Moskva metrosunda qeyri-adi aksiya - VİDEO

Moskva metrosunda qeyri-adi aksiya - VİDEORusiyanın paytaxtı Moskvada Rusiya Olimpiya Komitəsinin təşəbbüsü ilə 2014-cü ildə Soçidə keçirilən Olimpiya yarışları ilə əlaqədar maraqlı tədbir həyata keçirilir. Tədbir çərçivəsində metro stansiyalarından birində sərnişinlər pulsuz bilet əldə edə bilməsi üçün xüsusi cihaz quraşdırılıb. Amma bunun üçün müəyyən şərt var.

Vistavoçnaya stansiyasında quraşdırılan xüsusi qurğu sayəsində hər kəs gediş haqqını öz zəhmətiylə qazana bilər. Təbii ki, əgər fiziki vəziyyəti buna imkan verərsə. Hər oturub-durmaq üçün bir rubl verən aparat qarşısında 30 dəfə bu hərəkəti təkrar etməklə gediş bileti almaq mümkündür.

Hərəkətlərin tam olaraq yerinə yetirilib-yetirilmədiyini insanın fiziki ölçülərinə diqqət yetirərək hesablayan aparat bir ay boyunca paytaxt sakinlərinə xidmət göstərəcək. Aksiya Moskva metrosu və Rusiya Olimpiya Komitəsi tərəfindən vətəndaşları sağlam həyat tərzinə cəlb etmək məqsədilə təşkil edilib.

1935-ci ilde istifadəyə verilən Moskva metrosu bu gün 312 km uzunluğunda dəmir yolu xətti və 188 stansiyası ilə dünyanın ən böyük metrolarından sayılır. Hər gün 8 milyon paytaxt sakini Moskva metrosunun xidmətindən istifadə edir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Video   Baxılıb: 2513   Tarix: 14 noyabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Ronaldo 8 milyona yeni avtomobil aldı

Portuqaliya millisinin və İtaliya "Yuventus"unun futbolçusu Kriştiano Ronaldo özünə yeni avtomobil alıb. Unikal.org xəbər verir ki, A seriyasının çempionu adını qazandıqdan sonra hücumçu özünə yeni nəqliyyat vasitəsi almağı lazım bilib. Portuqaliyalı "Buqatti Sentodieçi" üçün 8 milyo

31.07.2020 2740
.

Bakı Media Mərkəzindən Azərbaycan polisinə dəstək - VİDEO

Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq, Bakı Media Mərkəzi sosial məsuliyyəti çərçivəsində yeni videoçarx hazırlayıb. Videoçarxda hüquq mühafizə orqanlarının, xüsusilə polis əməkdaşlarının ictimai asayişin təmin olunması istiqamətind

13.04.2020 1390