"Sözləriniz məni çox incidir" - Üzündəki şişdən əziyyət çəkən qız

17 yaşlı Yeni Şotlandiya sakini yeniyetmə qız nadir rastlanan nevrofibromatiz xəstəliyindən əziyyət çəkir. Bu xəstəlik onun üzünün bir hissəsində böyüyən şişin yaranmasına səbəb olub.

BiG.AZ-ın Daily mail-ə istinadən xəbərinə görə, 17 yaşlı Sarah Atvelaya 8 aylığından nevrofibromatiz xəstəliyi diaqnozu qoyulub. Xəstəliyin səbəb olduğu şiş üzünün bir hissəsini eybəcər bir hala salıbı. Üzündəki bu şişə görə məktəb yoldaşları onu "pinti" deyə çağırırlar. Həmişə onlara fikir verməməyə çalışan Sarah 16 yaşına çatanda artıq bezib.

2012-ci ildə Facebooka öz videosunu yerləşdirib. Həmin videoda uşaqların onu necə adlandırmasına, lağ etməsinə baxmayaraq, xoşbəxt həyat yaşamaq istəyini ifadə edib: "16 yaşıma kimi insanların mənə lağ etməsinə dözməyə çalışdım. Artıq 16 yaşına çatdığımda bezdim. Mənə eybəcər, çirkin, kök sifət deyənlərə sözüm odur ki, mənim heç bir xəstəliyim yoxdu, sadəcə şişim var. Sizin dediyiniz bu sözlər məni çox incidir".

İlk öncə insanların diqqətini internet vasitəsiylə çəkməyi bacaran yeniyetmə qız sonradan artıq özünəməxsus "Sağlamlığın kəşfi" televiziya proqramında istəklərini, hisslərini bölüşür. Onun dediyinə görə, bir neçə dəfə əməliyyat keçirsə də, heç bir dəyişiklik hiss etməyib. Yeniyetmə qızın yeganə arzusu üzündəki bu şişin əməliyyat edilib götürülməsidi.

Onu da qeyd edək ki, Sarah balaca uşaqlarla çalışa biləcəyi bir iş tapıb.

"Sözləriniz məni çox incidir" - Üzündəki şişdən əziyyət çəkən qız"Sözləriniz məni çox incidir" - Üzündəki şişdən əziyyət çəkən qız"Sözləriniz məni çox incidir" - Üzündəki şişdən əziyyət çəkən qız"Sözləriniz məni çox incidir" - Üzündəki şişdən əziyyət çəkən qız


BiG.Az Telegramda izləyin instagramda izləyin
Digər   Baxılıb: 5270   Tarix: 02 dekabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Qızdırması olduğu üçün imtahana buraxılmayan şagirdlərin taleyi necə olacaq? -VİDEO

"Dünəndən etibarən 9-11-ci siniflər üçün buraxılış imtahanları başlanılıb. Bu onların taleyini və gələcək müqəddəratını müəyyən edən bir məsələdir. DİM məlumat verib ki, imtahan binasına daxil olarkən hər kəs qoruyucu maskadan istifadə etməlidir". BİG.AZ xəbər verir ki, bu sözləri təhsil üzr

11.06.2020 3040