Fransada Azərbaycan filmi nümayiş olundu

Fransada Azərbaycan filmi nümayiş olunduFransanın məşhur "TV5 MONDE" televiziya kanalında Azərbaycandan bəhs edən film nümayiş olunub.
BiG.AZ-ın məlumatına gör, Azərbaycan aşıq sənətindən bəhs edən "Azərbaycan aşığı" adlı filmin əvvəlində paytaxt Bakı haqqında məlumat verilir.

Filmdə bildirilir ki, bu şəhər əsrlərdən bəri müxtəlif mədəniyyətlərin qovuşduğu məkandır. Bakıda son iyirmi ildə neft gəlirləri hesabına ucaldılan ultramüasir binalar ölkənin sürətli inkişafının göstəricisidir. Həmçinin diqqətə çatdırılır ki, bu zəngin neft ölkəsi sürətlə müasirləşir və Avropaya inteqrasiya edir.

Azərbaycan aşıq sənətinin bütün incəliklərinə toxunan fransalı çəkiliş qrupu vurğulayır ki, burada aşıqlar öz mahnılarında məhəbbət və qəhrəmanlığı tərənnüm edirlər. Qafqazın bu qədim torpağında əsrlərdən bəri nəsildən-nəslə keçən bu sənətin nümayəndələrinə xüsusi hörmət bəslənilir və onlar tez-tez el şənliklərində iştirak edirlər.

Filmdə, həmçinin Azərbaycanın ərazisi, əhalisi və müstəqillik tarixi barədə də ətraflı məlumat verilir. Bildirilir ki, hazırda Azərbaycanda intellektual düşüncəyə malik müasir gənc nəsil yetişməkdədir. Azərbaycanlı gənclər Avropaya inteqrasiya etməklə yanaşı, bu ölkənin milli adət və ənənələrini də unutmurlar. Onlar öz soy-köklərinə dərindən bağlıdırlar və vətənlərini çox sevirlər.

Azərbaycan ərazisini qarış-qarış gəzib çəkilişlər aparan fransalı çəkiliş qrupu ucqar dağ rayonlarında yaşayan ağsaqqallarla, ağbirçək nənələrlə söhbət edərək, onların bu yaşda belə gümrah və sağlam qalmalarının sirlərindən danışırlar. Həmçinin çəkiliş qrupunun üzvlərinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin səbəbləri və ağır nəticələri barədə məlumat verilir.

Ümumilikdə isə 52 dəqiqəlik filmdə Azərbaycanımızın gözəl təbiəti, müasirliyi, gündən-günə gözəlləşməsi və inkişafı barədə dolğun məlumatlar öz əksini tapır, paytaxt Bakının Avropanın ən gözəl və müasir şəhərlərindən biri olduğu vurğulanır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Digər   Baxılıb: 816   Tarix: 30 noyabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Qızdırması olduğu üçün imtahana buraxılmayan şagirdlərin taleyi necə olacaq? -VİDEO

"Dünəndən etibarən 9-11-ci siniflər üçün buraxılış imtahanları başlanılıb. Bu onların taleyini və gələcək müqəddəratını müəyyən edən bir məsələdir. DİM məlumat verib ki, imtahan binasına daxil olarkən hər kəs qoruyucu maskadan istifadə etməlidir". BİG.AZ xəbər verir ki, bu sözləri təhsil üzr

11.06.2020 3040