Argentinada bəy ağacla evləndi - VİDEO
Argentinada qeyri-adi toy baş tutub. Ətraf mühiti fəalı olan Buenos-Ayres sakini Riçard Torres simvolik toy təşkil edərək, ağacla evlənib. Fəal qlobal ətraf mühiti mühafizə problemlərinə diqqət çəkmək üçün bu addımı atıb.
Buenos-Ayresin mərkəzi parklarından birində baş tutan toy mərasiminə "bəyi" dəstəkləyən dostları və yaxınları toplaşıb. Riçard Torres hətta yerli adət-ənənələrə görə, "gəlin" rolunda çıxış edən ağacı öpüb. "Mən bu toyla özünəməxsus şəkildə kiçik bir ismarıc göndərmək istədim ki, biz insanlar ana təbiətimizi xilas etmək üçün daha həssas olaq" - deyə, "bəy" Riçard Torres bildirib.
Əslən Perudan olan 33 yaşlı aktyor Riçard Torres Argentinada keçirdiyi ağacla simvolik toy mərasimini bütün Latın Amerikası ölkələrində təşkil etmək niyyətindədir.
BiG.Az Telegramda izləyin instagramda izləyin
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş