana kimliyindən asılı olmayaraq, "qan azlığı" diaqnozu qoyulur. Amma onun dediyinə görə, əslində isə baş gicəllənməsinin yüzlərlə səbəbi ola bilər: "Çox zaman qulaq xəstəlikləri baş gicəllənməsinə səbəb ola bilir. Bəzi xəstələr şikayətlənirlər ki, başı hərəkət etdirərkən baş gicəllənməsi keçirirlər. Buna səbəb daxili qulaqdakı yarım dairə kanallarında yaranmış problemlər ola ilər".

Həkim bildirir ki, qulağın axıntılı xroniki xəstəlikləri, eşitmə itkisi ilə gedən qulaq xəstəlikləri, yüksək dərəcədə damar tıxanıqlığı zamanı daxili qulağa qanın az getməsi səbəbi, bəzən heç bir səbəbə olmadan daxili qulaqdakı pərdələrin cırılması nəticəsində baş gicəllənməsi müşahidə edilə bilər. "Baş gicəllənməsinə başdan alınan zədələr də səbəb ola bilər. Sıxlıqla başa dəyən zərbələr daxili qulağı da zədələyir. Bu zaman baş gicəllənməsi və ürəkbulanma, qusma da meydana gəlir. Bu vəziyyət həftələr və ya aylarla davam edə bilər", - deyən müsahibimiz hesab edir ki, baş gicəllənməsinə digər bir səbəb isə beyin, beyincik kimi orqanlardan ibarət olan mərkəzi sinir sistemindəki qanama və ya qan damarlarındakı tıxanma ilə əlaqəli olan qida pozuntusu, skleroz, sifilis, müxtəlif beyin şişləri, parkinson xəstəliyi, miqren və başqa xəstəliklər ola bilər.

Dediyinə görə, ürək çatışmazlığı, infarkt, diabet, tiroid vəzisi xəstəlikləri, qanazlığı, idarə edilə bilməyən yüksək təzyiq, artan ürək ritminin pozuntusu, ani və şiddətli su itkisi, ishal, qusma, həyəcan, narahatlıq, stress, depressiya da baş gicəllənməsinə səbəb olan hallardır.

M.Abbasova hesab edir ki, baş gicəllənməsini aradan qaldırmaq üçün onun səbəbini tapıb müalicə etmək lazımdır:

"Bəzən qəbul etdiyimiz müxtəlif dərmanlar da baş gicəllənməsinə səbəb ola bilər. Hər hansı bir xəstəliyi aradan qaldırmaq üçün qəbul etdiyimiz dərmanların əks təsirləri arasında baş gicəllənməsi ola bilər. Nizamlı olaraq və ya müəyyən bir müddət istifadə etməli olduğunuz dərmanlar şiddətli baş gicəllənməsinə səbəb olursa, mütləq həkiminizlə məsləhətləşməlisiniz".

Onun sözlərinə görə, aspirin və salisilat qrupu dərmanlar, aminoglikozit qrupu bəzi antibiotiklər və sidik qovucu dərmanlar baş gicəllənməsinə səbəb ola bilər. Həkim deyir ki, baş gicəllənməsindən əsasən qadınlar şikayət edir. Bu, çox zaman adət günlərinə təsadüf edir ki, belə baş gicəllənməsinə səbəb qanazlığıdır. Belə baş gicəllənməsini aradan qaldırmaq üçün qidalanmaya xüsusi diqqət yetirmək lazımdır: "Qan azlığı olan xəstələr tərkibində dəmir və B-12 vitamini olan qidalara üstünlük verməli, ət, yumurta və tərəvəz yeməlidirlər. Tərkibində kalium olan portağal, naringi və banan da baş gicəllənməsi üçün faydalıdır. Yumurta qanazlığını aradan qaldırmaq üçün əsas sayılan qidadır. Tərkibində A, D, E və B qrupu vitaminləri olduğu üçün yumurta böyüklərlə yanaşı uşaqlar üçün də əhəmiyyətli qidadır. Uşaqların fiziki və zehni inkişafı baxımından böyük əhəmiyyət daşıyır. Beynin inkişafında əhəmiyyətli rol oynayır. Qanazlığını aradan qaldırır. Bədən yağının itirilməsində təsirlidir".

Abbasova baş gicəllənmələrinin ən çox hamiləlik dövründə müşahidə edildiyini bildirir: "Hamiləlikdən qaynaqlanan bütün gün davam edən bulanma, baş gicəllənməsi və qusmalardan xilas ola bilmək üçün 1 stəkan isti suya 1 qaşıq nanə əlavə edin. 5 dəqiqə dəm aldıqdan sonra süzüb için. Bu qarışıq ilıq-ilıq gündə 3-5 çay stəkanı içilərsə, yrək bulanmanı və baş gicəllənməsini aradan qaldıra bilər. Qarışığın içərisinə 1 dilim limon da atılsa, daha yaxşı olar. Nanə az qoyulmalıdır. Əks təqdirdə bulanmanı artırar".

