Mona Liza azərbaycanlı olub?

Mona Liza azərbaycanlı olub?BiG.AZ anspress.com saytına istinadən xəbər verir ki,Dahi italyan rəssamı Leonardo Da Vinçi haqqında olan yazılardan birində onun anasının azərbaycanlı olması ehtimal edilir.Tam adı Leonardo Di ser Pyero da Vinçi olan dahi, İtaliyada anadan olsa da anasının italyan yox, Azərbaycan türkü olması iddia olunur.

Leonardo Da Vinçinin həyatını araşdıran mütəxəssislər onun anasının vətəninin Cənubi Qafqaz dağları ilə Xəzər dənizi arasında yerləşdiyini deyirlər. Bu isə yalnız Azərbaycan ola bilər. Bu araşdırmalar Azərbaycan və Türkiyə səfirliklərinin birgə təşkil etdikləri, Kanadanın "National Libbari and Arxives" araşdırma və arxiv mərkəzindəki mühazirə zamanı söylənilib. Tədqiqatçı Luis Buff Parri mühazirə zamanı açıqlayıb ki, Leonardo Da Vinçinin barmaq izi üzərində aparılan tədqiqat zamanı onun anasının İtaliyaya qul kimi gətirildiyi məlum olub. Leonardo Da Vinçinin anası-Katerina sadə kəndli qızı olub. "Katerina" adı o zamanlar Konstantinopola (İstanbul) aparılıb satılan qul qadınlara verilən ümumi ad idi.

Leonardo Da Vinçinin atası Piero Fruosina varlı ailədən olaraq notariusda çalışıb. Subay vaxtlarında o, İtaliyaya gətirilən qulları siyahıya alırdı. Həmin qul qadınlardan birinin gözəlliyinə aşiq olur və onunla evlənir. Bu izdivacdan Leonardo Da Vinçi dünyaya gəlir.

Müsəlman ananın oğluna təsiri olmaya bilməzdi. Bu fakt özünü dahinin II Sultan Bəyazidə məktublarında doğruldur. O, həmin məktublarında İslam dininə olan sevgisindən və inanclardan bəhs edir. Bu da onun anasının azərbaycanlı olmasını sübut edən faktlardan biridir.

Qəzet materiallarını oxuduqdan sonra maraqlı fikir ortaya çıxır. Dahinin anası, görəsən, Azərbaycanın hansı diyarındandır. Onun azərbaycanlı olmasına daha hansı məntiqi dəlil ola bilər. Nəhayət düşüncələr bir fakti bizə xatırlatdı. BDU-da oxuyarkən (təxminən 1963-1965-ci illərdə), tarix elmləri doktoru prof. Quliyev Həsən Aslan oğlu "Pravda" qəzetində "Çiçinin ağgül xalçası" haqqında yazılmış ortahəcmli bir məqaləni mənə göstərdi. Məqalənin kimə məxsus olması, təəssüf ki, yadımda deyil. Səhv etmirəmsə, bir etnoqraf alim, ola bilsin ki, Həsən Quliyev özü, ya da Azərbaycan Tarix Muzeyinin xalça üzrə mütəxəssisi tərəfindən qələmə alınmışdı. Lakin bugünki kimi yadımdadır ki, məqalədə belə yazılmışdı: "İntibah dövrünün dahisi, alim, rəssam Leonardo Da Vinçi öz rəsm əsərlərində Çiçinin "Ağgül" xalçasının ornamentlərindən istifadə edib." Bir anlığa tarixə nəzər salaq, Leonardo Da Vinçi 1452-ci ilin aprelin 15-də anadan olub, 1519-cu il mayın 2-də vəfat edib. Sual yaranır; Leonardo Da Vinçi Çiçinin "Ağgül" xalçasının ornamentləri ilə haradan tanış ola bilərdi? Onun yaşadığı ərazilərdə və muzeylərdə "Ağgül" xalçası olubmu? Sözsüz ki, yox. Bəs o, bu ornamentlərdən necə xəbərdar olub.

Əlbəttə, yeganə mənbə onun anası ola bilər. Sağlam və bir o qədər gözəl cavan ana, yad dilini bilmədiyi bir ölkədə qəribliyini-Vətən həsrətini özünə nəsə məşğuliyyət tapmaqla unutdura bilərdi. Çox ehtimal ki, Azərbaycan türkü olan ana xalça toxumağa başlayıb, oğlu da bu xalçalarda işlədilən ornamentlərlə tanış olub və sonradan əsərlərində bunlardan istifadə edib. Bu iddia Leonardo Da Vinçinin anasının azərbaycanlı olmasını bir daha sübut edir. Bu məntiqdən belə bir sual da ortaya çıxır: Leonardo Da Vinçinin anası Azərbaycanın hansı bölgəsindən olub.

Bu suala dahinin həyatını tədqiq etməklə məşğul olan alimlər özləri cavab veriblər ki, onun anası Cənubi Qafqaz dağları ilə Xəzər dənizi arasındakı ərazilərdəndir. Bu da Dərbəndlə Bakı arasındakı ərazilərə işarət edir. Azərbaycanda Dərbənd, Quba (əsasən Çiçi), Şamaxı, Gəncə, Qazax, Təbriz və s. yerlər xalçaçılıq sahəsində məhşurdur. Lakin mütəxəssislər Leonardo Da Vinçinin Çiçinin "Ağgül" xalçalarının ornamentlərindən istifadə etdiyini qeyd ediblər. Bu tip xalçaları çiçililər nəinki XV əsrdə, hətta indi də toxuyurlar. Deməli, dahinin anasının Çiçidən olması ehtimalı daha çoxdur.

