Heç bir müğənnini filmdə çəkməyəcəm İzzət

Heç bir müğənnini filmdə çəkməyəcəm İzzət

BiG.AZ axşam.az saytına istinadən xəbər verir ki, Müğənni İzzət Bağırov yeni film çəkməyə hazırlaşır.

Bu haqda məlumatı Axşam.az saytına sənətçi özü verib. O, oktyabrın sonunda çəkilişləri başlanacaq ekran işində yalnız aktyorlara müraciət edəcəyini bildirib:

“Müğənnilərdən heç kimi filmdə çəkməyəcəm. İlk ekran işində Natavan Həbibi çəkildi. Bu dəfə də ona müraciət etmək istəyirdim. Amma düşündüm ki, həmin filmin təkrarı olacaq. Aktyor Anar Heybətov ekran işində rol alacaq. Bir də hər zaman arzum olub ki, xalq artisti Nurəddin Mehdixanlı ilə işbirliyim olsun. O insana qarşı böyük hörmətim var. Filmdə atam obrazını canlandıracaq”.

İzzət yeni filmində türkiyəli aktyorlara müraciət etmək istədiyini də bildirib:

“Bir neçə türk aktyoru ilə çalışmaq istəyirdim. Hətta onları Bakıya gətirməyi də düşünürdüm. Hazırda həmin aktyorlar ən məşhur seriallarda çəkilirlər. Bakıya gəlməyə vaxtları yoxdur. Bu planımı təxirə salmalı oldum. Filmin ssenarisi özümə aiddir. Real həyatdan götürülüb. Bir az dramatik janrdadır”.

Sənətçi yeni filmini gələn il təqdim edəcək.

Qeyd edək ki, bu, İzzətin lentə aldığı ilk ekran işi olmayacaq. Bundan əvvəl o, “Ayrılıq imiş” adlı film çəkmişdi.

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Şou biznes Oxunub: 1556 Tarix: 13.10.2013



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Ayankalan
Ayankalan 16.10.2013
nece istiyir ele de etsin


 
ELISS
ELISS 13.10.2013
OZU BILER.


 
CELL
CELL 13.10.2013
xebere gore twk