Bağçalarda yeni qayda - Heç nəyi gizlətmək olmayacaq

Bağçalarda yeni qayda - Heç nəyi gizlətmək olmayacaq-Uşaqlar bağçada nə yeyirsiz?

-Sup.

-Həmişə sup verirlər sizə?

-Bəli. (bunu bir az çəkinərək deyirlər)

-Başqa nə yeyirsiz? Kaşa verirlər sizə?

-Evdə yemişik kaşa.

-Bəs bağçada?

-....

Yəqin bir çoxunuza tanış gəldi bu dialoq. Qaranlıq qalanlar üçün xatırladım ki, bu söhbət bir neçə gün əvvəl Bilgəh qəsəbəsində yerləşən 281 saylı uşaq bağçasındakı vəziyyətin açıq göstərildiyi videodandır.

Kadrlar bağçalarımızın hazırkı durumunu çılpaqlığı ilə göstərdi. Əlavə şərhə ehtiyac olmadan. Əlbəttə, bu kadrları çəkən müəllimə öz acığını çıxmaq üçün bu addımı atmasaydı, fakt da aşkarlanmazdı. Digər bağçalarda nələrin baş verdiyi isə hələ ki, gizli qalır.

Hələ ki, dedim, çünki aşkarlanması üçün bəzi təkliflərimiz olacaq.

BiG.AZ-ın "Qırmızı xətt" layihəsində bağçalarda gizli qalan məqamların hansı yolla açıqlana biləcəyini müzakirə edəcəyik.

281 nömrəli bağçadakı kadrlar bu günə qədər bağçalar barədə deyilənlərə ən yaxşı sübut oldu. Bağçalar ictimaiyyətə qapalı olduqlarında orada uşaqlara necə baxılması, nə yeyib içmələri, necə davranılması barədə müxtəlif söz-söhbətlər də yayılırdı. Sübut etmək isə demək olar ki, mümkün deyildi. Axı necə mümkün olsun, azyaşlılar ətraflarındakını təhlil edib, qiymətləndirə bilmir, dərk edənlərin valideynləri bunu sübut edə bilmir. Onların bir yolu qalır ya uşaqlarını bağçaya göndərməmək, ya da uşaqlarına yaxşı baxılması üçün müəllimə hədiyyələrə almaq, rüşvət vermək. Hazırkı durumda yeni bağça tapmağın xeyli çətin olduğunu nəzərə alsaq, valideynlərin əsasən ikinci yolu seçdiyini görərik.

Onlar əksini edib mübarizə aparıb şikayət etsələr bəlkə də, belə olmazdı. Amma sadəcə şikayətlə iş bitmir, sübut da lazımdır. Sübut üçün isə 281 saylı bağçadakı kimi kadrlara ehtiyac var. Valideynlərin isə bağçaya daxil olub bunları çəkmək imkanı yoxdur, tərbiyəçilər isə işini itirmək qorxusundan bunu etmirlər. Yeganə yol bağçalarda onlayn kamera sisteminin qurulmasındadır. Bu sistem həm tərbiyəçilər, bağça rəhbərliyinin məsuliyyətini artıracaq, həm də valideynlərin ürəyi rahat olacaq.

O istədiyi vaxt iş yerindən, evdən bağçada baş verənləri övladı ilə necə davranıldığı, bağlı qapı arxasında nələr baş verdiyini öyrənəcək. Necə ki, bir çox xarici ölkələrdə artıq bu sistem qurulub. Bizdə qurula bilməməsi üçün maneə nədir?

Bağça tərbiyəçisindən qəribə səbəb

Məsələni əvvəlcə bağçalarla araşdırdıq. Onlarla əlaqə saxlayıb, kamera sisteminin qurulması ilə maraqlandıq.

67 saylı bağçada uşaqların sağlamlığı, qidalanması, əyləncəsi, tədrisi ilə bağlı bütün imkanların yaradıldığını dedilər. Kamera sisteminə gəldikdə isə, buna ehtiyac olmadığını bildirdilər.