Bəs, Çiçi gözəli necə olub ki, qul kimi İtaliyaya gedib çıxıb. Cavabı üçün yenə də tarixə nəzər yetirmək lazımdır. XV əsrdə Azərbaycanda cənubda Qaraqoyunlu (1410-1468), Ağqoyunlu (1468-1501), şimalda isə Şirvanşahlar dövləti mövcud olub və həm özləri arasında, həm də osmanlılara qarşı müharibələr aparıblar. Ağqoyunluların hakimiyyəti dövründə Ərdəbil hakimi olan Səfəvilərdən şeyx Cüneyd və onun oğlu Şeyx Heydər Şirvana hücumlar ediblər. Orta əsrlərdə qul alveri ən yaxşı gəlir mənbəyi idi. Şirvanşahların ərazisindəki Dərbənddə və Şamaxıda böyük qul bazarları olub. Atabəylər (Eldəgizlər) dövlətinin banisi Şəmsəddin Eldəgiz də Dərbənd bazarından alınmış qul idi. Leonardo Da Vinçinin anası da keşməkeşli XV əsrin əvvəllərində, ya da müharibə nəticəsində, yaxud da başqa səbəbdən əsir alınaraq qul kimi İtaliyaya aparılanlardan biri olub. Onu da nəzərə almaq lazımdır ki, Ağqoyunlu hökmdarı uzun Həsən Osmanlılara qarşı mübarizə üçün Qərbi Avropa ölkələri, o cümlədən İtaliya ilə sıx diplomatik əlaqədə olub, onlarla ticarət edib.

Leonardo Da Vinçinin həyat və yaradıcılığını tədqiq edənlərin bir müəmması da, rəssamın 1503-cü ildə çəkdiyi dünyaca məşhur "Cokonda" (Mona Liza) əsərindəki qadının kimliyinin bu günəcən sirr kimi qalmasıdır.Müəyyən qənaətlərə görə, o qadının rəssamın öz anası olması ehtimalı böyükdür.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 4387   Tarix: 05 oktyabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Prokuror küçədə çılpaq vəziyyətdə gəzdi: Sakinlər polisə şikayət etdi - FOTO

Polşanın cənub-şərqində yerləşən Svidnitsa şəhərində prokuror küçədə çılpaq vəziyyətdə gəzib. Ətrafdakı insanların çəkdiyi fotolarda çılpaq vəziyyətdə olan kişinin əlində dörd pivə butulkası ilə ərzaq mağazalarını gəzdiyi əks olunub. Digər görüntülərdə prokurorun tamamilə çılpaq bir vəziyyətdə küçələr

12.09.2021 1423
.

Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL

Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. -a istinadən sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 12 sualı təqdi

15.09.2021 1571
.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

13.09.2021 1580
.

Borşa da abidə qoyulacaq

Kiyev şəhər rəhbərliyi borşa qoyulacaq abidənin anonsunu verib. -a istinadən xəbər verir ki, abidənin qastroturizmin populyarlaşdırılması baxımından əhəmiyyətli olacağı bildirilib. Müvafiq təşəbbüsü aşpaz Yevgeni Klopotenko irəli sürüb. O, Ukraynada duzlu xiyara, qarpıza, dondurmaya və bu kimi qida vasitələrin

10.09.2021 1189
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817
.

Üz dərisini ağardan unikal vasitə

Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv Biocosu ağardıcı krem. Serum ilə birlikdə!. Həyatın müxtəlif mərhələlərində dəridə az və ya çox intensivlikdə piqmentasiya əmələ gələ bilər. Bu, irsiyyət, yaş, hamiləlik, aşılayıcı dərman və ya gözəllik salonlarında icra edilən bəzi müalicələr səbəbində

13.09.2021 741
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018
.

"Daha ağıllı və daha yaradıcı düşünməyə vadar edir" - Alimlər çayın faydasını araşdırdı...

Pekin Universitetinin alimləri bir fincan çay içməyin yaradıcı düşüncəni inkişaf etdirdiyini aşkar ediblər. Araşdırma nəticəsində mütəxəssislər çayın bioloji komponentlərinin deyil, çay içmək prosesinin özünün insanları "daha ağıllı və daha yaradıcı" olduqlarını düşünməyə sövq etdiyi qənaətin

12.09.2021 1068
.

Qızıldan hazırlanan unitaz iki ildir tapılmır - FOTO

İngiltərənin Blenheim sarayından iki il əvvəl oğurlanan qızıldan hazırlanan unitaz hələ də tapılmayıb. -a istinadən xəbər verir ki, 2019-cu il sentyabrın 14-də sarayda sənət sərgisinin keçirildiyi vaxt oğurlanan qızıl unitazın dəyəri 1 milyon funt sterlinqdir (2 300 00 manatdan çox). Xatırladaq ki, unitaz

16.09.2021 3329