Sidneyə səyahət

Sidney – təzadlar şəhəri
Beynəlxalq "Travel Cash" kompaniyası istirahət və gəzmək üçün arzulanan şəhərlərlə bağlı sorğu keçirib. Məlum olub ki, respondentlərin 15 faizi Sidneyə getmək arzusundadır. Kompaniyanın müəyyənləşdirdiyi siyahıda Sidneydən sonrakı yeri Los-Anceles və Tokio tutur. Sorğu göstərir ki, "City Break" üslubunda yalnız bazar günləri istirahət artıq keçmişdə qalıb. Müasir turistlər arzuladığı şəhərlərdə daha uzun müddətdə qalmaq istəyirlər. Maraqlıdır ki, Amsterdam və Paris kimi şəhərləri respondentlərin yalnız 1 və 3 faizi seçib. Qeyd edək ki, istirahət üçün dünyanın ən populyar şəhəri olmaq uğrunda mübarizədə Sidney rəqabətdən kənar qalıb. Avstraliyanın ən iri meqapolisi Berlin, Barselona, Mexiko və Moskva kimi nəhəngləri kölgədə qoyub. Sorğu və araşdırmalar göstərir ki, Sidneyin gəzmək və istirahət etmək üçün arzulanan şəhər olması səbəbsiz deyil.

Sidneyə səyahətHeyrətamiz gözəllik
Sidney Avstraliyanın iri və çox nüfuzlu şəhəridir. O, qitənin cənub-şərq hissəsində, heyrətamiz gözəlliyə malik və təbii mənşə baxımından dünyada ən iri liman olan Port-Cekson körfəzinin sahilində yerləşir. Sidney əhalisinin sayı təxminən 4,6 milyon təşkil edir. Şəhər sakinləri arasında müxtəlif millət və mədəniyyətlərin nümayəndələri var. Bu, Sidneyin qapılarının Avstraliyaya dünyanın bütün ölkələrindən gələn çoxsaylı mühacirlər üçün həmişə açıq olması ilə bağlıdır.
Sidneyə səyahətBuxta yanında şəhər
Səyahətçinin arzulaya biləcəyi hər şeyi özündə ehtiva edən Sidney həmişə "yaşıl qitənin incisi" olub, bu gün də belə qalmaqdadır. Müasir meqapolisin səsli-küylü, hərəkətli məhəllələri vəhşi təbiətlə qonşuluq edir, qızılı çimərlikləri insanları cəlb edir, hər zövqdə təşkil olunmuş çoxsaylı ekskursiyalar və əyləncələr isə darıxmağa imkan vermir. Hər il buraya dünyanın hər yerindən yaxşı və rahat istirahət axtarışında olan yüz minlərlə turist gəlir. Şəhərin ərazisində yerləşən çoxlu sayda restoranlar, gecə klubları və barlar şəhəri daha da cazibədar edir.

Əlbəttə, şəhər təkcə əyləncələri ilə məşhur deyil. Sidney həm də ölkənin çox mühüm işgüzar, maliyyə və mədəni mərkəzi, çoxlu sayda universitetləri olan iri təhsil mərkəzi, ölkənin sənaye sferasında aparıcı şəhəridir. Artıq dalbadal bir neçə ildir ki, Sidney haqlı olaraq yaşamaq üçün ən yaxşı şəhər kimi dünya reytinqlərində aparıcı yerləri tutur. Çoxları Sidneyi Avstraliyanın paytaxtı hesab edir. Lakin əslində bu, belə deyil.

Sidneyin tarixi
XVII əsrdən başlayaraq, müasir Sidneyin ərazisi Britaniya krallığı tərəfindən cinayətkarların sürgün edildiyi yer kimi istifadə olunurdu. İlk dəfə məhkum edilənlər burada Port-Cekson körfəzinin sahilində 1788-ci il yanvarın 26-da peyda olmuşdu. Həmin gün burada Avstraliyanın milli günü kimi qeyd olunur. İlk əvvəl bir neçə çirkli küçələrdən ibarət olan bu yer vaxt keçdikcə və hökumətin idarəçilik bacarığı nəticəsində körfəzin sahilində böyük, zəngin və gözəl bir meqapolisə çevrildi. Şəhərin tarixçəsi cinayətkarlar üçün koloniyadan başlasa da, bugünkü Sidney Avstraliyada azadlıq, sonsuz imkanlar və yeni üfüqlərin rəmzidir. Böyük konsertlər, sərgilər, iri idman yarışlarının finalları – bütün bu sahələrdə Sidney qitədə birincidir.

Rəsmi olaraq Sidney 38 inzibati dairəyə bölünür. Maraqlıdır ki, şəhərin vahid inzibati mərkəzi yoxdur – hər dairəyə yerli idarəetmə orqanları xidmət göstərir. Ümumşəhər məsələləri isə ştat hökuməti tərəfindən həll olunur. Şəhərin mərkəzi rayonlarına Roks və Sitini aid etmək olar. Burada müasir meqapolis həyatı qaynayır. Mərkəzdən bir qədər uzaqlıqda, çoxsaylı körfəzlərin sahilində Nyuport və Palm-Biç kimi sakit, abad rayonlar yerləşir.

