Nazirinin müavini: Diplom xətrinə oxuyanlar işsiz qalacaq

Nazirinin müavini: Diplom xətrinə oxuyanlar işsiz qalacaq

Nazirinin müavini: Diplom xətrinə oxuyanlar işsiz qalacaq

"Əsas diplom deyil, güclü bilikdir".

Xaricdə təhsil alan şəxslər Təhsil Nazirliyinin tətbiq etdiyi proqram və tələblərə uyğun gəlmir.

Azərbaycanda real bilik defisiti var. Hesab edirik ki, cəmiyyətdə bu tendensiya getdikcə dərinləşəcək.

BiG.AZ, APA-ya istinadən xəbər verir ki, bunu təhsil nazirinin müavini Ceyhun Bayramov 7-ci Beynəlxalq "Təhsil və Karyera" sərgisi ilə bağlı keçirilən mətbuat konfransında çıxışı zamanı deyib.

O bildirib ki, ölkədə real biliyə qiymət veriləndə diplom xətrinə oxuyanlar işsiz qalacaq. Nazir müavininin sözlərinə görə, Azərbaycanda olan ali təhsil müəssisələri real olaraq yaxşı keyfiyyətli təhsil verə bilirsə, onun kadrların hər zaman ehtiyac yaranacaq. C.Bayramov qeyd edib ki, diplom alan hər kəs öz biliyini sübut etməlidir.

Təhsil nazirinin müavini xaricdə təhsil alan gənclərin Azərbaycanda işlə təmin olunmaması ilə bağlı səsləndirilən fikirlərlə razılaşmayıb:

"Çünki burada əsas diplom deyil, güclü biliyə önəm veririk. Bizdə nə qədər ki, diplom önəmli olacaq, gənclərin işlə təminatı problemlərini aradan qaldıra bilməyəcəyik".

C.Bayramov dünyanın müxtəlif universitetlərində təhsil alan gənclərin diplomlarının tanınması məsələsinə də aydınlıq gətirib. O qeyd edib ki, hər bir kəsin istənilən xarici dövlətdə ali və yaxud hansısa proqramlar çərçivəsində təhsil almaq hüququ var:

"Lakin həmin ali təhsil sənədinin Azərbaycan dövlətində tanınması üçün müəyyən prosedurlar var. Əgər hər hansı bir insan xaricdə ali təhsil alırsa və onun təhsilini təsdiq edən sənəd varsa, onu Təhsil Nazirliyinə təqdim etməlidir. Təhsil sənədi bizim prosedurlara uyğundursa, nortifikasiyadan keçir və nəticə olaraq onun sənədini təsdiqləyirik.

Bu cür xaricdə təhsil almış gənclərin Azərbaycanın təhsil sisteminə ixtisas uyğunluğu barədə sənəd verilir. Bəzi insanlar var ki, xaricdə birbaşa 3-cü və yaxud 4-cü kursa qəbul olunur və bunu bitirdikdən sonra sənəd alırlar. Biz bu cür sənədləri araşdırır, müddət baxımından həmin şəxsin faktiki olaraq ali təhsil müəssisəsində oxuyub-oxumamasına dair sorğular aparırıq. Bununla bağlı Daxili İşlər Nazirliyi, Dövlət Miqrasiya Xidmətindən şəxsin məlumatlarını əldə edirik.

Sözügedən təhsil müəssisəsinin ölkəsində hər hansı bir akkreditasiya və lisenziyası olması təsdiqlənməlidir. Hər hansı bir şəxs xarici təhsil müəssisəsində 1-2 il təhsil alırsa, Azərbaycanın Təhsil Nazirliyi tərəfindən onlara sənəd verilmir. Çünki bu cür təhsil alan şəxslər Təhsil Nazirliyinin tətbiq etdiyi proqram və tələblərə uyğun gəlmir".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2465   Tarix: 04 oktyabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri başa çatıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfəri aprelin 22-də başa çatıb. Bu barədə AZƏRTAC xəbər verib

00:22 234
.

Tavuşda keçirilən etiraz aksiyalarında yeddi Ermənistan vətəndaşı saxlanıldı - YENİLƏNİB

Tavuşda keçirilən etiraz aksiyalarında yeddi Ermənistan vətəndaşı xuliqanlıqda şübhəli bilinərək saxlanılıb. Bu barədə Ermənistan İstintaq Komitəsi xəbər verib. Saxlanılanlar arasında "Hayastan" fraksiyasından olan deputat Qarnik Danielyanla dalaşan M.A. da var. 11:29. Ermənistanın "Döyü

22.04.2024 325
.

İran prezidenti Rəisi Pakistana rəsmi səfərə gedib

İran prezidenti İbrahim Rəisi Pakistanın paytaxtı İslamabada gəlib. xəbər verir ki, Rəisi Pakistanın Baş naziri Şahbaz Şərif və prezident Asif Əli Zərdari ilə görüşəcək. İran prezidenti həmçinin Pakistanın mədəni və iqtisadi mərkəzi sayılan Lahor və Kəraçi şəhərlərinə də səfər etməyi planlaşdırır. Onu

22.04.2024 217
.

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - YENİLƏNİB + VİDEO

Aprelin 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Baykal-Amur magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə görüşü olub. Bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbua

22.04.2024 328
.

Nigeriyada atışmalarda 21 nəfər öldü

Nigeriyanın Plateau ştatında yerli əhaliyə qarşı hücumlar olub. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 21 nəfər ölüb. Hücumun fermerlərə qarşı olduğu bildirilib. Gənclər Hərəkatının milli sədri Sunday Dankaka müxbirlərə bildirib ki, hücum ştatın Manqu və Kuru vilayətlərində qeydə alınıb. Hücumlard

22.04.2024 189
.

Türkiyədə metro stansiyasını su basdı - VİDEO

Türkiyənin İstanbul şəhərində metronu su basıb. BİG.AZ xəbər verir ki, leysan yağışı nəticəsində "Yenibosna" metro stansiyası su altında qalıb. Həmin görüntüləri təqdim edirik:

22.04.2024 276
.

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - FOTO

Əməkdar artist, Prezident təqaüdçüsü, Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri və baş dirijoru Faiq Sadıqovun vəziyyəti pisləşib. Bu barədə onun qızı Əminə Sadıqova Manşet.az-a məlumat verib. Onun dediyinə görə, F.Sadıqov təcili paytaxtda yerləşən özəl xəstəxanalardan birin

22.04.2024 729
.

300 min manatlıq dələduzluqda təqsirləndirilən sabiq məktəb direktoruna hökm oxundu

Bakıda məktəb direktoru vəzifəsində çalışmış 1966-ci il təvəllüdlü​ Samirə Əkbərova barəsindəki cinayət işi üzrə məhkəmə yekunlaşıb. "Qafqazinfo" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə S.Əkbərova Cinayət Məcəlləsinin 178.3.2-ci (Külli miqdarda dələduzluq) maddəs

22.04.2024 405
.

MEDİA çağırış etdi

"Sosial şəbəkə seqmentində cəmiyyətdə tanınmış şəxslər barədə, xüsusən də onların şəxsi həyatına dair dəqiqləşdirilməmiş məlumatların yayılması ictimaiyyət tərəfindən narazılıqla qarşılanır və eyni zamanda, birmənalı qəbul olunmur". Bu barədə "Qafqazinfo"ya Medianın İnkişafı Agentliyində

22.04.2024 288