Porsche haqqında ən maraqlı faktlar

Porsche haqqında ən maraqlı faktlarFerdinand Porşe (1875- 1951) Porsche şirkətinin banisi, XX əsrin ən məşhur avtomobilinin "wolksvagen Juk" yaradıcısı və müasir dövrün ən məşhur avtomobil təchizatçılarından biridir.

Məktəbi və peşə məktəbini bitirdikdən sonra, 1989-cu ildə, Porşe tənəkəçi olaraq işə düzəlir. Onu işə götürən ilk adam öz atası olmuşdu.

Ferdinandın ikinci iş yeri elektrik mühərrikləri istehsal edən Vyana şirkəti olur. Texnik universitetinin tələbəsi Ferdinand Porşe bu şirkətdə süpürgəçi olaraq çalışırdı.

Porşe ailəsində Ferdinand adına böyük rəğbət bəsləyirdilər. Dahi mühəndis Ferdinand Porşe öz oğlunun adını Ferdinand (Ferri) qoyur. Ferri atasının adı ilə birlikdə onun istedadının da varisi hesab edilir. O, bütün dünyada çox bacarıqlı avtomobil təchizatçısı kimi tanınır.

Ferri də öz oğluna Ferdinand adını verir. Lakin qarışdırmamaq üçün uşağı Butsi deyə çağırırdılar.

Ata Ferdinand Porşenin qızı da öz oğlunu Ferdinand adlandırır. Lakin uşağa atasının soyadı – Pix- verilir. Ferdinand Pix uzun illər ərzində "Wolksvagen" şirkətinə başçılıq edib.

1900-cu ildə Ferdinand Porşe Lohner-Porsche adlı elektrik avtomobil yaradır. Paris avtosalonunda möcüzəvi avtomobil səs-küyə səbəb olur və sərginin ən yaxşı avtomobili elan olunur. Növbəti gün 25 yaşlı Ferdinand artıq məşhurlaşmışdı. Bu hadisələr baş verən zaman Ferdinand Porşe Loner şirkətinin əməkdaşı idi.

Həmin ildə Ferdinand tamötürücülü elektrik yarış avtomobili yaradır və avtomobildə elektrik mühərrikə benzin əlavə edir. Bu dünyada ilk hibrid idi! Bugünkü gündə belə hibridlərin nə qədər heyrətlə qarşılandığını nəzərə alsaq, dahi Porşenin öz dövrünü nə qədər qabaqladığını anlaya bilərik.

1906-cı ildə 31 yaşlı Porşe Austro-Daimler şirkətinin texniki direktoru olur. Lakin Ferdinandın həyatının əsl təyinatı yarış avtomobillərini icad və istehsal etmək idi.Porsche haqqında ən maraqlı faktlar1910- cu ildə Prusiya şahzadəsi Henrinin adını daşıyan yarışlarda Porşenin avtomobilləri rəqiblərinə heç bir fürsət buraxmayaraq ilk üç yeri qazanır. Avtomobillərin birinin sükanında Ferdinand özü əyləşmişdi.

Porsche avtomobillərində işəsalma açarı sükandan sol tərəfdə yerləşir. Bunun səbəbi Porşenin yarışları sevməsindədir. Məşhur "24 saat Le-Mana" yarışlarında sürücülər ilk növbədə qaçıb avtomobillərinə çatmalı idilər, daha sonra isə avtomobilə minərək sürməyə başlamalı idilər. Sürücünün avtomobilə doğru qaçmağına sərf etdiyi vaxt da nəzərə alınırdı. Porşe işəsalma açarını sükandan sol tərəfdə yerləşdirir və yarışların lideri olur.

1931-ci ildə Ferdinand Porşe Daimler şirkətindən çıxır və öz işini yaratmaq qərarına gəlir. Öz şirkətinə Ferdinand yetərincə təsiredici bir ad verir: "Avtomobillərin düzəldilməsi və mühərriklərin inkişafı üzrə təchizat və konsultasiya". Bu şirkətin çox saylı sifarişçiləri olurdu. Lakin Ferdinand öz ixtiralarına da vaxt ayıra bilirdi. Bu dövrdə və bu şirkətdə daha sonralar bütün dünyada şöhrət qazanan Porsche brendi yaradılır.

1934-cü ildə Porşe alman hökumətindən milli avtomobillər yaradılmasına aid sifariş alır. 1935-ci ildə Porşe «Wolksvagen» adlı ilk prototipləri təqdim edir. Bu prototiplərin üzərində mühəndis Ferdinand Porşe öz şəxsi qarajında çalışırdı.