Kamera sistemi qurulan 20 saylı bağçada isə kamera sistemi sistemə nəzarəti direktor edir. O otağındakı monitordan gün ərzində kimin nə etdiyini izləyə bilir. Onlayn olmağa ehtiyac yoxdur. Nəzarətin nə qədər yüksək səviyyədə olmasına isə heç kim zəmanət vermir. Əgər direktor özü qanunları pozub, rüşvətlə müəllim qəbul edir, uşaqların yeməyindən özünə pay götürürsə, kamera sisteminə uşaqların mənfəəti üçün necə nəzarət edə bilər?

Dövlət bağçalarını öyrəndik, onlar bizə övladımıza hər an nəzarət etmək imkanı yaratmaq istəmir. Bəs ayda 300-dən 600 manatadək ödəniş etdiyimiz, müasir tələblərə cavab verildiyi deyilən özəllərdə vəziyyət necədir?

"Leylək" uşaq bağçasından bildirdilər ki, kamera sistemi qurulsa da, onlayn deyil. Bağça nümayəndəsinin dediyi səbəb xeyli maraqlı idi:

"Belə daha yaxşıdır, onsuz da valideynin nəsə etirazı olanda gəlib kameraları açdıra bilir. Bu zaman günahın kimdə olduğu müəyyən edilir. Uşaqlara fərdi yanaşırıq. Onlayn sistem olanda uşaqlardan birinə çox diqqətli yanaşdığımızı görən digər valideynlər buna etiraz edir. Ona görə də onlayn sistem sərfəli deyil, bu daha çox problem yaradır".

Amma kameraların yaddaşı hər zaman buna imkan vermir. Müəyyən yaddaş məhdudiyyəti olan bu kameralar vaxtaşırı təzələnir. Üstəlik, direktor istəsə neqativ məqamları yaddaşdan silə bilər. Bu zaman nəyisə sübut etmək mümkün olmur. Ona görə də onlayn sistem ən etibarlı vasitədir.

"Cücələrim" uşaq bağçasında isə ümumiyyətlə kameraya ehtiyac görmürlər.

"Uşaq Hüquqları" QHT Alyansının sədri Nazir Quliyevin sözlərinə görə, uşaqlar məktəb və bağçalarda zorakılıqdan sığortalanmayıb.

"Xarici ölkələrdə də bu hallar baş verir. Amma valideynlə bağça arasında müqavilələr imzalanır, burada valideyn və bağçanın hüquq vəzifələri əksini tapır.

Videokamera vasitəsilə valideynin uşağı izləməsi praktikası xarici ölkələrdə çoxdan tətbiq edilir. Bizdə də bu sistemin tətbiq edilsə zorakılığın qarşısının alınmasında müəyyən qədər təsirli ola bilər. Əlbəttə, tam qarşısını ala bilməz, sadəcə minimuma endirmək mümkündür. Təəssüf ki, bizim bağçalarda peşəkar kadrların sayı azalır, ictimai nəzarət mexanizmi zəifdir". Ekspert özəl bağçalarda uşaqların hüquqları pozulduğunu, onlara daha çox nəzarət edilməli olduğunu dedi:

"Onların əksriyyətində günün əsas hissəsini uşaqlar cizgi film izləməklə keçirirlər. Bu isə bağça normalarına uyğun gəlmir, yalnız vaxt öldürməkdir. Uşaqlara ictimai nəzarət mexanizmi yoxdur. Onlayn baxış imkanı olmursa, kameraların quraşdırılması mənasızdır. Rəhbərlik istədiyi halda kameranın yaddaşını silə bilər. Valideyn isə hər gün gedib bağçadakı kameralara baxa bilməz. Bu baş aldatmaqdan başqa bir şey deyil".

N.Quliyevin sözlərinə görə, ölkədə məktəbə qədər təhsildə ciddi islahatlara ehtiyac var:

"Müxtəlif satış mərkəzləri, şirkətlərdə onlayn kamera sistemi qurulub. Uşaqlarımız şirkətdən az əhəmiyyətli deyil ki, onlar üçün bu sistemi yaratmayaq? Dünyada isə bağça təhsilinə daim diqqət göstərilsə də, bizdə ən az çox problemli sahədir. İnsanın sonrakı həyatını necə davam etdirməsində, formalaşmasında isə bağça təhsilinin rolu böyükdür. Çünki bağçada hüququ tapdanan uşaq orta, ali məktəb sonra isə iş prosesində hüququ pozulanda səsini çıxartmayacaq".

