Xatirə: "Bir az açıq libasda səhnəyə çıxsaq ..."

Xatirə: "Bir az açıq libasda səhnəyə çıxsaq ..."Müğənni Xatirə İslam xalq artisti Aygün Kazımovanın Tarkanla bağlı açıqlamasına münasibət bildirib.

Sənətçi "Bakupost"a müsahibəsində A. Kazımovaya haqq qazandırıb:

"Milli mahnılar oxuyuram, əgər estrada ifa etsəydim, tanınmış bir reperlə duet oxuyardım. Amma mən ona 100-150 min ödəməzdim. Bu yaxınlarda Aygün Kazımova bir açıqlama vermişdi. O dedi ki, hansısa bir layihəni gerçəkləşdirmək üçün bizim müğənnilər evlərini, maşınlarını satmağa hazırdırlar. Çünki onların bu qədər pulları yoxdur. Düz deyir, bizə heç kim o məbləği vermir. Bu yaxınlarda Moskvada bir toyda oldum. Orada Sərdar Ortaca 45 dəqiqəlik çıxış üçün 300 min dollar ödədilər. Onun canlı nə qədər pis oxuduğunu görərdiniz...

Niyə görə xaricilərin bərbad ifasına o qədər ödəyirlər, yerli müğənnilərin gözəl mahnılarına isə yox. Toya öz müğənnilərimizi çağıranda qiymətdə alış-veriş edirlər, 10 min deyəndə, endirim istəyirlər. Xaricilərdə isə heç vaxt qiymət söhbətini qaldırmırlar. Birimiz yüz minllik maşın alanda hamı başlayır danışmağa, qınamağa. Sibel Canın 70 milyonluq villası var, türklər bunu fəxr edərək yazırlar.

Hələ geyimlərdən danışmıram. Birimiz bir az açıq libasda səhnəyə çıxsaq, söz-söhbət qalxır. Amma Bakıya gəlib yarıçılpaq halda səhnəyə çıxan Rihannanın konsertini izləmək üçün 800 manata bilet alırlar. Əgər açıq-saçıqlığa qarşısınızsa, niyə xariciləri Azərbaycana gətirirsiniz? Qonşu İranda bu cür geyimdə səhnəyə çıxmaq qadağandır. Buna görə də bəzi müğənnilər oraya buraxılmır. Demək istərdim ki, əvvəlcə özümüzünküləri qiymətləndirin, sonra xaricilərə dəyər verin".

Qeyd edək ki, Türkiyənin meqastarı Tarkana Yeni il gecəsi Bakıda konsert vermək üçün yüksək məbləğdə pul vəd edilməsi xəbəri yayıldıqda xalq artisti Aygün Kazımova buna etiraz etmişdi. O, "Tarkana milyonlar verib, gətirirlər. Amma biz yerli sənətçilər bir layihə üçün evimizi, maşınımızı girov qoyuruq"sözləri ilə narazılığını büruzə vermişdi.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 1458   Tarix: 01 dekabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bu il xalları Aysel açıqlayacaq

İsveçin Malmö şəhərində keçiriləcək "Avroviziya 2024" mahnı müsabiqəsində Azərbaycandan olan səsvermənin nəticəsini təqdim edəcək şəxsin adı açıqlanıb. Axşam.az xəbər verir ki, xalları Aysel Adıgözəlzadə (Teymurzadə) səsləndirəcək. Bildirilib ki, mayın 11-də İTV-nin efirində tamaşaçılar Aysel

17.04.2024 761
.

Nadir HƏYAT YOLDAŞI VƏ GƏLİNİ İLƏ - FOTOLAR

Müğənni Nadir Qafarzadə sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib. BİG.AZ axşam.az-a istinadən bildirir ki, sənətçi həyat yoldaşı Sevinc və gəlinləri Əntiqə ilə fotosunu izləyiciləri ilə bölüşüb. Onlar Ramazan süfrəsində bayramı bir yerdə qeyd ediblər. Qeyd edək ki, müğənninin oğlu Loğman Əntiq

14.04.2024 1549
.

Bu gün Mələkxanım Eyubovanın qızının nikahıdır - FOTOlar

Xalq artisti Mələkxanım Eyubovanın qızı Nəzrin ailə qurur. BİG.AZ -a istinadən xəbər verir ki, bu gün Nəzrinin müğənni Mərdan Kazımovla nikahıdır. Məclis şəhərdə, açıq məkanda təşkil olunub. Qeyd edək ki, toy aprelin 22-də şəhər restoranlarından birində olacaq. Məclis mediaya qapalı keçiriləcək. Nəzri

14.04.2024 1185
.

Ərinin "Ağ şəhər"də aldığı lüks mənzilini ilk dəfə NÜMAYİŞ ETDİRDİ - VİDEO

Müğənni Vəfa Şərifova həyat yoldaşı iş adamı Famil Xəlilovun "Ağ şəhər" ərazisində qiyməti 350-450 min manat civarında aldığı çoxmərtəbəli premium yaşayış binasındakı evini nümayiş edib. BİG.AZ bizim.media-ya istinadən bildirir ki, neoklassik tərzdə dizayn edilmiş lüks mənzilinin qapıların

14.04.2024 2841
.

Miranda Kerr yenidən ana ola bilər

Model Miranda Kerr yenidən ana olmaq istədiyi deyib. xəbər verir ki, model sonuncu dəfə 6 həftə öncə uşaq dünyaya gətirib. "Heç vaxt heç vaxt demərəm" ,- deyə o bildirib. Qeyd edək ki, Miranda Kerrin Orlando Bloom ilə evliliyindən bir oğlu Spiegel ilə evliliyindən 3 uşağı var

16.04.2024 495
.

Röya Ayxan ailə quracaq - Toya hazırlaşır - VİDEO

Xalq artisti Röya Ayxan açıqlaması ilə hər kəsi təəccübləndirib. xəbər verir ki, "PrimeTime Elvin Elxanla" yutub layihəsinə danışan ifaçı ailə quracağını bildirib. Röyanın toyu yay aylarında baş tutacaq:. "Ərə gedirəm. Bu yay aylarına təsədüf edəcək. Özüm də demişəm ki, edəcəksən təklifi

14:57 3239
.

Murad Dadaşovun ailəsində XOŞ GÜN

Xalq artisti, "Xəzər media"nın rəhbəri Murad Dadaşovun evində xoş gün olub. Sənətçinin oğlu evlilik yolunda ilk addım atıb. Dadaşovun övladının nişan mərasimi keçirilib. (PrimeTime)

14.04.2024 1229
.

İranın hücumundan sonra İsraildən qaçdığı deyilən Qalkin danışdı

İranın İsrailə hücumunun ardından Rusiyanın Xalq artisti Alla Puqaçova və həyat yoldaşı, şoumen Maksim Qalkinin övladları ilə birgə ölkəni tərk etdiyi iddia olunub. Axşam.az xəbər verir ki, şoumen şayiələrin fonunda sosial media hesabılnda paylaşım edərək bunu şayiə adlandırıb. O, hazırda İsraildə olduğun

14.04.2024 436
.

"Kızıl goncalar"la bağlı yeni qərar

"Kızıl goncalar" serialının mövsüm finalı ilə bağlı dəyişiklik edilib. Axşam.az xəbər verir ki, layihə 20-ci yox, 19-cu bölümündə izləyiciləri ilə vidalaşacaq. Qeyd edək ki, serialın baş rollarını Özgü Namalla Özcan Dəniz canlandırır

16.04.2024 572