Sidney bəlkə də ölkənin ən iri nəqliyyat qovşağıdır. Yerli hava limanı Avstraliyada ən çox yüklənmiş hava limanıdır. Bununla yanaşı, o, həm də dünyada fasiləsiz işləyən ən qədim hava limanlarından biridir. Sidneydə ictimai nəqliyyat özündə geniş avtobus şəbəkəsini, metropoliteni və dəmir yolu rabitəsini, habelə sərnişin paromları donanmasını birləşdirir. Yüksək inkişaf etmiş müasir yollar sistemi sayəsində burada ən populyar nəqliyyat vasitəsi avtomobildir.

Sidneyin görməli yerləri
Sidney dünyanın ən böyük şəhərlərindən biri hesab olunur. O, ərazisinə görə Nyu-Yorkdan iki dəfə böyükdür. Lakin şəhərin ən populyar görməli yerləri Port-Cekson limanı ətrafında cəmləşmişdir. Bunun sayəsində şəhər "The Harbour City" (buxta şəhəri, buxta yanı şəhər) ləqəbi almışdır.

Sidney opera teatrının heyrətamiz binası şəhərin vizit kartı, əsas rəmzidir. Örtüyünün maraqlı formasına görə o, nəhəng bir gəminin yelkənlərini və ya qar kimi ağ dəniz mərmilərini xatırladır. Buna görə də opera teatrının binası dünyada ən çox tanınan binalardan biridir. Binanın əsasını qoyarkən, memar Yorn Uotzon məhz mavi suların üzərində ağ mərmi obrazını yaratmağı planlaşdırmışdı. Müsabiqədə onun layihəsi 233 rəqibin arasında qalib gəldi və 1973-cü ildə Sidney opera teatrının təntənəli açılışı oldu.

Şəhərin digər rəmzi məşhur Harbor-Bric körpüsüdür. Bu körpü dünyanın ən gözəl arkalı körpüləri onluğuna daxildir. Körpünün polad arkası körfəz üzərində 139 metrlik hündürlüyə yüksəlir. Arka aşırımının uzunluğu isə 500 metrdən çoxdur. Sidneydə ən çox populyar olan ekskursiyalardan biri Harbor-Bric körpüsünün arkasına qalxmaqdır. Buradan böyük şəhərin gözəl mənzərəsi açılır.

Sidney öz çimərlikləri ilə məşhurdur. Port-Cekson körfəzinin sahilləri şəhərin daxilində bir neçə liman yaradır. Şəhərdə ən populyar çimərlik Bonday çimərliyidir. Burada serfinqistlər istirahət etməyi xoşlayırlar.
Heç şübhəsiz ki, Sidney televiziya qülləsinə də baxmaq maraqlı olar. Cənub yarımkürəsində bu, hündürlüyünə görə ikinci qurğudur. Qüllənin ümumi hündürlüyü 305 metrdir, 250 metrlik hündürlükdə isə baxış meydanı yerləşir. Buraya sürətli lift vasitəsilə və ya 1054 pillə dəf etməklə qalxmaq olar.

Sidney öz gözəlliyi ilə arzuların şəhəri olmaq haqqını qazanıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 3695   Tarix: 07 oktyabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

13.09.2021 1024
.

Bayden Trampı xatırlayan kimi xaç çəkdi - VİDEO

ABŞ prezidenti Co Bayden demokrat qubernaton Qevin Nyusoma dəstək mitinqində özünün Donald Trampla rəqabətini xatırlayıb. -ın -a istinadən məlumatına görə, o bildirib ki, Kaliforniya sakinlərinin qəbul edəcəyi qərar tək ABŞ-a yox, ümumilikdə bütün dünyaya təsir qoyacaq. "Bilirsiniz ki, ötən il seçkilərd

15.09.2021 660
.

Necə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL

Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A

11.09.2021 3168
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817
.

Ovuclarınızı birləşdirin: Sevgi haqqında nələr öyrənəcəksiniz?

Ovuclarınızın içindəki sevgi xətti xarakteriniz haqqında çox şey deyir. -a istinadən məlumat verir ki, bir insanın əlləri o insan haqqında çox şey deyə bilər. Bu, uzun müddətdir ki, xarakter təhlili aparan insanlar üçün təsirli bir üsuldur. Əgər bu sizə də maraqlıdırsa, o zaman ovuclarınızı birləşdirin

16.09.2021 1627
.

Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...

Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın

14.09.2021 1495
.

İtkin düşən 10 yaşlı qız pedofilin evində tapıdı - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində polis on yaşlı qızı pedofildən xilas edib. -a istinadən xəbər verir ki, məlumata görə, sentyabrın 9 -da axşam saatlarında məktəbli qızın atası Leninqrad vilayətinin polisə müraciət edərək, qızının dərsdən sonra evə qayıtmadığını bildirib. Polis itkin düşən məktəblini

13.09.2021 2197
.

"Daha ağıllı və daha yaradıcı düşünməyə vadar edir" - Alimlər çayın faydasını araşdırdı...

Pekin Universitetinin alimləri bir fincan çay içməyin yaradıcı düşüncəni inkişaf etdirdiyini aşkar ediblər. Araşdırma nəticəsində mütəxəssislər çayın bioloji komponentlərinin deyil, çay içmək prosesinin özünün insanları "daha ağıllı və daha yaradıcı" olduqlarını düşünməyə sövq etdiyi qənaətin

12.09.2021 1068
.

Dünyanın ən nüfuzlu insanları açıqlandı

ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. -a istinadən xəbər verir ki, 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilə

16.09.2021 877