Sosial Məsələlər üzrə ekspert Azər Allaverənovun fikrincə, bağçalarda onlayn kamera sisteminin quraşdırılması ilə bağlı məsələ qanunvericiliklə həll edilməlidir. Bəzi özəl bağçalarda kamera sistemi qurulub ki, bu da çox dar və məxfi şəraitdə həyata keçirilir:

"Təhlükəsizlik kameraları bir çox neqativ halların qarşısını almaqda kömək edir. Bundan başqa, hər hansı problemin araşdırılması üçün də bu kameraların rolu əvəzsizdir. Bağçalar isə ümumiyyətlə ictimaiyyətə qapalı bir müəssisədir. Valideyn uşağı bağçaya qoyulduqdan 8-9 saat sonra ondan heç bir məlumat ala bilmir. Bağça rəhbərliyindən ona verilən informasiya ilə kifayətlənir. Ölkələrin əksəriyyətində artıq bağçalarda onlayn sistem qurulub ki, valideyn internet vasitəsilə istədiyi zaman uşağının nə etdiyini izləyə bilir. Kamera təkcə valideynin nəzarəti üçün deyil, bu həm də müəllim və rəhbərliyin məsuliyyətini artırır".

Onun sözlərinə görə, sadəcə dövlət qurumunun nəzarəti, yoxlamalar aparması ilə mümkün deyil. Bağçalara yalnız onlayn kamera sisteminə keçilməsi ilə nəzarət edilə bilər:

"Uşaq hüquqlarının müdafiəsi yalnız onlarla bağlı informasiyaların gizli saxlanması ilə əlaqədar deyil. Bu həm də onların hüquqlarının qorunması ilə bağlı şəffaflıq mexanizmlərinin işlənməsidir. Kamera sisteminin qurulması valideynin uşaqlarla necə davranması ilə bağlı narahatlığa son qoyacaq".

Bəs ölkənin internet resursları bu sistemin qurulması üçün yetərlidirmi?

Azərbaycan İnternet Forumun prezidenti Osman Gündüz bağçaların internetlə təminatı, onlayn kamera sisteminin qurulması üçün infrasturukturun olduğunu bildirdi:

"Bağçaların bu şəbəkəyə qoşulması valideynlərin, bu sahədə məsul şəxslərin şəbkəyə qoşulub bağçalara nəzarət etmələri üçün imkan var. 10 il əvvəl bu prosesə keçmək infrasturuktur baxımdan çətin ola bilərdi. İndi informasiyanın ötürülməsi üçün regionlarda problem olsa da, paytaxtda texniki cəhətdən heç bir problem ola bilməz. Valideynlər bundan istifadə ilə bağlı məlumatlandırılmalıdırlar".

O.Gündüz onu da vurğuladı ki, artıq bir çox məktəbdə bu sistemə keçilib. Bununla bağlı hüquqi, texniki baza var. Ona görə də bağçaların onlayn

"Təhsilin informasiyalaşdırılması ilə bağlı iki dövlət proqramı hazırlanıb, üçüncüsü də hazırlanır. Yeni layihədə bağçalarla bağlı məsələlər də salına bilər, yaxud bağçaların informasiyalaşdırılması ilə bağlı yeni layihə hazırlana bilər. Bu zaman həm də uşaqların bağçaya qəbulu, valideyn bağça münasibətləri ilə bağlı məsələlər elektronlaşdırılar. Təəssüf ki, elektron hökümət layihəsində bu məsələlər nəzərdə tutulmayıb. Bağçaya yazılma, növbəyə yazılma elektronlaşdırılsa, korrupsiya, rüşvət hallarının da qarşısını alına bilər".

Demək infrasturuktur baxımdan da problem yoxdur. Bircə qalır bağçaları elektronlaşdırıb, kameraların qurulması.

