Yaralı barmağa "dolama"

Yaralı barmağa "dolama"Əl barmaqları insan üçün vacib orqanlar sırasındadır. Bu səbəbdən onlarda yaranan hər hansı bir ciddi xəstəliyi vaxtında müalicə etdirmək mütləqdir. Əks təqdirdə insan əmək qabiliyyətindən məhrum olaraq başqasına möhtac ola bilər.

Əl barmaqlarında tez-tez təsadüf olunan xəstəliklərdən biri də dolamadır. Xəstəliyə, əsasən, bölgələrdə yaşayan, kənd təsərüfatı və heyvandarlıqla məşğul olan əhali arasında daha çox rast gəlinir. Həmçinin çoxlu manikür etdirmək də xəstəliyə yoluxma ilə nəticələnə bilər.

Həkim-infeksionist Aygün Həsənovanın dediyinə görə, dırnaq yatağınını irinli iltihabına dolama (paranixiya) deyilir. Dırnağı əhatə edən dəri ən yüngül şəkildə sıyrıldıqda yaxud kəsildikdə infeksiya daxilə keçə bilir. Burada ən təhlükəli yaralar deşilmə, cırılma və ya it dişləməsi nəticəsində yaranır. Xəstəliyi törədən bakteriya stafilokokk və streptokokklardan ibarətdir.

Dolamanın 5 növü var. Dəri dolaması, dərialtı dolama, sümük dolaması, vətər dolaması və tendovaqinit və ya oynaq dolaması.

Ət dırnaqdan ayrılır

A.Həsənova qeyd edib ki, dəri dolaması infeksiyanın dırnaqətrafı sahədən daxil olması ilə əmələ gəlir. Bunun nəticəsində irin subepidermal boşluğa toplanır və dərini dırnaqdan aralayır. Dəri dolaması çox vaxt irinli proseslər şəklində dırnaqətrafında və ya dırnaqaltı sahədə davam edir. İnfeksiya dırnağın kökünə keçdikdə bütün dırnağı çıxarmaq lazımdır. Dırnaq çıxarıldıqdan sonra onun yerinə yağlı sarğı və ya parafin mayesində isladılmış tənzif qoyulmalıdır.

Pisxassəli dolama

Həkim deyir ki, dərialtı dolamanın üç növü var. Birinci növdə irin əmələ gəlmir, lakin yumşaq toxumaların quru nekrozu başlayır. Belə hallarda əməliyyat zamanı adi kəsik əhəmiyyətli və təsirli nəticə vermir. Ona görə də bütün quru nekroz (ölü toxuma) sahəsini kəsib çıxarmaq lazımdır. İkinci növdə yaş iltihabi proses müşahidə edilir. Belə hallarda adi kəsik aparmaqla problemdən qurtulmaq mümkündür. Yara kəsildikdən sonra irinin çıxması üçün tampon qoymaq lazımdır. Üçüncü növ isə pisxassəli dolama sayılır ki, bu zaman dərini kəsmək olmaz. Belə hallarda infeksiya dərhal linfa və ya qanda yayılmağa başlaya bilər. İrin mənbəyi və ya irinləmə prosesi burada müşahidə edilmir. İnfeksiyanın bu şəkli ən virulentli və ən təhlükəlidir. Xəstəni xilas etmək üçün hiperemiya tədbirlərindən istifadə edilməli, həmin yerə dezo sarğısı qoyulmalı, vena daxilinə müxtəlif dərman qarışıqlarından ibarət maye və qan köçürülməlidir. Həmçinin infeksiya əleyhinə digər tədbirlərdən də istifadə olunmalıdır. Bu zaman barmağı və əli isti vannaya qoymaq lazımdır. Heç bir tədbir fayda vermədikdə və xəstənin ağrıları şiddətləndikdə təcili əməliyyat edərək toplanmış irinli infeksiyanın kənara axması üçün yol açmaq məsləhətdir. Əməliyyatdan sonra kompres üçün adi sudan istifadə etmək mütləqdir. Çünki antiseptik məhlullar toxumalara zərər verə bilər. Aparılan bu tədbirlərdən sonra yara təmizlənir və xəstənin səhhətində müsbətə doğru sürətli dəyişiklik baş verir.

Dözülməz ağrı

İnfeksionist bildirib ki, sümük dolaması digərlərinə nisbətən sümük toxumasının zədələnməsi ilə fərqlənir. Burada infeksiya kiçik deşilmiş yaradan daxil olur və sümüküstlüyünü zədələyir. İltihabi proses genişləndikdə əvvəlcə nekrozlaşan periositit (sümüküstlüyünün qatları) əmələ gəlir, sümüyü qidalandıran damarlarda iltihab trombozu başlayır və toxumada iltihab "şişi" nəticəsində həmin damarlar sıxılır. Sümükdə davam edən nekrotik proses damarları və sümüküstlüyünü sonadək məhv edir. Bakteriya toksinlərinin sümüyə göstərdiyi pozucu təsirini də nəzərə almaq lazımdır. Belə hallarda xəstədə dözülməz ağrlar baş verir. Sümük dolamasında, ilk növbədə, periost tələf olur. Həkimə vaxtında müraciət edildikdə əvvəlcə sümüyə qədər kəsik açılmalı və sekvesterinin (nekrozlaşmış sümük) xaric edilməsini gözləmək lazımdır.

