Balıq, yoxsa... - VİDEO

Balıq, yoxsa... - VİDEOOnların adı mürəkkəb balığı olsa da, onlar əslində balıq deyillər – molyuskdurlar

Onların adı mürəkkəb balığı olsa da, onlar əslində balıq deyillər – molyuskdurlar. Onlar çox "ağıllı" heyvanlardır. Mühitə uyğun rənglərini dəyişə bilmək qabiliyyətinə sahibdirlər. Mürəkkəb balığı əsasən Aralıq dənizində, Afrika qitəsinin cənub sahili boyunca, İngilis kanalında tapılır. Bu balıq Sepiida sinfinə aiddir. Bu növə aid olan başqa heyvanlar: kalmar, ilbizlər və nautiluslardır.

Mürəkkəb balığı haqda faktlar

Mürəkkəb balığının mantiyası boyunca uzanan iki buynuzu var. Mantiya ərtafında iki qabırğası başından başlayaraq bədəninin iki tərəfi boyunca uzanır və bədəninin aşağı hissəsində bitir. Mürəkkəb balığının gözləri üzünün ön tərəfində yerləşir. Onların səkkiz ayaqları və iki buynuzu var. Buynuzların üzərində əmici kanallar var. Buynuzların arasında dimdiyə oxşar ağız var. Mürəkkəb balığını "Dəniz buqələmunu" da adlandırırlar. Müxtəlif məqsədlərlə onlar öz rənglərini dəyişə bilirlər. Rəng dəyişməkləri xromotofor adlı xüsusi hüceyrələrlə bağlıdır. Mürəkkəb balığı qızıl, yaşıl, gümüş, mavi və s. rənglərə boyana bilər. Onu əhatə edən səkkiz ayağı üzməyə imkan yaradır. Dəniz aləmində ən yaxşı görən gözün sahibi mürəkkəb balığıdır. Onlar rəngləri seçə bilməsələr də, işığın qütbləşməsini ayırd edə bilirlər. Onlar qorxduqları zaman proteyin tərkibli mürəkkəb çıxardır. Bu yırtıcını qorxutmaq həmdə çaşdırmaq üçündür. O mürəkkəb çıxartdıqdan sonra yayılan mürəkkəbin arasından asanlıqla qaça bilir. Mürəkkəb balığı kiçik balıqlarla, molyusklarla, xərçənglərlə və hətta öz növündən olan lakin daha kiçik balıqlarla qıdalanır. Şərqi Asiyada çox məşhur hesab edilən bir yemək də qurudulmuş və doğranmış mürəkkəb balığıdır. Həmçinin o "Risotto al Nero di" adlı yemək üçün istifadə edilir. Mənası isə "qara mürəkkəb balığı düyüsü"-dür. Buna səbəb balığın mürəkkəbinin düyünü qaraltmasıdır. Daha bir maraqlı fakt isə odur ki, mürəkkəb balığı bədəninin bir hissəsini bir rəngə digər hissəsini isə başqa rəngə boyaya bilər. Bu heyvanlarla çox diqqətli olmaq lazımdır. Çünki onlar qurbanını hipnoz eləmək qabiliyyətinə malikdilər.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Video   Baxılıb: 2189   Tarix: 05 noyabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Bakı Media Mərkəzindən Azərbaycan polisinə dəstək - VİDEO

Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq, Bakı Media Mərkəzi sosial məsuliyyəti çərçivəsində yeni videoçarx hazırlayıb. Videoçarxda hüquq mühafizə orqanlarının, xüsusilə polis əməkdaşlarının ictimai asayişin təmin olunması istiqamətind

13.04.2020 1390
.

Ronaldo 8 milyona yeni avtomobil aldı

Portuqaliya millisinin və İtaliya "Yuventus"unun futbolçusu Kriştiano Ronaldo özünə yeni avtomobil alıb. Unikal.org xəbər verir ki, A seriyasının çempionu adını qazandıqdan sonra hücumçu özünə yeni nəqliyyat vasitəsi almağı lazım bilib. Portuqaliyalı "Buqatti Sentodieçi" üçün 8 milyo

31.07.2020 2740