281 saylı bağçada baş verən hadisə təkcə bağçaların vəziyyətini göstərmədi, həm də fakt aşkarlanarsa, səbəbkarların cəzalanacağını da sübut etdi. Çünki Bakı meri Hacıbala Abutalıbov şəxsən həmin bağçaya gəlib faktla yerində məşğul oldu, rüşvət verənlə də, alanla da söhbət apardı. Artıq məsələ hüquqi müstəvidə araşdırılır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3002   Tarix: 01 noyabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İsmayıl Tamoyev Bakı həbsxanasında öldü

Azərbaycanda daha bir məhkum həbsdə ölüb. -ın əldə etdiyi məlumata görə, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisəsində qeydə alınıb. Orada cəza çəkən məhkum İsmayıl Tamoyev dünyasını dəyişib. Onun xəstəlikdən öldüyü bildirilir. Faktla bağlı araşdırma aparılır

15:21 0
.

Onların təhsilhaqqını dövlət ödəyəcək

Sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsilhaqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Təhsil haqqında"

13:19 0
.

Butikimizin "saxtakarlığ"ı Türkiyədə viral oldu

Yerli butiklərdən biri maraqlı reklam üsuluna əl atıb. OLAY yazır ki, TikTok-da videolar paylaşan mağaza süni intellektdən istifadə edib. Maraqlısı budur ki, onlar bununla bir sıra dünya ulduzunun, türk məşhurun simasını başqa şəxslərin bədəni ilə birləşdiriblər. Guya həmin simalar mağazadan alış-veri

16:21 0
.

Bakıda məktəbin həyətində şagirdi it DİŞLƏDİ

Paytaxtın Xəzər rayonu Türkan qəsəbəsində 5-ci sinif şagirdini məktəbin həyətində sahibsiz it dişləyib. Hadisə Xəzər rayonunun Türkan qəsəbəsindəki Elmar Mirzəyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli respublika xüsusi internat məktəbinin həyətində baş verib. Z.Vəliyevə məktəbin həyətind

13:42 0
.

Evlənməyə hazırlaşan gənclərə vacib xəbərdarlıq: Hər şeyinizi itirə bilərsiniz!

Azərbaycanda ən çox rast gəlinən problemlərdən biri də boşanma zamanı əmlak bölgüsü üzrə mübahisələrdir. Bu kimi məsələlərdə yeganə çıxış yolu nikah zamanı ya da evləndikdən sonra nikah müqaviləsi bağlamaqdır. Hüquqşünaslar bildirir ki, belə olduğu zaman tərəflərdən hər hansısa biri digərinin hüququn

16:39 0
.

Taksi sürücüləri yeni qərara etiraz edir – "Onsuz da şirkətlər belimizi qırırdı"

Nazirlər Kabineti taksilərlə bağlı yeni dəyişikləri təsdiqləyib və elə həmin gündən, yəni martın 27-dən ciddi müzakirələr başlayıb. Müzakirələr əsasən taksilərə dair tələblərə yönəlib. Yeni qərara görə, buraxılış tarixi 15 ildən çox olan avtomobillərin taksi fəaliyyətinə qadağa qoyulur. Bu isə o deməkdi

15:10 0
.

Azərbaycanda bu qadınlar pensiyaya tez çıxa biləcək

Yalnız valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşağı övladlığa götürüb səkkiz yaşınadək tərbiyyə edən həmin kateqoriyadan olan qadınların, eləcə də əlilliyi müəyyən edilmiş uşağı olan şəxslərin erkən pensiya hüququ yaranacaq. BİG.AZ xəbər verir ki, bu barədə məsələ Milli Məclisi

14:22 0
.

Şimşək, yağış, 25° isti - Sabahın havası

Martın 30-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BİG.AZ-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə arabir yağış yağacağı

13:24 0
.

"Verdiyi koordinatlar o qədər dəqiq idi ki..." - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO

"Verdiyi koordinatlar o qədər dəqiq idi ki, biz ona öz aramızda "Doktor" ləqəbi qoymuşduq. Onda həkim dəqiqliyi var idi". Bu sözləri Milli Qəhrəman Elbrus Allahverdiyev haqqında İctimati TV-ə danışan döyüş yoldaşları deyib. Döyüş yoldaşları Milli Qərhəmanın şücaətlərindən danışarkə

28.03.2024 232