Çeçələ və baş barmaq təhlükədə

A.Həsənovanın sözlərinə görə, tendovaqinit və ya vətər dolaması vətərlərin və vətər yataqlarının zədələnməsidir. Bu tip dolama digərlərinə nisbətən daha təhlükəlidir. Bu xəstəlik vətər yataqlarının bilavasitə travmatik zədələnməsi nəticəsində inkişaf edir və ya infeksiya irinli iltihab mənbələrindən, yumşaq toxumalardan, sümüklərdən və oynaqlardan keçir.

İkinci, üçüncü və dördüncü barmaqların vətər yataqlarında infeksiya nisbətən təhlükəsiz olur. Çünki irinli iltihabi proses ovucun ön səthinədək yayılaraq bir barmağın vətərlərini tələf edir. Proses çeçələ barmaqda və baş barmaqda inkişaf edərkən vəziyyət ciddiləşir. Bu zaman infeksiyanın biləyə keçmə təhlükəsi artır. Bütün tendovaqinit hallarda xəstəni daim nəzarət altında saxlamaq və müalicə tədbirlərini vaxtında görmək lazımdır. Əməliyyat zamanı isə yoluxmamış yerlərə toxunmaq olmaz.

İrinli tendovaqiniti müəyyən etmək və dəqiq diaqnoz qoymaq bəzən çətin olur. Ancaq xəstəliyin bəzi əlamətləri mövcuddur ki, buna diqqət etmək vacibdir: zədələnmiş vətərin boyu bərabəri ağrıverən iltihabi şiş əmələ gəlir, xəstə barmaq həmişə azacıq bükülmüş vəziyyətdə qalmağa məcbur olur, vətər yatağını əl ilə basdıqda xəstə ağrı hiss edir.
Tendovaqinitdə xəstənin ümumi halı yaxşı olmur. Əksər hallarda temperatur yüksəlir, qızdırma, bəzən dözülməz üşütmə və həmin nahiyədə gizilti başlayır. Xəstə şiddətli ağrıdan şikayət edir. İrinli tendovaqiniti olan xəstələri mütləq xəstəxana şəraitində müalicə etmək lazımdır. Diaqnoz müəyyən edildikdən sonra xəstə nahiyənin əməliyyat edilməməsi vətərlərin nekrozlaşmasına səbəb ola bilər. Həmin nahiyə yarıldıqda vətəri xilas etmək və barmaqların bütövlüyünü saxlamaq isə asan olur.

Parlayan vətər

Cərrah Kazım İsmayılov deyir ki, bəzən həkimlər irinli tendovaqiniti barmağın ortadan kəsilməsi ilə müalicə edirlər. Ancaq bu üsul doğru deyil. Çünki barmaq üzərində orta kəsik, vətəri aralayıb onu nekrozlaşdıra bilər. Burada yan tərəflərdən ayrı-ayrı kəsiklər açmaq (Klapp üsulu) daha məqsədəuyğundur. Belə kəsiklər vətərləri zədələmir. İrinli tendovaqiniti operativ surətdə müalicə etdikdə bu şərtlərə ciddi riayət etmək lazımdır: tam ağrısızlaşdırma (narkoz və digər vasitələr) və ətrafın qansızlaşdırılması: "Əməliyyat zamanı nisbətən dərin və qansız olan yaranın dibində kəsilən vətər sədəf kimi parıldamağa başlayır. Sədəf kimi parlayan vətər görünmədikcə cərrah vətərin üstünü açdığına əmin ola bilməz".

Güclü iradə

Həkim-infeksionist vurğulayıb ki, tendovaqinitin finksional müalicəsi üçün isti vannaların böyük əhəmiyyəti var. Finksional müalicədə xəstənin hər gün isti su vannası qəbul etməsi çox faydalıdır. Bunun nəticəsində barmaq fəal və sərbəst hərəkət etməyə mümkün qədər tez başlayır. Ancaq tam sağalmanın dəqiq vaxtını göstərmək çətindir. Burada xəstənin özünün tədricən fəal hərəkət göstərməsi əsas şərtdir. Xəstə öz iradəsini toplayıb barmağını ağrıya baxmayaraq hərəkət etdirməli və vətərlərin funksiyasının bərpasına çaılşmalıdır. Belə hallarda iradəsi zəif və həssas olan xəstələrə mənəvi dayaq olmaq və psixoloji dəstək vermək lazımdır. Yara sağaldıqdan sonra bir neçə ay müntəzəm olaraq masaj və passiv idman etmək, müalicə məqsədi ilə xüsusi mexanoterapevtik alətlərdən istifadə etmək olar.

