Pedofilləri parçalayıb dənizə atırmış

Pedofilləri parçalayıb dənizə atırmışBiG.AZ Axar.az-a istinadən xəbər verir ki, Fransada dörd nəfərə aid sümük və üzərində "pedofillərə ölüm" yazısı olan kəllə sümüyü tapılıb. Hadisə, qorxu janrında olan serial "Dekster"i xatırladıb. Dünya səviyyəsində reytinq rekordları qıran kriminal janrında olan serial "Dekster"dəki hekayə gerçək olub. Fransanın Antibes sahilində suya girən dalğıc insan sümüklərinə rast gəlib və hərbi-polislərə xəbər verib. 15 gün müddətində dənizdə araşdırma edən hərbi-polislər bir bud sümüyü, iki bazu sümüyü, bir kəllə və bir də çənə sümüyü tapıb. Kəllə sümüyünün üzərində pozulmayan mürəkkəblə "pedofillərə ölüm" yazısını görə detektivlər araşdırmanı daha da dərinləşdiriblər. DNT testindən sonra bazu sümüklərindən birinin 1994-cü ildə 18 yaşı tamam olmamışdan bir neçə gün əvvəl itkin düşən Stefan Harsona aid olduğu dəqiqləşib. Hadisə, cinayətkarlar arasından seçdiyi qurbanlarını öldürüb parçalayaraq, cəsədlərini qayığı ilə dənizə atan detektiv Dekster Morqanın hekayəsini xatırladıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Digər   Baxılıb: 3019   Tarix: 12 noyabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Qızdırması olduğu üçün imtahana buraxılmayan şagirdlərin taleyi necə olacaq? -VİDEO

"Dünəndən etibarən 9-11-ci siniflər üçün buraxılış imtahanları başlanılıb. Bu onların taleyini və gələcək müqəddəratını müəyyən edən bir məsələdir. DİM məlumat verib ki, imtahan binasına daxil olarkən hər kəs qoruyucu maskadan istifadə etməlidir". BİG.AZ xəbər verir ki, bu sözləri təhsil üzr

11.06.2020 3040