Ölülərin insanlarla yaşadığı dəhşətli şəhər VİDEO

Ölülərin insanlarla yaşadığı dəhşətli şəhər VİDEOBəzən möcüzələr bizə qaranlıq, ənənələr dəhşətli gələ bilir. Bizim üçün onlar qəribə və dəhşətli olsalar da , bəzilə üçün həyat tərzi, mədəniyyətdir.

BiG.AZ xəbər verirki, Milyardla hindusun hər biri Varanasidə ölmək və ya bədənlərini orada yandırtmaq istəyir. Bu şəhərdəki açıq hava kremasiyası ilin 365 günü, günün 24 saatı dayanmadan yanır. Hindistanın hər tərəfindən olan yüzlərlə cəsəd hər gün bura gətirilir və yandırılır. Burada insan həyatının ziddiyyətləri daha çox gözə çarpır: ölüm və həyat, ümid və əzab, gənclik və qocalıq, sevinc və kədər, zənginlik və kasıblıq. Bu şəhərdə ölümlə həyat birlikdə yaşayır. İnduizm dinində Varanasi Kainatın mərkəzi hesab edilir. İnduslar üçün ən müqəddəs şəhərlərdən biridir bu. Burada Allahlar yerə enirlər. Bu müqəddəs yerdir. Həm yaşamaq, həm ölmək üçün. Əfsanəyə görə, şəhərin əsasını allah Şiva qoyub. Bu induslar üçün yeddi müqəddəs yerdən biridir. Lakin bu şəhər həm də turistləri dəhşətə gətirir. Eradan min əvvəl əsası qoyulmuş Varanasi dünyanın ən qədim yerlərindən biridir. Varanasi min illər ərzində fəlsəfənin, dinin, tibbin və təhsilin mərkəzi olub. Bir çox məşhur hind filosofları, şairləri, yazıçıları və musiqiçiləri Varanasidə yaşayıblar. Varanasi Dehli və Kəlküttə arasında, Qanq çayının qərb sahilində yerləşir. Şəhərin ən böyük kremasiyalardan biri Manikarnikadır. Burada gün ərzində 200 cəsəd yandırılır. Qanq sahili Varanasidə ən sıx olan yerlərdən biridir. Lakin turistlər buralara gəlməməyə çalışırlar. Bura o qədər çirkli və dəhşətlidir ki.

Budur, Qanqda meyid üzür, hansısa kişi eyni su ilə paltar yuyur, digəri dişlərini təmizləyir. Hamı gülərüzlə bu suda çimir. İnduslar deyirlər: "Qanq bizim anamızdır. Siz turistlər bunu anlamazsız. Biz bu suda çiməndə gülürsüz. Bizim üçün o müqəddəsdir". Həqiqətən də o sudan içirlər və xəstələnmirlər. Bir dəfə Discovery kanalı Varanasi barədə film çəkərkən sudan bir damcı götürərək analiz etdirmişdi. Nəticə dəhşətli idi. Bu bir damcı su bir atı öldürməsə də ömürlük şikəst edə bilər. Bu bir damcıdakı təhlükə bütün potensial infeksiya təhlükələrindən çoxdur. Burada əhali meyidlərin fotolarını çəkən turistlərin hesabına dolanır. Bu şəhərdə insanlar bütün ömürləri boyu yandırılmaq üçün pul yığırlar.

Qanqın dəhşətli olmasının səbəbi odur ki, adətən heç də hamını yandırmırlar. Ömrünü meditasiyaya həsr etmiş dindarlar, 13 yaşına qədər olan uşaqlar və hamilə qadınlar yandırılmırlar. Onların ayaqlarına daş bağlayıb, suda batırırlar.

Həmçinin kobra dişləmiş insanları da yandırmırlar. Hesab edilir ki, ilan vurandan sonra insan ölmür, komaya düşür. Belə insanları ağ parçaya büküb, banan ağacından düzəldilmiş qayığa qoyur, yanında ev ünvanını yazıb qoyurlar. Sonra çaya buraxırlar. Bəzən dindarlar bu cür cəsədləri həyata qaytarmağa çalışırlar. Varanasidə ölən adamı ölümündən 5-7 saat sonra yandırırlar. Tələskənliyin səbəbi istilərdir. Bəzən odun almağa pul olmayanda yarı yanmış cəsədləri çaya tullayırlar. Çayda üzən meyidlər isə heç kimi təəccübləndirib, narahat etmir. Statistikaya görə, bu gün Qanq çayının dibində 45 000 cəsəd var. Amma möcüzə də var. Meyidlərlə dolu, çirkli, mikroblu çayda hər gün minlərlə insan çimir. Lakin onlar xəstələnmirlər. Heç bir infeksiyaya yoluxmurlar.

Nə vaxtsa Hindistana səyahət etsəniz, bu şəhərə mütləq gedin. Amma hər addımbaşı meyid görməyə özünüzü alışdıraraq gedin.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 5789   Tarix: 07 oktyabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...

Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın

14.09.2021 1495
.

Doaqlarınızın quruluğundan bezmisiniz? - ÇARƏ BURADA

MƏHSUL HAQQINDA. Faydaları:. - Dodaqların həcmini artırır, kontur xətlərini ortaya çıxarir. - Dodaqlardakı qırışıqlari azaldır. - Zədələnmiş, çatlamış dodaq toxumasını bərpa edir. - Dodaqları nəmləndirir və onlara yumuşaqliq bəxş edir. - Günəş şualarina qarşı qoruma təmin edən dodaq baxım məhsuludur

14.09.2021 364
.

Peyvənd olunana pulsuz dönər təklifi

Almaniyada türk əsilli iş adamı insanaları koronavirus əleyhinə vaksinasiyaya təşviq etmək məqsədilə maraqlı təşəbbüs göstərib. -a istinadən xəbər verir ki, Berlindəki "Kaplan Dönər"in sahibi Rəmzi Kaplan peyvənd olunan hər kəsə ona aid restoran və kafelər şəbəkəsində pulsuz dönər ikram ediləcəyin

16.09.2021 1185
.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925
.

Rusiyada məktəb dərsliyində porno sayta istinad tapılıb – FOTO

Rusiyada orta məktəb dərsliyində porno saytına aparan istinad tapılıb. -a istinadən xəbər verir ki, yayılan məlumatlara görə, neqativ hal altıncı sinif ingilis dili üzrə test tapşırıqları toplusunda üzə çıxarılıb. Həmçinin, eyni səhifədə porno aktrisasının vizit kartı da əks olunub. Müvafiq qurumları

14.09.2021 2022
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018
.

Zooloqlar inəklərə görün nəyi öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas

15.09.2021 960
.

Doğum evində skandal: 20 il sonra məlum oldu ki...

İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus

12.09.2021 2121
.

Gecə paltarı ilə yatmayın - SƏBƏB

Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların

16.09.2021 3554