Amputasiya

Həkimin sözlərinə əsasən, oynaq dolamalarında məlum səbəblərə görə hərəkətin bərpa olunması çətin məsələdir. Bu zaman barmaqarxası və əl yaralandıqda infeksiyanın oynağa keçmə təhlükəsi daha böyük olur. Çünki bu yerdə dəri səthi ilə oynaq nahiyəsi arasında olan yumşaq toxumaların qalınlığı cəmi 2 mm-dən artıq deyil. Barmaqda və əldə olan bütün irinli proseslər cərrahi əməliyyat vasitəsi ilə müalicə edilərkən mütləq həmin nahiyə ağrısızlaşdırılmalıdır. Sümüklər, oynaqlar və vətər yataqları bir yerdə, eyni zamanda yaralandıqda, yəni pandaktilit əmələ gəldikdə yoluxmuş nahiyə amputasiya edilməlidir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2882   Tarix: 14 noyabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Binanın qarşısından keçən qadının üstünə armatur düşdü – ANBAAN VİDEO

Türkiyənin Çorum şəhərində qadın tikintisi davam edən binanın qarşısından keçərkən ciddi təhlükə ilə üzləşib. -a istinadən xəbər verir ki, hadisə anbaan inşaat meydançasının təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Görüntülərdə qadının onun üstünə düşən armatur dirəklərdən yayınmağa çalışdığ

14.09.2021 1946
.

Cənazə mərasiminə açıq geyimdə getdi - Cəsədə yaxınlaşıb... / FOTO

Sosial mediada yayılan görüntülər müzakirələrə yol açıb. Reddit portalında paylaşılan məlumata görə, qız babasının cənazə mərasiminə açıq geyimdə qatılıb. Qohumların etirazlarına baxmayaraq, qız paltarını dəyişməyib. O cəsədə yaxınlaşıb və bildirib ki, babası sağ olub onu bu göyümdə görsəydi etiraz etməzdi

12.09.2021 2549
.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505
.

Nərimanov rayon Montin qəsəbəsində tam təmirli mənzil satılır!

TƏCİLİ ŞƏXSİ ƏMLAKIMI SATIRAM !Nərimanov rayonu Montin qəsəbəsi, Murtuza Nağıyev küçəsində yeni tikili 16 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşir. Tikili sahəsi 52 kv.m olan mənzil yataq otağı, zal+studio mətbəx, sanitar qovşaq, dəhliz və iki eyvandan ibarətdir. Qaz, su, işıq daimidir. İstilik sistem

15.09.2021 1181
.

Peyvənd olunana pulsuz dönər təklifi

Almaniyada türk əsilli iş adamı insanaları koronavirus əleyhinə vaksinasiyaya təşviq etmək məqsədilə maraqlı təşəbbüs göstərib. -a istinadən xəbər verir ki, Berlindəki "Kaplan Dönər"in sahibi Rəmzi Kaplan peyvənd olunan hər kəsə ona aid restoran və kafelər şəbəkəsində pulsuz dönər ikram ediləcəyin

16.09.2021 1185
.

3 milyon dəyərində sendviç hazırlandı - Ən bahalı qidalar

Dünyanın ən bahalı sendviçi hazırlanıb. Axşam.az-a istinadən xəbər verir ki, sendviç almaniyalı rəssam Tim Bengel tərəfindən saf qızıl istifadə olunaraq düzəldilib. Həmin qida 3 milyon dollar dəyərində qiymətləndirilib. Qeyd edək ki, bu ilk belə baha qida məhsulu deyil. Dünyanın ən bahalı yeməklərin

17.09.2021 877
.

Əfqan ulduz ölkədən qaçmasından danışdı: başımdan vur, amma...

Əfqanıstanda qadın hüquqlarını müdafiə etdiyi üçün və geyimləri ilə bağlı radikal şəxslərin qəzəbinə tuş gələn 36 yaşlı pop ulduz Aryana Səid "Taliban" hakimiyyəti ələ keçirdikdən sonra paytaxt Kabildən İstanbula necə qaçdığını danışıb. Müğənninin avqustun 15-də "Taliban" Kabilə daxi

12.09.2021 1875
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018
.

İtkin düşən 10 yaşlı qız pedofilin evində tapıdı - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində polis on yaşlı qızı pedofildən xilas edib. -a istinadən xəbər verir ki, məlumata görə, sentyabrın 9 -da axşam saatlarında məktəbli qızın atası Leninqrad vilayətinin polisə müraciət edərək, qızının dərsdən sonra evə qayıtmadığını bildirib. Polis itkin düşən məktəblini

13.09.2021 2197