Bergüzar Korel: "Onun "Hürrəm"i də, hərəmi də mənəm"

Bergüzar Korel: "Onun "Hürrəm"i də, hərəmi də mənəm"Bərgüzar Korel. Azərbaycan tamaşaçısı onu "Min bir gecə" serialından tanıdı. Daha sonra "Bitməyən şarkı" və "Karadayı" ilə tamaşaçıların görüşünə gəldi. Elə onunla "Karadayı" serialının çəkilişindən sonra görüşdük. Yorğun idi… Tələsirdi... Amma qısa söhbət etməyə razılaşdı. BiG.AZ aktrisanın publika.az-a verdiyi müsahibəni təqdim edir:

- Sizə hansı Bərgüzar kimi yanaşaq? Övladı üçün fədakarlıq edən, pavliyonda mahnı oxuyan, yoxsa Hakimə xanım?

- Konservatoriyadakı tələbə Bərgüzar kimi. Məncə, o simamı itirməmişəm.

- İki məşhur insanın evliliyi necə gedir? Bu evlilik çətin deyil ki?

- Mənə bu evlilik səbr etməyi öyrətdi. Məsələn, istirahət gününün tez gəlməsini istəyirəm. Çətin məqamları çoxdur. İkimiz də çox çalışırıq. Bəzən evdə danışmağa halımız belə olmur. Yorğunluq, stress - bunlar hayatımızda çətinliklər yaradır.

- Gəzi parkı hadisələrində Halit bəyi çox incitdilər. Hətta sizinlə bağlı da xoşagəlməz ifadələr səsləndi.

- İnsanlar seçimlərində azaddır. Halit bəy öz düşüncəsini nümayiş etdirdi. Amma bəziləri bunu çirkinləşdirdi. Bizə qarşı gərəksiz sözlər dedilər. Bunları xatırlamaq istəmirəm. Hər kəs öz sifətini göstərdi.

- Bəzən Halit bəylə sizin də sevginizin sonunun çatdığını deyirlər.

- Niyə sonları çox sevirik?! Hər şeyin mütləq sonumu olmalıdır?! Bəlkə biz öləndən sonra da sevgimiz qalacaq. Bunu kim bilir?!

- Heç eqonuz sizə güc gəlirmi?

- Eqoların ailədə nə işi var? Hər kəs kimi biz də bir iş görürük. Səhər işə, axşam evə. Həkim deyilik, aktyoruq.

- Həm də anasınız. Bu da çox önəmlidir.

- Ana olmamışdan öncə də uşaq mənim üçün həyat demək idi. Uşaq olmasa, onsuz da heç bir gözəllik olmaz. Övlad xəzinədir. Ağıllı insanlar bu xəzinəni qazanır. Körpə ailə, yaşam, nəfəs deməkdir.

- İşdən sonrakı vaxtlarınızda nə edirsiniz?

- Şəkil çəkməyi sevirəm. Mısır çarşısını, Eminönünü gəzməyi çox xoşlayıram. Gedib oradan evə bazarlıq edirəm. Ümumiyyətlə nə istədiyimi bilən biriyəm.

- "Min bir gecə"dən sonra niyə pavliyon qadını rolunu qəbul etdiniz? Bu bir az aşağı olmadımı?

- Bu rolu aktrisalıq həyatımla bağlı narahatlıqlarım var idi deyə, qəbul etdim. Əslində "Min bir gecə" serialında da məni ittiham edirdilər. Mən bir rəng - ağ, və ya qara deyiləm. Onlardan başqa da rənglər var. Pavliyon qadınını oyandım. Nə olsun?! Mənim də özümə qoyduğum sərhədlər var, amma qərəzli deyiləm.

- Hakim qadın rolunda çox ciddisiniz. Həyatda da bu qədər ciddisinizmi?

- Bir aralar çox ciddi idim. Qara rəng kimi… Hətta geyimlərimdə də bu görünürdü. Sonra aynaya baxdım və dedim ki, niyə beləyəm? Dəyişmək lazımdır. İndi rəngliyəm. Danışmağı, gülməyi çox sevirəm. Amma paparatsilərin mənim, oğlumun gizli şəkillərini çəkməsini sevmirəm. Çünki sakit və xoşbəxt bir həyatım var və pozulmasını istəmirəm.