Ferdinand Porşenin yaratdığı məşhur «Qurdlar» ilk olaraq KdF (Kraft durch Freude — " Sevinc vasitəsi ilə güc") adlanırdılar. Belə avtomobillərin hər birinin qiymətinin 990 mark olacağı təxmin edilirdi. Və hər bir almanın hər ay 5 mark yığmaqla 3 il və 8 aydan sonra "Wolksvagen" avtomobillərini əldə edə biləcəklərdi. Lakin bu planların həyata keçməsinə İkinci dünya müharibəsi maneə olur.

İlk dəfə əfsanəvi Porsche 911 ictimaiyyətə 1963-cü ildə Beynəlxalq avtomobil salonunda, lakin 901 rəqəm ilə təqdim olunmuşdu. Lakin daha sonra bu nömrənin altında ancaq Peugeot avtomobillərinin təqdim oluna biləcəkləri məlum olur və Porsche avtomobilləri 911 nömrəsi altında təqdim olunurlar.

Porsche-nin loqotipi 1952-ci ildə əmələ gəlir.Porsche haqqında ən maraqlı faktlar50 il ərzində Posche avtomobilləri bütün dünyada müxtəlif kateqoriyalarda 28 000-dən çox qələbə qazanıblar. Posche –dən başqa dünyada heç bir avtomobil şirkəti bu qədər uğur qazanmayıb.

1948-ci ildə Porsche zavodunda 356 modeli yaradılır və o rəsmi olaraq Porsche adını alan ilk avtomobil olmuşdu. Təxminən bir aydan sonra avtomobil yarışlarda birinci yeri tutur.

1953-cü ildə Paris avtosalonunda ilk dəfə Porsche 550 Spyder nümayiş olunur. Yüngül, yığcam, manevrli 4-güclü mühərrik ilə təchiz olunmuş avtomobillər demək olar ki, dərhal bütün dünyada məşhurlaşır.

Porsche şirkəti ənənəvi olaraq bütün sahələrdə lider hesab olunur. Məsələn, ətraf mühitin qorunması, materialların təkrar emalı və s. Hələ XX əsrin 70-ci illərində Ferri Porşe belə bir ifadə işlətmişdi: «Qiymətli dünya ehtiyatlarının istifadəsinə qarşı laqeyd olmaq olmaz. Onları bir dəfə istifadə edib, tullamaq israfçılıqdır. Ya texnikaların istifadə müddətlərini artırmaq lazımdır, ya da materialları bir neçə dəfə istifadə etmək üçün təkrar emaldan keçirtmək gərəkdir». Və artıq 1973-ci ildə Porsche sinklənmiş metalla örtülmüş avtomobil təqdim edir.

Bir şedevri yaratmaq üçün bütün xırdalıqlara və kompromislərə diqqət yetirmək lazımdır. Porsche-nin mühərrikinin unikal tonu xüsusi tədqiqat laboratoriyalarında yaradılır.

Bu laboratoriyalarda bir qrup alimlər yalnız avtomobilin səslənməsinin üzərində işləyirlər. Bizim eşitdiyimiz səs hər biri ayrı-ayrılıqda təchiz olunan komponentlərdən ibarətdir. Porsche-nin ideal səsləndirilməsinə nail olmaq üçün yeni texnologiyalardan istifadə olunur.

Porsche şirkətində hər zaman əməkdaşların novator ideyaları dəstəklənir. Məhz dahi mühəndis Ferdinand Porşenin sayəsində Porsche avtomobilləri bütün dünyaya məşhurlaşıb.

Həmçinin şirkətdə əməkdaşların müəllif hüquqları və ideyaların qorunmasına da üstünlük verilir. Porsche şirkətinin bütün tarixi boyu milli və beynəlxalq səviyyədə olan patentlərə 3750 ərizə verilmişdir və qəbul olunmuşdu.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 4674   Tarix: 07 oktyabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

"Prius"ların dövrü bitir? - ARAŞDIRMA

Taksi fəaliyyətinin tənzimlənməsi ilə bağlı yeni qaydalar açıqlandıqdan sonra "Prius"ların qiymətinin kəskin şəkildə ucuzlaşacağı qənaəti formalaşıb. Bəzi ekspertlər hesab edirlər ki, bu ucuzlaşma tədricən baş verəcək. Amma bunun əksini düşünənlər də var. Yeni qaydalara əsasən, artıq yaşı 1

07.04.2024 394
.

