Filippində dəhşətli zəlzələ 4 can aldı

Filippində dəhşətli zəlzələ 4 can aldı

Filippin cənub sahilləri yaxınlığında Rixter cədvəli ilə 7.2 bal gücündə zəlzələ baş verib. BiG.AZ-ın "BBC"-yə istinadən verdiyi məlumata görə, zəlzələ nəticəsində azı 4 nəfərin öldüyü bildirilir. "Reuters" agentliyi də yerli hakimiyyətə istinadən məlumat verir ki, zəlzələ nəticəsində Kebu şəhərində bina dağılıb, 4 nəfər ölüb.

Zəlzələnin episentri Bohol adasındakı Balilixan bələdiyyəsindən 5 kilometr aralıda olub. Mərkəzi isə 33 kilometr dərinlikdə olub. Bu barədə ABŞ Geoloji Xidməti (USGS) xəbər yayıb. Yeraltı təkanlar yerli vaxtla saat 08:13-də (Bakı vaxtı ilə 05:13) baş verib. Bir qədər sonra 4 dəqiqə ərzində 5,4 və 5,2 bal gücündə təkrar təkanlar qeydə alınıb.
Sunami təhlükəsi yoxdur.

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1748 Tarix: 20.10.2013
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
ANJELLA
ANJELLA 21.10.2013
allah komeyiniz olsun


 
orik
orik 21.10.2013
жалььььььььььь...


 
R788
R788 21.10.2013
Allah olenlere rehmet elesin

qalanlara komey olsun

xeber ucun Allah razi olsun sirinimden

♥ Hər zaman bir-birinizi bütün qəlbinizlə sevin.♥

♥ Dünyada sevgidən savayı demək olar ki, heç nə yoxdur. ♥ (V.Hüqo)


 


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər