Türkan Şoray və onun iz qoyan qanunları - FOTO

Türkan Şoray və onun iz qoyan qanunları - FOTOTürkan Şoray 28 iyun 1945-ci ildə İstanbulda doğulub. Atası Halid Şoray dövlət dəmir yollarında məmur, anası Meliha isə ev xanımı idi. O,maddi imkanların məhdud olduğu bir ailədə dünyaya gəldi. Təhsilinə Rami Taş məktəbində başladı, lakin davamlı ev dəyişdirdiklərindən, təhsilini Feriköy ibtidai məktəbində tamamladı.

Türkan Şoray və onun iz qoyan qanunları - FOTOŞorayın atası bir müddət sonra işini buraxıb polis məmuru oldu, anası isə bir şin fabrikində işə başladı.Bundan sonra yaşayışları çətinləşdi və Türkan kiçik yaşda evin işləriylə maraqlanmaq məcburiyyətində qaldı. 1954-cü ildə bacısı Nazan dünyaya gəldikdən sonra anası ilə atası arasındakı anlaşılmazlıq son nöqtəyə çatdı və cütlük boşanma qərarı verdi. Bacısı ilə birlikdə anasında qalan Türkan, liseyini davam edirdi. Boşanma sonrası Karagümrükdəki Sarmaşık küçəsinə köçən ailəni yenə çətin günlər gözləyirdi. Ancaq Türkanın ev sahiblərinin qızı Emel Ulduzla tanışlığı həyatının dönüş nöqtələrindən biri olacaqdı.Türkan o dövrdə on beş yaşında idi.Bir gün Emelle birlikdə film çəkilişlərinə gedər və beləcə məşhur "Yeşilçam Küçəsi"nə addımını atmış olar.

Türkan Şoray və onun iz qoyan qanunları - FOTOTürkan Şoray "Köyde Bir Kız Sevdim" filminin ardından yeni- yeni təkliflər almağa başlayar. Çəkildiyi filmlərlə mətbuatın diqqətini çəkər və ilk dəfə dövrün ən məşhur həftəlik jurnallarından olan "Kino"nun üz qabığına çəkilər.Ardından "Artist", "Büyük gazete"və "Ses" jurnallarına da ayağını açar.

Rüçhan Adlının Şorayın həyatında əhəmiyyətli bir rolu vardır. Onu qorumuş, həmişə zirvədə qalmasında böyük rol oynamışdır.Bu cütlük bir film çəkilişində tanış olurlar. Rüçhan Adlı Şoraydan düz 23 yaş böyük idi. Görüb-götürmüş insan idi. Şoray bir ata şəfqətindən və sevgisindən məhrum böyümüş, bunlara ehtiyac duymuşdur.Ona görə də Şoray bu sevgi və şəfqəti Adlıda tapır və 20 ilini onunla birlikdə keçirir.

Türkan Şoray və onun iz qoyan qanunları - FOTOŞorayın Sultan olmasında və ona qayda-qanun qoyulmasında Adlının böyük payı vardır. Adlı, Şoraya göndərdiyi çiçək buketlərinə ilişdirdiyi kartlarda ya da buraxdığı qeydlərdə ona həmişə "Sultanım" deyə xitab edərdi.Bunlar daha sonra mətbuatda çıxar və dövrün məşhur qəzet və jurnallarında nəşr olunardı. Beləcə Şoray artıq türk kinosunun da, xalqın da "Sultan"ı olmağa başlayar.
Türkan Şoray və onun iz qoyan qanunları - FOTOŞoray qanunları

1) Türkan Şoray film ssenarilərini filmin çəkiliş tarixindən ən azı bir ay əvvəl bəyənər.

2) Türkan Şoray, ssenarini bəyənmədiyi təqdirdə yeni bir ssenari veriləcək.

3) Hər ssenaridə "bəyəndi" razılaşması şərtdir.

4) Filmdə öpüşmə və açıq səhnələr olmayacaq.

5) Filmdəki müasir geyimlər Türkan Şoraya, tarixi geyimlər isə şirkətə aiddir.