Kişilərdə olan baş gicəllənmələri isə mütləq xəstəliklərin əlaməti ola bilər. Bunun üçün ən yaxşısı həkim müayinəsindən keçməkdir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 1374   Tarix: 11 dekabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Həddən artıq arıq olmaqdan bezmisiniz?

Samyun Wan məhsul haqqında. 1 kurs üçün 4 kiloqramdan 8 kiloqrama qədər çəki əldə edəcəksiniz. 100% zəmanətli nəticə. Samyun wan İndoneziyadan 100% orijinal kapsul. İştaha, metabolizmaya və kilo almağa dərhal təsir edir. Əlavə olaraq, bu kapsulaların bir çox faydalı xüsusiyyətləri və istifadə edilməsini

08.09.2021 1767
.

Əncirlə süd - 10 dərdə dərmandır

İnsan orqanizminə ən faydalı qidalar sırasında süd, bal, yumurta, əncir və s. bir çox qida məhsullarının adını çəkə bilərik. Ayrı-ayrılıqda onların hər biri insan orqanizmini lazımı vitaminlərlə təmin edir. Bəs siz südlü əncirin inanılmaz faydalarını bilirdinizmi?. xəbər verir ki, əncirin insan sağlamlığın

10.08.2021 2433
.

Yayda qripdən qorunmaq üçün həkim MƏSLƏHƏTİ

Payız-qış və yaz-yay aylarında insanlar tez-tez qripə yoluxurlar. BİG.AZ bildirir ki, -a açıqlama verən həkim-terapevt Şücaət Həşimov bildirir ki, qripə yoluxmaq təhlükəlidir. "Yaz-yay aylarında vitaminli meyvələr tam yetişmədiyinə görə orqanizmin ressusu aşağı düşür. Bu zaman orqanizmdə vitami

29.08.2021 879
.

Soyuqdəyməyə qarşı mübarizədə balın faydaları

İngiltərənin Oksford Universitetinin alimləri, balın soyuqdəymə simptomları və tənəffüs yoluxucu xəstəliklərlə mübarizədə, antibiotiklərdən və həddindən artıq dərmanlardan daha çox və daha faydalı ola biləcəyini göstərib. Mütəxəssislər 1761 nəfərin iştirak etdiyi 14 araşdırmanı nəzərdən keçirib. Balı

15.08.2021 780
.

Həkim Delta ştamına qarşı ƏN EFFEKTİV üsulu AÇIQLADI

Delta ştamına qarşı ən təsirli üsul 2 doza "Sinovac"la 1 doza "Pfizer"in qarışığıdır. Bunu yoluxucu xəstəliklər üzrə mütəxəssis Bülənt Ərtoğrul deyib. O bildirib ki, bu nəticəyə mövcud elmi məlumatlar əsasında gəlnib: "2 dozada "Pfizer"in effektivliyi bir qədər aşağı

22.08.2021 1318
.

İsti havalarda orqanizminizi bunlarla qoruyun

Havaların çox isti keçməsi bir çoxlarının səhhətində problemlər yaradır. Yüksək temperatur metabolizmdə dəyişikliyə səbəb olur. Xroniki xəstəliyi olanlar, uşaqlar və yaşlılar isti havada xüsusi qulluq tələb edir. İsti hava ürək, sinir xəstəliklərinin artmasına gətirib çıxarır. İsti havada bədən temperatur

15.08.2021 1261
.

Dünyanın ən məşhur dietoloqlarının tarixə düşən pəhrizləri

Məşhur dietoloq Pol Breq deyirdi ki, ömrü uzatmağın ən yaxşı yolu onu qısaltmamaqdır. O, hesab edirdi ki, ömrü qısaldan və xəstəliklərin yaranmasına səbəb olan başlıca amil qeyri-sağlam qidalanmadır. -a istinadən bu yazıda oxucuları dünyanın populyar dietoloqlarının pəhrizləri ilə tanış edir. Anri Şeno

20.08.2021 1329
.

Stress, həyəcan və yuxusuzluğa qarşı 10 ÇARƏ

Əgər təşviş, stress sizi içdən yeyirsə, yuxunuz ərşə çəkilibsə, əsəbləriniz dincəlmirsə, o zaman stressə qarşı bitki yığnaqlarından istifadə etməklə, əsəb sakitləşdiciri çay hazırlayın. -a istinadən sakitləşdirici bitkililəri təqdim edir. Mütəxəssislər çay üçün bunlardan ikisini seçib qarışdırmağı tövsiy

01.09.2021 1893
.

"Delta"dan sonra yeni mutasiya daha sürətlə yayılır

Cənubi Afrika tədqiqatçıları yeni koronavirus variantının aşkarlandığını açıqlayıblar. Alimlər 2021-ci ilin may ayında C.1.2 adlı bir mutasiya aşkarladıqlarını açıqlasalar da, bu variantın ilk dəfə Uhanda aşkar edilən COVID-19-dan daha çox fərqləndiyini bildiriliblər. -a istinadən xəbər verir ki, Cənub

30.08.2021 1188