- Sizə gözəl qadın deyirlər.

- Əslində mən ana olandan sonra gözəlləşdim.

- Amma Halit bəy sizi öncədən kəşf etmişdi.

- Hə, əslində onu evlənməmişdən 6 il öncə tanıyırdım. Amma Halit məni kəşf etdi. Mən bir az qapalıyam. Hər kəs mənim nə düşündüyümü bilməz. Çox az danışardım, elə hey ürəyimlə dərdləşirdim. Amma Halitdən sonra danışmağı öyrəndim. Halit indi mənə, ailəsinə qarşı çox sadiqdir. Bizim evliliyimiz çox safdır.

- O həm də böyük bir hərəmi olan "Sultan Süleyman"dır.

- (Gülür) Onun "Hürrəm"i də, hərəmi də mənəm.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 6750   Tarix: 14 noyabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925
.

Yeni Zelandiyanın adı dəyişdirilir?

Yeni Zelandiya parlamentində yerli xalqı təmsil edən "Maori" partiyası ölkənin rəsmi adının dəyişdirilməsi üçün parlamentə təqdim edəcəyi petisiyanı onlayn imza üçün açıb. -a istinadən xəbər verir ki, petisiyada ölkənin adının Aotearoa olaraq dəyişdirilməsi, şəhərlərin, qəsəbələrin və yerləri

15.09.2021 1222
.

Gecə paltarı ilə yatmayın - SƏBƏB

Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların

16.09.2021 3554
.

DƏHŞƏTLİ HADİSƏ: hamburgerdən insan barmağı çıxdı

Bolivyanın Santa Cruz de la Sierra şəhərində Estefany Benitezin adlı şəxsin yediyi hamburgerin içindən insan barmağı çıxıb. Bildirilib ki, o, dərhal istehsalçıya şikayət edib. Amma onunla heç kim maraqlanmayıb. Hadisə ilə bağlı öncə "Facebook"da, sonra beynəlxalq mətbuata açıqlayan gənc başın

15.09.2021 1292
.

Üz dərisini ağardan unikal vasitə

Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv Biocosu ağardıcı krem. Serum ilə birlikdə!. Həyatın müxtəlif mərhələlərində dəridə az və ya çox intensivlikdə piqmentasiya əmələ gələ bilər. Bu, irsiyyət, yaş, hamiləlik, aşılayıcı dərman və ya gözəllik salonlarında icra edilən bəzi müalicələr səbəbində

13.09.2021 741
.

Borşa da abidə qoyulacaq

Kiyev şəhər rəhbərliyi borşa qoyulacaq abidənin anonsunu verib. -a istinadən xəbər verir ki, abidənin qastroturizmin populyarlaşdırılması baxımından əhəmiyyətli olacağı bildirilib. Müvafiq təşəbbüsü aşpaz Yevgeni Klopotenko irəli sürüb. O, Ukraynada duzlu xiyara, qarpıza, dondurmaya və bu kimi qida vasitələrin

10.09.2021 1189
.

Zooloqlar inəklərə görün nəyi öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas

15.09.2021 960
.

Türkiyədə İLK: 3D printerlə insan beyninin nüsxəsi hazırlandı - VİDEO

Nevrologiya mütəxəssisi professor Sultan Tarlacı Türkiyədə ilk dəfə olaraq 3D printerlə insan beyninin dəqiq nüsxəsini hazırlayıb. Oxu.a-a istinadən xəbər verir ki, keçmişdə beyinin içindəki quruluşu anlamaq üçün silikon yerləşdirmə kimi xam üsullar istifadə olunurdu, ancaq bu inkişafla beyinin xaric

13.09.2021 490
.

Bakıda dördəm doğulub - VİDEO

Bakıda dördəm doğulub. -ın xəbərinə görə, uşaqlardan 3-ü oğlan 1140 qr., 1350 qr., 1230 qr, biri qızdır 1120 qr. Zaqatala rayon sakinləri olan 30 yaşlı Ülviyyə Sofiyeva və 32 yaşlı Huseynbala Sofiyevin ailəsində dünyaya gələn uşaqlar onların ilk övladlarıdır. Qeysəriyyə əməliyyatı ilə doğulan uşaqları

15.09.2021 942