"Son qəpiyimi də sənə xərcləmişəm": Valideylərin uşaqlardan imtahan gözləntisi - ARAŞDIRMA

Hər ilin mart və iyun ayları 9-11-ci sinif şagirdlərinin həyatında ən gərgin vaxtdır. Bu zaman onlar gələcək yollarını müəyyən edən buraxılış və blok imtahanlarının həyəcanını yaşayırlar. Təəssüf ki, hər şagird bu böyük stressin öhdəsindən gələ bilmir. Mövzu ilə bağlı "Kaspi" qəzeti məqal

14.04.2024 389
.

Boşanmalar artır: Əsas səbəblər nələrdir? - VİDEO

Azərbaycanda bu ilin ilk ayında 1700-dən çox nikah pozulub. Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən ilin müvafiq ayı ilə müqayisədə qurulan ailələrin sayı azalıb, boşanmaların sayı isə çoxalıb. Bəs bu tendensiyanın əsas səbəbəri nələrdir?. Vəkil-mediator Qasım Şaliyevin sözlərinə görə, işlər

14.04.2024 283
.

Toy biznesi xilas ola biləcəkmi? - ARAŞDIRMA

Toy mövsümünə start verilir. Lakin toy biznesi sahəsində mövcud vəziyyət heç də ürəkaçan deyil. Son zamanlar şadlıq saraylarının sürətlə profillərini dəyişdiyini də müşahidə edirik. Ramazan ayı başa çatır. Bu ayın başa çatması ilə həm də yeni toy mövsümü başlayır. Amma sirr deyil ki, pandemiyadan sonr

13.04.2024 290
.

Bəşəriyyət 2029-cu ildə sutkadan bir əlavə saniyəni çıxarmalı olacaq

ABŞ-li geofizik Dunkan Eqnyu sübut edib ki, Yerin nüvəsinin fırlanmasının yavaşlaması, Antarktika və Qrenlandiya buzlaqlarının əriməsi səbəbindən 2029-cu ildə bəşəriyyət günün davamlılığını 30 iyun və ya 31 dekabrda bir saniyə artırmaq əvəzinə, qısaltmalı olacaq. "1972-ci ildən bəri UTC (Koordinasiy

07.04.2024 287
.

Sankt-Peterburq turistlər üçün ödənişli olacaq

Aprelin 1-dən Sankt-Peterburq turistlər üçün ödənişli olacaq. Bazar ertəsindən etibarən şəhərdə kurort vergisi tətbiq ediləcək. Güzəştli kateqoriya istisna olmaqla, bütün yetkinlik yaşına çatmış turistlərdən hər gün üçün 100 rubl tutulacaq. Toplanan vəsaitin sonradan turizm obyektlərinin tikintisin

31.03.2024 467
.

Endirimi kassaya qədər olan mağazalar - ARAŞDIRMA + VİDEO

Endirim, yoxsa müştəri cəlb etmək üsulu?. xəbər verir ki, əksər mağazalarda endirim adı altında qoyulan məhsullar elə endirimsiz qiymətinə satılır. Belə hallarla rastlaşan sakinlərin sözlərinə görə, çox vaxt kassada bununla bağlı problem yaşayırlar. Ekspertlər də təsdiqləyir, xüsusilə paytaxt Bakıd

14.04.2024 472
.

Niderlandlı həkimlər 28 yaşlı qızın həyatdan evtanaziya yolu ilə vidalaşmasına icazə veriblər

Niderlandda 28 yaşlı qız evtanaziya yolu ilə həyatdan könüllü olaraq vidalaşmaq istəyi ilə tibb müəssisəsinə müraciət edib. Bildirilir ki, qız uzun müddət depressiya və psixi pozğunluqdan əziyyət çəkib. Onu müalicə edən həkim bildirib ki, tibb sözügedən problemlərin qarşısında acizdir. Bundan sonra həki

07.04.2024 906
.

Dünyanın ən yaşlı siam əkizləri vəfat etdi

Dünyanın ən yaşlı siam əkizləri Lori və Cor Şappel vəfat edib. Axşam.az xəbər verir ki, əkizlər 62 yaşında dünyasını dəyişib. Onların naməlum səbəbdən öldüyü bildirilib. Qeyd edək ki, əkizlər 1961-ci ildə birləşmiş kəllələri ilə dünyaya gəlmişdilər. Onlar eynicinsli əkizlər idi, lakin 2007-ci ildə Dor

14.04.2024 498