Ağcabədidə gəlin toydan qaçdı, polis mərasimi saxladı
Ağcabədi şəhərindəki "Cavid" Şadlıq Sarayında müdhiş olay baş verib. Noyabrın 3-də Ağcabədi şəhərindəki "Cavid" Şadlıq Sarayında toy mərasimi zamanı gəlin şadlıq evindən qaçıb. Daha sonra isə "102" qaynar xəttinə zəng vurub və zorən ərə verildiyini bildirərək, hüquq-mühafizə orqanlarından yardım istəyib.
BiG Az,axar.az-a istinadən bildirir ki, şadlıq evindən qaçan gəlini təhdidlərdən qorumaq üçün polis rəisi və rayon İcra Hakimiyyətinin rəhbərləri toya gəliblər və qudaların mübahisəsinə müdaxilə ediblər.
Qız dayısı oğlunu sevirmiş
Məlumatı dəqiqləşdirmək üçün Ağcabədi rayonunda şahidlərlə əlaqə saxlamağa çalışdıq. Toy şahidlərdən birinin verdiyi məlumata görə, əslində, gəlin toy zamanı yox, toydan sonra, oğlan evindən qaçıb, daha doğrusu, qaçırılıb: "Toyu yarımçıq qalan şəxs Balabəy adlı gəncdir. Uşaq yaşlarından atasını itirib və anası Zülfiyyə xanımın himayəsində böyüyüb. Balabəy kasıbçılıqla böyüyüb, həm də yazıq bir həyat yaşayıb. Toy isə bütün adət və ənənələrə uyğun olaraq baş tutub. Zülfiyyə xanımın ailəsi bir ay bundan qabaq Avşar kəndinə, gəlini kimi gördüyü Z.Q.-nın (ad şərtidir) qapısına elçi gedib. Qızın "hə"-sini alıb, el adəti üzrə nişan verib. Valideyinləri tərəfindən gəlinin adına alınan cehiz oğlan evinə də gətirilib".
Hadisə şahidinin sözlərinə görə, toy şadyanalıqla izlənilib. Toy başa çatdıqdan sonra gəlin şadlıq evindən bəy evinə gətirilib. Elə bu zaman gəlinin anası və digər qohumları otağa hücum edib. Gəlin bəy otağından çıxmaq istəməsə də, valideyinlərinin təzyiqi ilə otağı tərk edib:
"Səhərisi isə o, ərə getdiyi oğlanı yox, dayısı oğlunu sevdiyini deyib. Həqiqətən nələr baş verdiyini bilmirik. Zülfiyyəyə oğlunun toyunu etməyə qonşular yardım göstərib. Hadisə vaxtı Zülfiyyənin ürəyi getdi, indi həkim nəzarətindədir".
Qaynağımızın sözlərinə görə, bu olay bütün Ağcabədidə danışılır və hamı heyrət içindədir.
Polis araşdırma aparır
Ağcabədi rayon Polis Şöbəsinin rəis müavini Fəxrəddin Rzayev "Axar.az"a bildirdi ki, bu məsələ tədqiqatdadır. Rayon Prokurorluğunun nəzarətində istintaq-araşdırma işləri aparılır: "Hadisə haqqında müxtəlif fikirlər səsləndirilir – gəlinin istəmədən bu toya məcbur edildiyi də, ailəsinin narazılığı da deyilir. İndi istintaq gedir, ona görə də qəti söz demək mümkün deyil".
BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı Baxılıb: 8466 Tarix: 06 noyabr 2013
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşDuz istifadəsi zamanı diqqətli olun, yoxsa...
Sağlam və düzgün qidalanma zamanı gündəlik qəbul edilən duzun miqdarına diqqət yetirilməlidir. Gündəlik duzun normal qəbulu üçün aşağıdakılara diqqət yerirmək lazımdır:. * Duz qəbulu və arterial təzyiq arasında bir yaxınlıq var. Belə ki, çox duz qəbulu artıq mayenin qəbuluna və təzyiqin yüksəlməsin
18.09.2021 882 Necə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL
Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A
11.09.2021 3168 Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı
Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu
13.09.2021 1024 Türkiyədə İLK: 3D printerlə insan beyninin nüsxəsi hazırlandı - VİDEO
Nevrologiya mütəxəssisi professor Sultan Tarlacı Türkiyədə ilk dəfə olaraq 3D printerlə insan beyninin dəqiq nüsxəsini hazırlayıb. Oxu.a-a istinadən xəbər verir ki, keçmişdə beyinin içindəki quruluşu anlamaq üçün silikon yerləşdirmə kimi xam üsullar istifadə olunurdu, ancaq bu inkişafla beyinin xaric
13.09.2021 490 Anasının meyitini mumyalayıb bir il zirzəmidə saxladı və 100 MİN MANAT pensiya aldı
Avstriyanın Tirol ərazisinin 66 yaşlı sakini bir ildən çox 89 yaşlı anasının mumyalanmış meyitini zirzəmidə saxlayaraq, pensiyasını alıb. BİG.AZ xəbər verir ki, bu barədə "BBC News" yazır. Polisin məlumatına görə, demensiya xəstəsi olan qadın 2020-ci ilin iyun ayında qocalıqdan vəfat edib
13.09.2021 2571 Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL
Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. -a istinadən sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 12 sualı təqdi
15.09.2021 1571 Dünyanın ən nüfuzlu insanları açıqlandı
ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. -a istinadən xəbər verir ki, 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilə
16.09.2021 877 Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO
Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd
11.09.2021 1188 Ayaq qoxusuna son
Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi
10.09.2021 1505