"ANS Akademiyası"nda növbəti məzuniyyət həyəcanı - FOTO,VİDEO

"ANS Akademiyası" növbəti dəfə kursantlarının məzuniyyət mərasimini keçirib. ANS PRESS-in məlumatına görə, artıq uzun illərdir ki, "ANS Akademiyası" öz fəaliyyəti dövründə yeniliklərə imza atıb və bir sıra nəaliyyətlər əldə edib. Hər il ənənəvi olaraq akademiya məzunlarının buraxılış mərasimi keçirilir. Bu gün isə ANS Akademiyası Rejissor, Qrafik Dizayn və Operatorluq kursları məzunlarının buraxılış günü baş tutdu.

Bu kurslara qəbul qaydaları və kursun verdiyi təhsil forması öz unikallığı və professionallığı ilə daim seçilib və seçilməkdədir. 278 nəfərin təqdim etdiyi sənədlər arasından müsahibə yolu ilə 46 nəfər müxtəlif kurslara qəbul olunub. Dərslər tələbələrə peşəkar heyət tərəfindən tədris edilib. Tədris müddətində həmin tələbələr müxtəlif mərhələlərdən keçdikdən sonra aldıqları bilikləri təcrübə zamanı daha da möhkəmləndirməyə nail olublar. Onların keçdiyi təcrübənin müsbət cəhəti də odur ki, yekun olaraq həmin tələbələrdən işə yararlı olanları müəyyən edilib. Belə ki, Rejissorluq kurslarından 8, Qrafik dizayn kurslarından 14, Operatorluq kurslarından isə 6 nəfər seçilərək işlə təmin olunacaqlar.

Tədbirdə xalq artistləri Eldar Quliyev, Rasim Balayev, kinorejissor Ayaz Salayev, kinorejissor və ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev, "Bakı film"in direktoru Vagif Əsəduyllayev kimi Azərbaycanın görkəmli insaları iştirak ediblər.

Tədbirin önəmli məqamlarından biri də, tələbələrin əl işləri olan ilk qısametrajlı filmləri nümayiş etdirilməsi olub. Yuxarıda sadaladığımız görkəmli insanlar isə münsif heyyəti masasında əyləşərək gənclərin ilk işlərini qiymətləndirdilər.

İlk olaraq məzuniyyət mərasimində rejissor kurslarının məzunları Yunisli Rənanın - "Son yarpaq", Əbdüləziz Şəhribanunun - "Formula", Bağırzadə Fəridin - "Heyvan", Qiyasi Aynurun - "Beata", Həsənova Ayselin - "Edam məhkumunun son günü", Süleymanova Fidanın - "Vaxtın dəyəri", Mərdanova Qəmərin - "Hədiyyə", Salmanlı Ülviyyənin - " Poçt qutusu" qısametrajlı filmlərininin təqdimatı keçirilib və bu filmlər Cəmil Quliyev, Eldar Quliyev, Rasim Balayev, Ayaz Salayev və Vahid Mustafayev ibarət olan münsiflər heyəti və tamaşaçılar tərəfindən müzakirə olunaraq müxtəlif dərəcələrlə qiymətləndiriləcək.

Qısametrajlı filmlərin nümayişi və qiymətləndirilməsi bitdikdən sonra, Rejissorluq, Qrafik Dizayn və Operatorluq kurslarının məzunlarına sertifikatlar və xatirə hədiyyələri təqdim olundu.

"ANS Akademiyası"nda növbəti məzuniyyət həyəcanı - FOTO,VİDEO"ANS Akademiyası"nda növbəti məzuniyyət həyəcanı - FOTO,VİDEO"ANS Akademiyası"nda növbəti məzuniyyət həyəcanı - FOTO,VİDEO"ANS Akademiyası"nda növbəti məzuniyyət həyəcanı - FOTO,VİDEO"ANS Akademiyası"nda növbəti məzuniyyət həyəcanı - FOTO,VİDEO"ANS Akademiyası"nda növbəti məzuniyyət həyəcanı - FOTO,VİDEO"ANS Akademiyası"nda növbəti məzuniyyət həyəcanı - FOTO,VİDEO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Digər   Baxılıb: 4929   Tarix: 28 noyabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Qızdırması olduğu üçün imtahana buraxılmayan şagirdlərin taleyi necə olacaq? -VİDEO

"Dünəndən etibarən 9-11-ci siniflər üçün buraxılış imtahanları başlanılıb. Bu onların taleyini və gələcək müqəddəratını müəyyən edən bir məsələdir. DİM məlumat verib ki, imtahan binasına daxil olarkən hər kəs qoruyucu maskadan istifadə etməlidir". BİG.AZ xəbər verir ki, bu sözləri təhsil üzr

11.06.2020 3040