6) Film çəkilişi yalnız İstanbulda olmalıdır. Türkan Şoray İstanbul xaricinə çıxa bilməz.

7) İş saatları səhər 8 ilə axşam 19 arasıdır.

8) Bazar günləri Türkan Şoray işləyə bilməz.

9) Türkan Şoray adı afişa, elan və kino plakatlarında başda və tək olaraq yazılacaq.

10) Filmdə hər oynadığı yerdə 9 maddə tətbiq olunacaq.

11) Filmlərin səsləndirilməsində Türkan Şorayın səsi üçün öz razılaşması şərtdir.

12) Şirkət filmi öz hesabına çəkər.Əgər başqa şirkətlə ortaq istehsala başlanılarsa, Türkan Şorayın razılaşması şərtdir.

13) Film rəngli isə Türkan Şorayın razılaşması ilə çəkiliş günləri uzana bilər.

14) Çəkiləcək filmin rejissoru və baş kişi oyunçusu üçün Türkan Şorayın razılaşması şərtdir.

15) Bu şərtlərə riayət etməyən film şirkəti 100 min lirə ödəməlidir.

16) Mübahisə məsələlərində məhkəmələr İstanbul məhkəmələridir.

17) Türkan Şoray şirkətlərdən film başına 60 min lirə alar.

18) Türkan Şoray məcburu gecikmələri 10 gündən çox gözləməz.

Türkan Şoray və onun iz qoyan qanunları - FOTODövrünə görə olduqca ağır şərtlər, 1967-ci illərdə son halını alıb yazılı bir mətnə çevrilir. Bundan sonra Türkanın gəliri elə yüksələr ki, heç bir firma, rejissor və ya oyunçu ona qarşı çıxa bilmir.Onlar Türkan Şorayla müqavilə bağlamaq üçün bir-biriləriylə yenidən yarışa girirlər. Bu qanunlarla da Rüçhan Adlı, Şorayın Yeşilçamdakı imicini qoruma altına alır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 5029   Tarix: 07 dekabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Zooloqlar inəklərə görün nəyi öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas

15.09.2021 960
.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925
.

3 milyon dəyərində sendviç hazırlandı - Ən bahalı qidalar

Dünyanın ən bahalı sendviçi hazırlanıb. Axşam.az-a istinadən xəbər verir ki, sendviç almaniyalı rəssam Tim Bengel tərəfindən saf qızıl istifadə olunaraq düzəldilib. Həmin qida 3 milyon dollar dəyərində qiymətləndirilib. Qeyd edək ki, bu ilk belə baha qida məhsulu deyil. Dünyanın ən bahalı yeməklərin

17.09.2021 877
.

56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO

Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy

15.09.2021 2086
.

Prokuror küçədə çılpaq vəziyyətdə gəzdi: Sakinlər polisə şikayət etdi - FOTO

Polşanın cənub-şərqində yerləşən Svidnitsa şəhərində prokuror küçədə çılpaq vəziyyətdə gəzib. Ətrafdakı insanların çəkdiyi fotolarda çılpaq vəziyyətdə olan kişinin əlində dörd pivə butulkası ilə ərzaq mağazalarını gəzdiyi əks olunub. Digər görüntülərdə prokurorun tamamilə çılpaq bir vəziyyətdə küçələr

12.09.2021 1423
.

Dünyanın ən nüfuzlu insanları açıqlandı

ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. -a istinadən xəbər verir ki, 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilə

16.09.2021 877
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018
.

Binanın qarşısından keçən qadının üstünə armatur düşdü – ANBAAN VİDEO

Türkiyənin Çorum şəhərində qadın tikintisi davam edən binanın qarşısından keçərkən ciddi təhlükə ilə üzləşib. -a istinadən xəbər verir ki, hadisə anbaan inşaat meydançasının təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Görüntülərdə qadının onun üstünə düşən armatur dirəklərdən yayınmağa çalışdığ

14.09.2021 1946
.

Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO

Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd

11.09.2021 1188